Icma.az
close
up
RU
44 günlük Vətən müharibəsi ədəbiyyatımızda Reportaj

44 günlük Vətən müharibəsi ədəbiyyatımızda Reportaj

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Səadət Bəhmənqızının “44 günlük Vətən Müharibəsi ədəbiyyatımızda” adlı tədbirindən reportajını təqdim edir.

Tanınmış yazıçı, filologiya üzrə fəlsəfə doktoru, media eksperti Natavan Dəmirçioğlunun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor və radio qrupunun dinləyiciləri “44 günlük Vətən Müharibəsi ədəbiyyatımızda” adlı ədəbi- bədii- kulturoloji layihə təqdim ediblər.

İstər müharibə zamanı, istərsə də Zəfərdən sonra Azərbaycan yazıçıları, şairləri, kino xadimləri bu şanlı günləri tarixiləşdirmək, gələcək nəsillərə çatdırmaq üçün yaradıcılığında İkinci Qarabağ Müharibəsi mövzusuna geniş yer veriblər. Tələbələr araşdırma apararaq bu haqda danışıblar, nümunələr təqdim ediblər. “İkinci Qarabağ müharibəsi ədəbiyyatımızda” adlı ilk çıxışda (Fatimə Rəhimova) Vətən Müharibəsinə aid şeirlərin müəllifləri, Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu haqqında danışaraq, “Onlar özləri də müharibənin alovlarından keçib, müharibə ədəbiyyatımızın ilkin nümunələrini yaradıblar” dedi.

Natəvan Dəmirçioğlunun “Açar” romanına dair Nigar Safuranın çıxışı çox böyük maraqla qarşılandı:

“Həsən vardı. Uzun kirpikləri vardı. Adama baxanda kirpiklərini tez-tez çalırdı. Soruşmuşdum ki, niyə gözünü çox qırpırsan, gözündə problemmi var? Demişdi, “Yox, komandir, kirpiklərim hərdən dolaşır… Yanında mərmi partlıamışdı. Başı bədənindən ayrı düşmüşdü. Gözlərini sığadım. Kirpikləri örtülmədi. Gözləri açıq qaldı…” çıxış romandan bu təsirli fraqmentlə başladı. “Bu gerçək tale romanının mənə görə ən yaddaqalan hissələrindən biridir… Roman barədə resenziya yazmaq, fikrimcə, intellektual vicdanın tələbidir. Əsər barədə duyğularım aydın, emosiyalarım intensivdir. “Açar”a doğru yaxınlaşdıqca ruhumun “üfiqləri” işıqlanırdı sanki. Əsəri oxuduqca əsrarəngiz və möcüzəli hislər keçirirdim. Müəllifin bədii təfəkkürünün kamilliyi, idrakının parlaqlığı və həqiqəti müdafiə cəsarəti, oxucu ilə ünsiyyətin emosional tonlarını duyması heyrətamizdir. Onun nə dediyindən çox nə hiss etdiyini anlayıram. “Dayanın, oğlumun poqonlarını taxım, onu poqonsuz görməyin – dedi və tez baş leytenant rütbəsinin poqonlarını canlı insana taxırmış kimi, cansız hərbi geyimin çiyinlərinə taxdı”. Əsərin bu hissəsi mənə mərmi dalğası kimi təsir etmişdi. Aydın düşünə bilmirdim. Xəyalımda qurduğum dünya gözlərim qarşısında od tutub yanır, zəbun olurdu. Hadisə gözümün önündə canlanır. …Təsvir gerçəkliyinin mükəmməlliyindən bəhs etmişkən; “Mahmud… onun qarın nahiyəsini qəlpə dağıtmışdı, bağırsaqları yerə tökülürdü. Bir əli ilə bağırsaqlarını qarnına yığıb, o biri əlilə onları tutub saxlamağa çalışır, dayanmadan deyirdi: “Komandir, qoyma məni ölməyə, qoyma məni ölməyə, mən ölümdən qorxmuram, bircə anam dözməz deyə ölmək istəmirəm”. Qışın soyuğunda onun qarnından bir buğ qalxırdı, hələ də dəhşətə gəlirəm ki, insanın bədəni necə isti olur. O gündən bu yana çay da buğlananda Mahmud yadıma düşür”. Oxuduqca anlayırsan ki, sən də bu yazılanların, yaşanılanların bir parçası olmusan.

Səsimi gizlətmədən, hönkür-hönkür ağladığım hissəni bölüşürəm:

“… Hər kəs nəfəsini çəkmədən gözləyirdi. Bölük komandiri güllə yağışının altından Məhəmmədin yaralı vücudunu götürdü, geri, səngərə doğru süründü. Birlikdə səngərin nəm torpağına yuvarlandılar. Polkovnik cəld qan içindəki Məhəmmədin vəziyyətini yoxladı və məyus halda onun üçün həyatını riskə atan zabitə dedi:

- Dedim axı! Gördün? Bu artıq şəhadətə qovuşub. Onsuz da sonra – atəş səngiyəndə götürəcəkdik, həyatını təhlükəyə atmağa dəyərdimi?!

Tapdıq yaşla dolub, toranlaşmış gözlərini yana çevirdi:

- Dəydi, polkovnik, dəydi – dedi.

- Necə yəni “dəydi”, görmürsən qurtarıb adam?

- Yenə də dəydi, polkovnik… Çünki onun yanına çatanda hələ sağ idi. Onun son sözləri bir ömrə dəydi.

- Nə dedi? Vəsiyyət etdi?

- Yox, vəsiyyət etmədi, təkcə onu dedi ki, bilirdim… Bilirdim ki, gələcəksən”.

Teleradio Akademiyasının müdavimi Samir Rahinoğlu “Açar” romanının audio yazısını audiovisual formatda təqdim etdi və “Kitabı oxudum, əsər məndə çox dərin izlər buraxdı, hələ də onun təsir dairəsindəyəm, bu videoçarxı sizin üçün hazırladım“ dedi. Video doğrudan da təsirli idi.

Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsi haqqında tələbə Kəmalə Mirzəzadənin araşdırması gəncliyin ədəbiyyata, müharibə mövzusuna analtik yanaşdığını göstərdi. Tələbə araşdırıcı sözünə: “Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsində uşaqlığını doğma vətənində keçirən lakin yurduna, evlərinə illərlə həsrət qalan 53 yaşlı onkoloq- həkimin son arzusundan bəhs edilir” deyə başladı. Başlıca mövzusu Qarabağ hadisələri olan hekayənin qəhrəmanının son məktubuna diqqət çəkdi: “Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim .... Altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun...”. “Baş qəhrəmanın belə sağalmaz xəstə vəziyyətində doğma kəndlərinə getmək istəyi əslində nəinki ermənilərə, həm də dünya xalqlarına – bəşər övladına etdiyi üsyan idi”- deyə çıxışçı bildiridi. Sözünün sonunda qeyd etdi: “… öz arzusuna çatıb doğma yurdunda “Ölərkən hiss elədi ki, gözünə gün düşür”… ifadəsi isə yazıçının oxuculara çatdırdığı ümid işığı idi. Qayıdacağımızın, həmin ağacı sulayacağımızın işığı. Şücaətli xalq olaraq həmin işığa doğru 44 gün addım ataraq, Zəfər qazanan millət kimi tarixə əbədi “ Zəfər yolu” hekayəsini yazdıq” Bu tələbənin ədəbiyyata baxışı idi.


Teleradio Akademiyasının müdavimi Pərviz Qurbanlı öz şerini oxudu:

Alma qardaşımı, alma, torpağım,
O, mənim yenilməz vüqarlı dağım,
Sayəndə göylərə qalxan bayrağım,
Bir daha yerlərə enməz, bilinsin!

Nə qədər qürurlu, o qədər acı,
Anamın oğluna var ehtiyacı,
Atam çox dərdlidi, oğul möhtacı,
Bağrımın atəşi sönməz, bilinsin!

Dərdlər qalaq-qalaq, dərdlər dağ olsun,
Ay şəhid qardaşım, üzün ağ olsun,
Allah məsləhəti, Vətən sağ olsun,
Şəhidlər heç zaman ölməz, bilinsin!

Sözsüz ki, 44 günlük Vətən Müharibəsi həssas mövzudur və bu hər bir sahədə işıqlandırılmalıdır. Bəs təhsil sahəsində bu mövzuya necə toxunulub, dərsliklərdə buna yer verilibmi? Bu haqqda Teleradio Akademiyasının müdavimi Günel Ayxan araşdırmasını təqdim etdi.

İkinci Qarabağ Müharibəsi mövzusu təkçə ədəbiyyatda deyil, kinoda da öz əksini geniş tapmalıdır. Jalə Rzayeva müharibədən sonra çəkilən kinolardan danışdı və hazırladığı videoçarxı təqdim etdi.

Sonda AzTv-nin tanınmış simalarının və Teleradio Akademiyanın rektoru Telli Pənahqızının çıxışları dinlənildi.

Akademiyanın müdavimi, 44 günlük Vətən Müharibəsi iştirakçısı Sabir Şahvələdov, İnci Yusifova, Nuranə Şahvələdova, Əzizəxanım Kazımova, Mübariz Zəki çıxışları ilə tədbiri yaddaqalan və rəngarəng etdilər.

Tədbirin layihə rəhbəri Natavan Dəmirçioğlunun çıxışı isə mesaj kimi səsləndi: “Zamanın, dövrün, xalqların və dövlətlərin taleyində baş verən mühüm hadisələr əsasən publisistikanın mövzusudur. 44 günlük Vətən Müharibəsində bəzi qusurlara baxmayaraq, mediamız fədakarlıqla işlədi.Tarix yazanların tarixini yazdı, arxivləşdirdi. Amma ədəbiyyat da elə bir unikal yaradıcılıq sahəsidir ki, ciddi, taleyüklü məsələlər onun da varlığına hopur, qanına, iliyinə işləyir, onda öz əksini tapır. Bəzən yüzilliklərdə, minilliklərdə tarix kitabları ideoloji təpkilərə məruz qalır. Ədəbiyyat isə qutsal varlığında sirləri, kod açarları qoruyub saxlaya bilir. O baxımdan Zəfərimiz ədəbiyyatımızda əks olunmalıdır. Xalq yazıçısı Elçin, Aqil Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov, gənclərdən bu haqda yeni roman yazan Ulucay Akif və Emin Piri, Eminquey Akif, Həsən Kür, Cavid Qasımlı kimi bir çox şairlərimiz Vətən Müharibəsi haqqında yazıb. Amma Zəfərimizin miqyası o qədər möhtəşəmdir ki, görülən işlər müqayisədə fraqmental şəkildə qalır.”

Səadət Bəhmənqızı

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar Elçilikdən sonra məni dəlixanaya apardılar Tikə-tikə doğranıb fəryad edənlər - Müqəddəs məbəddə nələr baş verdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:448
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri