Icma.az
close
up
RU
Ukrayna diz çökür? “Bu aqibət əvvəldən məlum idi”

Ukrayna diz çökür? “Bu aqibət əvvəldən məlum idi”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ukraynanın aqibəti əvvəldən məlum idi. Sadəcə olaraq vaxt uzadıldı. Bu, ilk dəfə Qərbin Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən görüşə və orada əldə olunan razılaşmaların həyata keçirilməsinə mane olması ilə baş verdi”.

Bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov deyib.

O bildirib ki, indi isə Qərb Ukrayna məsələsində ciddi güzəştlər etməyə məcbur olur:

“Qərb bu məsələdə sona qədər prinsipallıq nümayiş etdirməli və heç bir güzəştə getməməlidir. Lakin bugünkü hadisələr göstərir ki, qərb güzəştə gedir. Bu güzəşt ondan ibarətdir ki, Ukrayna faktiki olaraq, 2 yerə parçalanır. Hələlik Prezident Volodmir Zelenski tərəfindən verilən bəyanatlar ondan ibarətdir ki, rəsmi Kiyev ərazi güzəştinə getməyəcək. Yəni tələblər arasında yer alan Donbasın Ukrayna ordusunun nəzarətində olan hissəsindən çəkilmək məsələsi Kiyev tərəfindən qəbul edilmir. Eyni zamanda təhlükəsizliklə əlaqədar, Ukraynanın NATO-ya daxil olmaq istəyi rəsmi Kiyevə görə, özünün suveren qərarıdır. Amma bu məsələdə ABŞ və Rusiya eyni mövqedən çıxış edərək, Ukraynanın NATO-ya daxil olmasını bloklamaq istəyirlər”.

Politoloq qeyd edib ki, rəsmi Vaşinqton Kiyevdən daha çox Moskvanın maraqlarını müdafiə edir:

“Biz görürük ki, Kiyevin ən çox bel bağladığı müttəfiqi olan Birləşmiş Ştatlar, danışıqların bugünkü mərhələsində daha çox Kremlin yanında yer alır. Bu təəccüblü deyil. Biz artıq 150 ildir şahid oluruq ki, Rusiya vasitəsi ilə də dünyanın idarə edilməsi bəlli mərkəzlər tərəfindən həyata keçirilir. Rusiya Avropanın və Çinin iqtisadi, siyasi və hərbi cəhətdən daha da böyüməməsi istiqamətində ən vacib aktorlardan biridir”.

Z.Məmmədov vurğulayıb ki, ABŞ üçün başlıca təhlükə mənbəyi Çin və Avropa İttifaqıdır:

 “Biz Birinci, İkinci dünya müharibələrinə və bugünkü hadisələrə baxanda görürük ki, hər dəfə Avropa və Rusiya bir-birinə çox sıx şəkildə yaxınlaşanda, bu proses müharibə ilə dayandırılıb. Məhz 2022-ci ildə başlanan müharibənin də Avropa-Rusiya yaxınlaşmasını yenidən dayandırdığını gördük. ABŞ-dəki bəlli güc mərkəzləri çox yaxşı başa düşür ki, əslində onlar üçün Rusiya yox, Avropa İttifaqının və Çinin güclənməsi təhdiddir. Ukrayna isə sadəcə istifadə edilmiş kart idi”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülh sazişinin imzalanmasına çalışsa da, onun təşəbbüsü Moskvanın sərt mövqeyi ilə qarşılaşmaqdadır. Rusiya Prezidenti Vladimir Putin güzəştə getmək niyyətində olmadığını və bildirib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri