44 günlük müharibədə Ermənistanın uduzacağı əvvəldən MƏLUM İDİ
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“44 günlük müharibədən əvvəl, müharibə zamanı və ondan sonrakı əsas hadisələrin məntiqini 5 illik dövrlə təhlil etsək, belə bir nəticəyə gəlmək olar ki, Ermənistan tərəfinin müharibədə məğlubiyyəti əslində əvvəlcədən müəyyən edilmişdi”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistandakı “Ayakve” müxalifət hərəkatının bəyanatında deyilir.
Bəyanatda xüsusilə qeyd olunur:
“Burada məsələ daha çox hərbi qüvvələrin balansında deyil. Çünki bu balans 2016-cı ildən kəskin dəyişməyib.
Əsas məsələ Ermənistanda hakimiyyətə gələn yeni qüvvənin Qarabağdan nəyin bahasına olursa-olsun qurtulmaq əzmində olmasındadır. Onlar bunu özlərinə lazımsız iqtisadi yük hesab edir və qonşularla (əslində düşmənlərlə) ticarət əlaqələrinin bərpasına əsas maneə sayırdı.
2020-ci ildə bu tezisin ictimaiyyətə açıqlanması mümkün olmadı, çünki Ermənistan cəmiyyətinin əksəriyyəti bunu qəbul etmədi. Ona görə də gizli üsullarla – təcrübəli hərbi rəhbərləri nüfuzdan salıb vəzifədən azad etməklə, səfərbərlik hazırlığı sistemini ləğv etməklə, müdafiəyə büdcədən ayrılan vəsaitləri əsassız bəhanələrlə məhdudlaşdırmaqla və sairlə uğursuzluğa düçar olmaq lazım idi”.
Xəzər
“Cebheinfo.az”


