Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

44 Günlük Vətən müharibəsi Yeni reallıqların başlanğıcı

44 Günlük Vətən müharibəsi Yeni reallıqların başlanğıcı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“44 günlük İkinci Qarabağ müharibəsi çağdaş Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu müharibə təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın milli birliyinin, güclü dövlət iradəsinin və müasir Azərbaycan Ordusunun qüdrətinin təntənəsi idi”.

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin  deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, 30 ilə yaxın davam edən Ermənistanın işğal və anneksiya siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal altında qalmışdı:

 “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistan bu əraziləri azad etməmiş, danışıqlardan vaxt udmaq üçün istifadə etmişdi. 2020-ci ilin payızında Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başladı. Beləcə, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi müasir tariximizə şanlı səhifə kimi daxil oldu. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan “dəmir yumruq” əməliyyatı çərçivəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində qətiyyətli üstünlük qazandı. Hər bir əməliyyatın arxasında illərlə aparılan ordu quruculuğu, texnoloji modernləşmə və dövlətin hərbi-siyasi gücü dayanırdı.

Xüsusilə Şuşa döyüşü müharibənin taleyini həll edən əsas mərhələ oldu. Azərbaycanın mədəniyyət paytaxtı, strateji əhəmiyyətə malik bu şəhərin azad edilməsi düşmənin müqavimətini tam qırdı. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Şuşanın azad olunduğunu elan edərkən, bu xəbər bütün xalq üçün Zəfər müjdəsi oldu. Cəmi iki gün sonra, 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi və ərazi bütövlüyünü bərpa etdi”.

Deputat müharibə nəticəsində 30 illik ədalətsizliyin aradan qaldırıldığını vurğulayıb:

“Azərbaycan xalqı həm mənəvi, həm siyasi, həm də tarixi ədaləti bərpa etdi. 44 günlük savaş, həm də Prezident İlham Əliyevin “müharibəni siyasi-diplomatik, iqtisadi və informasiya müstəvisində də qazanmaq” strategiyasının uğurunu göstərdi. Müharibə dövründə Prezidentin həm daxili, həm də beynəlxalq arenadakı çıxışları xalqın ruhunu yüksəltdi, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırdı.

Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsi idi. Müharibə günlərində xalq orduya, dövlətə misilsiz dəstək göstərdi. Arxa cəbhədə insanlar bir yumruq kimi birləşərək, qələbəyə inamla yaşadı. Bu, “dəmir yumruq” simvolunun həm hərbi, həm də mənəvi məzmununu dərinləşdirdi.

44 günlük müharibə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Ermənistanın təxribat və işğal siyasətinin iflası ilə regionda uzunmüddətli sülh və əməkdaşlıq imkanları yarandı. Bu gün Azərbaycan post-münaqişə dövründə bərpa və quruculuq işlərinə start verib, Qarabağı “yaşıl enerji” zonası və inkişaf mərkəzinə çevirmək istiqamətində addımlar atır.

Nəticə etibarilə, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu Zəfər təkcə işğaldan azad olunan torpaqların deyil, həm də milli ləyaqətin, suverenliyin və ədalətin bərpası idi. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz torpaqlarını qorumağa, azad etməyə və sülhü öz gücü ilə təmin etməyə qadirdir. Bu Qələbə nəsillər üçün qürur, azadlıq və vətənpərvərlik simvoluna çevrildi. 8 Noyabr – Zəfər Günü artıq hər il Azərbaycanın milli qürur və birliyinin təcəssümü kimi qeyd olunur”.

Azərbaycan xarici siyasətinin prioriteti - Ermənistanla sülh gündəliyinin irəlilədilməsi 

Rizvan Nəbiyev vurğulayıb ki,  postmüharibə dövründə Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri Ermənistanla dayanıqlı sülhün təmin edilməsidir:

“Azərbaycan Ermənistanı hərbi meydandan diplomatik müstəviyə gətirməyə nail olmuş, indi isə qarşıda duran əsas vəzifə sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin normallaşdırılmasıdır. Müharibədən sonrakı mərhələdə dövlətimiz işğalın nəticələrinin aradan qaldırılması, azad edilmiş ərazilərin bərpası və regionda uzunmüddətli sabitliyin yaradılması istiqamətində ardıcıl addımlar atır.

Prezident İlham Əliyevin sülh gündəliyi regionda və onun sərhədlərini aşan böyük bir coğrafi arealda sabitliyin bərpasına və davamlı əməkdaşlığa xidmət edir. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla əldə olunan razılaşma və onun sentyabrda BMT müstəvisində təqdimatı bu siyasətin real nəticəsinin qəbuludur. Prezidentin sülh və əməkdaşlıq təşəbbüsləri beynəlxalq səviyyədə özünü doğrultmuş təcrübə kimi dəyərləndirilir. Sülh və əməkdaşlıq gündəliyi müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Avropa Siyasi Birliyi, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Prezident İlham Əliyevin prinsipial dövlət xadimi kimi nüfuzunu daha da artırıb. Bu kontekstdə 13 oktyabr tarixində Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin cəmi 26 siyasi liderlə birgə iştirakı Azərbaycanın qlobal diplomatik müstəvidə nüfuzunun göstəricisidir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Avropa Siyasi Birliyinin Kopenhagen sammitində Azərbaycanı sülh prosesinə verdiyi töhfəyə görə təbrik etməsi və ölkəmizi “dəyərli tərəfdaş” adlandırması beynəlxalq aləmdə də bu siyasətə yüksək qiymət verildiyini göstərir”.

Deputat sonda deyib ki, Azərbaycan Prezidenti həm də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında çıxış edərək “sülhü qazanmağın Azərbaycan təcrübəsi”ni beynəlxalq ictimaiyyətlə bölüşmüşdür:

“Prezident illər boyunca BMT tribunasından işğal və təcavüz faktlarını gündəmə gətirdiyini xatırladaraq, bu gün qalib dövlətin lideri kimi regionda sülh və əməkdaşlığa töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Bu çıxış həm milli maraqların qorunması, həm də beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın sülh modelinin əsas xüsusiyyətlərindən biri prosesin vasitəçilərsiz, birbaşa danışıqlar yolu ilə aparılmasıdır. Prezident İlham Əliyevin “müharibəni udan və sülhü qazanan” dövlətin təcrübəsini paylaşmaq təşəbbüsü Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısının BMT kürsüsündən səsləndirdiyi “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq” çağırışı beynəlxalq münasibətlərdə bərabərlik və ədalət prinsipinin vacibliyini vurğulayır.

Ümumilikdə, Prezident İlham Əliyevin sülh yönümlü siyasəti Azərbaycanın beynəlxalq aləmdə etibarlı, konstruktiv və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirmişdir. Azərbaycan diplomatiyası artıq təkcə regional sabitliyin deyil, həm də qlobal əməkdaşlığın və ədalətin təşviqinə xidmət edən nümunəvi model kimi qəbul olunur”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri