Icma.az
close
up
RU
Əvəz Ələkbərov: Ramiz Mehdiyev iki nazirdən çəkinirdi

Əvəz Ələkbərov: Ramiz Mehdiyev iki nazirdən çəkinirdi

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir.
 

O, həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır.


Bizim.Media keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar barədə Modern.az saytına müsahibəsini təqdim edir:
- Əvəz müəllim, hər yeni ilin əvvəlində kommunal və ərzaq qiymətlərində dəyişikliklər müşahidə olunur. Bir iqtisadçı olaraq, bunun səbəblərini nədə görürsünüz?
- Biz dünya iqtisadiyyatının bir hissəsiyik və hələ də xaricdən idxal olunan məhsulların həcmi böyükdür. Ölkədə süni qiymət artımı halları da çoxdur. Hökumət bu sahədə müəyyən tənzimləyici addımlar atır və elə edir ki, əhali bu prosesdə itirməsin. Gələn il inflyasiya 5 faiz civarında proqnozlaşdırılır, amma sosial xərclərin artımı 9 - 9.2 faiz nəzərdə tutulub. Xərclər daha çox artırsa, inflyasiya ikirəqəmli olar. Bu rəqəm nəzərə alınmalıdır.
- 2026-ci il dövlət büdcəsi layihəsində neftin bir barelinin orta qiyməti 65 dollardan götürülüb, bu da ötən illərə nisbətən aşağıdır. İddialara görə, gələn il neftin qiyməti xeyli azalacaq. Sizin proqnozunuz necədir?
- Bu rəqəmi müəyyən etmək mürəkkəb məsələdir. Tramp ABŞ-nin yeni prezidenti olanda elan etdi ki, neftin qiyməti 45 dollara qədər azalacaq. Amma nəticə etibarilə bu baş tutmadı.
 

Neftin qiymətinin azalması bir sıra məsələlərdən asılıdır; müharibələrin bitməsi, Rusiya iqtisadiyyatına təzyiq, Çin və Hindistanın mövqeləri və ABŞ-nin dövlət siyasəti.


Hökumət bütün bu məsələləri ölçüb-biçib, eləcə də bp şirkətinin proqnozlarını nəzərə alıb. Əlbəttə, 65 dollar bir az risklidir, amma əsas yaşayaq, görək. Bəlkə də, reallıq elə bu oldu.
- Necə düşünürsünüz, yenidən manatın dollara nisbətdə dəyəri düşə bilərmi? Ümumiyyətlə, devalvasiyanın baş verməsi gözləniləndirmi?
- Mən bunun baş verəcəyini düşünmürəm. Ölkə iqtisadiyyatı yaxşı şaxələndirilib, ardıcıl tədbirlər həyata keçirilir. Valyuta ehtiyatları 83 milyard dolları keçib. Neftin qiyməti 40-45 dollardan düşərsə, əlbəttə, problemlər ola bilər.
- 2026-cı ilin büdcə siyasətini necə qiymətləndirisiniz, bu müzakirələrdə iştirak etmisinizmi?
- Aparılan büdcə siyasəti davamlı iqtisadi inkişafla bağlıdır. Bu sahədə artıq professionallıq özünü göstərir. ÜDM-in artımı və strukturu düzgün müəyyən edilib.
 

Gəlirlər üzrə proqnozlar makroiqtisadi sabitliyə köklənib, xərclər üzrə prioritetlər ölçülüb-biçilib. Bütün bunlar ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək.


Qaldı ki mənim bu proseslərdə iştirakıma, yox, heç yerə dəvət olunmamışam. Əlbəttə, dəvət gəlsəydi, təcrübə və ideyalarımı verə bilərdim.
- İllərdir ki, vətəndaşlar arasında pensiya yaşı və məbləği ilə bağlı narazılıqlar var.
Bu proses necə tənzimlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət xeyir götürə bilsin? Ümumiyyətlə, pensiyalar ölkə iqtisadiyyatına necə təsir edir?

- Hamı istəyir ki, yüksək pensiya alsın. Bu, iqtisadi imkanlarla və çoxsaylı problemlərlə bağlıdır.
 

Bu işlərlə əlaqədar çoxlu addımlar atılır. Gələn il pensiyaların 9.2 faiz artırılması üçün icmal büdcədən vəsait də ayrılıb. Bizim əhalimizin təxminən 14 faizi pensiyaçıdır.


Pensiya yaşının artırılması orta ömür müddətindən və çoxsaylı sosial problemlərdən asılıdır. Belə addımın atıla biləcəyinə, sözün düzü, mən inanmıram.
- Sülh prosesinin bir mərhələsi olaraq Azərbaycan və Ermənistan nümayəndə heyətləri ölkələrarası səfər və müxtəlif müzakirələrdə iştirak edirlər. Yaxın gələcəkdə azərbaycanlı ziyalıların Ermənistana gedə biləcəyi təqdirdə siz də bu nümayəndə heyətində iştirak etmək istəyərdinizmi?
- Əlbəttə. Mən Qərbi Azərbaycandakı bulaqlardan su içmişəm, babamın babası orada doğulub.
Cavan olanda insan bunları o qədər də düşünmür, yaşa dolduqca isə doğulub-böyüdüyün yer, oranın bağçası, təbiəti haqqında düşünürsən. Bildiyim qədəri ilə bizim Cil kəndinin qəbiristanlığını dağıtmayıblar.
 

İlk dəfə getmək çətin olar, amma hər bir halda gedərəm. 2000-ci illərdə mənə BMT xətti ilə belə bir təklif olunmuşdu. O zaman hazır deyildim deyə getmədim, indi düşünürəm ki, getmək, baş çəkmək, oradakı qəbir daşlarını düzəltdirmək də olar.


Bizim heç bir günahımız yoxdur ki, böyük ölkələr İrəvanı ermənilərə verərək ölkə qurmağa imkan yaradıblar. Amma tarixən həmin torpaqlar bizimdir. O doğmalığı unutmaq olmaz.
- Siz həm də İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdirisiniz, tələbələrin gələcəyi barədə nə düşünürsünüz? Savadlı nəsil yetişdirə bilirikmi?
- Tələbələr bizim gələcəyimiz, övladlarımızdır. Çox şey bizdən asılıdır - onlara düzgün yol göstərməyi bacarmaq lazımdır. İnformasiya texnologiyalarının inkişafı gənclər üçün yeni-yeni imkan yaradır.
 

Biz tələbələri müstəqil inkişafa öyrətməliyik, onların hər ehtiyacını ödəyib 21 yaşında evləndirmək düz deyil. Onların təsir imkanlarını öyrənməliyik, qərar qəbul etmək, kommunikasiya imkanları öyrətməliyik.


Onların işə düzəlməsinə də kömək edirəm - yaxşı tövsiyə məktubu yazıram, onlar da gedib testlərdən keçib yüksək maaşla işləyirlər. Əlbəttə zəif tələbələr də var.
- Bu tövsiyələri auditoriyada da səsləndirirsiniz?
- Əlbəttə. Mən xoşbəxtliyin əsasını zəhmətdə görürəm.
- Hər bir halda tələbələr keçmiş nazirin onlara iqtisadiyyatla bağlı dərs deməsini maraqla qarşılayar. Bu barədə sizə suallar verirlər?
- Suallar çox olur. Tələbələr əsasən professional deyil, cəmiyyətlə bağlı suallar verirlər, həyatda mövqe tutmaqla bağlı düşüncələrimi bilmək istəyirlər.
- Nazir kimi fəaliyyətinizdən şəxsi suallar vermirlər?
- Əlbəttə ki, verirlər. Çox şeyi cavablandırmaq olmur. Elə suallar verirlər ki, onun cavabını ancaq mən bilməliyəm.
- O zaman, deməli, hələ də sirr kimi saxladığınız məlumatlar, hadisələr var.
- Var. Həmişə də olacaq. Dövlət mətbəxi həm də sirdir. Sirri bilib saxlamaq isə hər kişinin işi deyil. Hər şeyi ortaya qoyub demək düz deyil.
- Professorluq fəaliyyətindən başqa hansı işlərlə məşğulsunuz? Məsələn, hansısa xarici və ya yerli təşkilatla əməkdaşlığınız varmı? Türkiyədə biznes fəaliyyətinizin olduğu deyilirdi, bəs indi necə?
- Əsas işim universitet və Qərbi Azərbaycan İcmasındakı fəaliyyətimdir. Çoxlu məqalələr yazır, universitetimizin dünyada ilk 500-lüyə düşməsi üçün işlər görürük, xarici universitetlərlə əlaqələr qururuq.
- Sabiq nazirlər bu gün sahələri ilə bağlı gündəmdəki mövzulara operativ cavab verməyə meyillidirlər, media ilə sıx əlaqələri var. Sizinlə bağlı eyni şeyi demək mümkün deyil.
Çox görünməməyinizin səbəbi nədir?

- Mən çox görünməyin tərəfdarı deyiləm. Hərdən onların çıxışlarına da baxıram və utanıram. Yaxşı olar ki, hərə özünə aid sahədə çalışsın və ölkəmizə də kömək etsin.
- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?
- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.
- Bu sizə təsir etdi?
- Əlbəttə. Amma 1 il sonra özümə gəldim.
- Amma dediniz ki, vəzifə daimi deyil.
- İnsanın öyrəşməyi də var (gülür). Təsəvvür edin, səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur, imzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm, universitetdən çıxım gedim. Amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm, öyrəşmişəm. Artıq nazir deyiləm, müəyyən şeyləri də güzəştə getməliyəm.
 

Bizim cəmiyyət insanlara dəyəri yaşayanda yox, öləndə verir, vəzifədə oldun, hörmət var, getdinsə, hər şey də bitdi. Vəzifəyə var-dövlət qazanmaq üçün gəlmək olmaz. Mən 4 otaqlı evdə yaşayıram və şəraitimdən razıyam.


Onda da maşınım var idi, indi də. Ac deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm. Bəsdir. Mən restoran, şadlıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi, söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir.
- Heç sabiq məmurlarla bu barədə danışmısınız? Onlar necə fikirləşir?
- Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır. İndi özü də vəzifədən çıxıb, amma o da yaşayır, mən də (gülür).
- Bəzi keçmiş məmurları zaman-zaman deputat kimi də görürük. Siz keçirilən son parlament seçkisində namizədliyinizi irəli sürmək haqqında düşünmüşdünüzmü?
- Heç bir təklif gəlməyib. VI çağırışda, yəni 2020-ci ildə özümün deputatlığa namizədliklə bağlı fikirlərim olub, amma sonra arxasınca getmədim.
- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?
- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - red.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm.
Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştaha sahibi idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi.
- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?
- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.
- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?
- Əlbəttə. Mütləq. Bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir.
- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?
- İki dəfə aramızda ziddiyyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.
- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?
- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı?
Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.
- Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?
- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətirmək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarəetmə mütəxəssisi idi.
- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?
- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.
- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?
- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.
- Digər oğlunuz nə işlə məşğuldur?
- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir.
- Vəzifəyə yeni təyin olunan gənc nazirlərə tövsiyəniz nə olardı?
- Nazirləri qabiliyyətinə, savadına görə cənab Prezident təyin edir. Ölkə əhalisinin 95 faizi dövlət başçısına güvənir, eyni zamanda dünyada da bu etimad var. Nazirlərə tövsiyəm işlərini sevmək, Prezidentə sadiq, insanlara yaxın olmaqdan ibarətdir. Rəhbər kimi püxtələşsinlər.
Nazir cəmiyyətdə özünü tanıtmalıdır - onun televiziyada və sosial mediada çıxışı, vətəndaşlarla görüşü, intellekti, davranışı, baxışı fərqli olmalıdır.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Bilyard oynayıram, dəniz kənarında gəzirəm. Rayonlara gedirəm. Həftədə üç dəfə idmanla məşğul oluram. Musiqi dinləyirəm, mütaliə edirəm. İqtisadiyyat və maliyyə elmləri adamı zaman-zaman yorur. Ona görə bədii ədəbiyyata üstünlük verirəm.
Çingizin Abdullayevin bütün əsərlərini oxumuşam. Gənc müəllifləri, təəssüf ki, o qədər də tanımıram.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri