Icma.az
close
up
RU
44 ildən sonra həbsdən çıxan adamın iPhone təəccübü: Hamı MKİ agenti olub?

44 ildən sonra həbsdən çıxan adamın iPhone təəccübü: Hamı MKİ agenti olub?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Otis Conson həyatının 44 ilini həbsdə keçirdikdən sonra ilk dəfə Tayms meydanını görəndə təəccübünü gizlədə bilməyib. Parlaq işıqlar və ekranlar qarşısında, uzun müddət həbsdə olduğu üçün nə qədər çox şeydən geri qaldığını anlayıb.

Qaynarinfo xəbər verir ki, texnologiya dünyasındakı böyük dəyişikliklərdən xəbərsiz olan Conson xüsusilə boynundan qulaqcıq kabelləri sallanan smartfon istifadəçilərini görəndə onların gizli Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentləri olduğunu düşünüb. Bu təəccüb tamamilə başa düşüləndir, çünki o, 1970-ci ildə həbsə girib və rəqəmsal inqilabı tamamilə qaçırıb. Çox güman ki, Stiv Cobs, İlon Mask və Cef Bezos kimi adları heç vaxt eşitməyib.

Otis Conson 1970-ci ilin may ayında Nyu-Yorkda bir polis zabitini öldürməyə cəhddə ittiham edilərək 25 yaşında həbsə girib və 69 yaşında azadlığa buraxılıb. Keçmiş döyüş sənətləri müəllimi olan Conson heç vaxt bu cinayəti qəbul etməyib və günahsız olduğunu iddia edib. O, "Dazed" nəşrinə verdiyi müsahibədə belə deyib: "Bir insan niyə polisə atəş açıb, eyni paltarla küçə küncündə dayanıb insanlarla söhbət etsin ki?"

Conson 2014-cü ildə azadlığa buraxılanda ona şəxsiyyət vəsiqəsi, cinayət işi sənədi, iki avtobus bileti və 40 dollar verilib. Azadlığa çıxdıqdan bir il sonra "Al Jazeera"ya verdiyi müsahibədə deyib: "Həbsxana mənə çox təsir etdi. Hər şey dəyişdiyi üçün həyata uyğunlaşmaq əvvəlcə çətin idi".

Tayms meydanında texnologiya ilə əhatə olunmuş turistləri ilk dəfə görən Conson reklam ekranları ilə bağlı "Bunlar pəncərələrdədir? Əvvəl heç belə bir şey görməmişdim! Bunlar həqiqətən pəncərələrdədir?" deyə heyrətini bildirib. O, əvvəllər pəncərələrdə yalnız gedən insanları gördüyünü, videoların isə olmadığını gülümsəyərək söyləyib.

Küçədəki insanlarla bağlı müşahidələrini belə paylaşıb: "Ətrafdakı ab-havaya, yeni şeylərə baxırdım və insanların çoxunun öz-özünə danışdığını gördüm. Daha sonra yaxınlaşanda başa düşdüm ki, qulaqlarında bir şey var. Telefon kimi bir şey... "iPhone" deyirlər, elə bir şey. Hamı MKİ agenti olubmu, deyə düşündüm. Çünki 60-70-ci illərdə, mən azadlıqda olanda qulaqlarında kabellərlə gəzən biri haqqında yeganə fikrim bu ola bilərdi".

Conson insanların yoluna baxmadan telefonda danışaraq yerimələrinə də təəccüb etdiyini deyib.

Otis Conson Tayms meydanındakı küçə sənətçiləri haqqında "Burada uzun müddət dayanıb bu qəribə şeylərə baxıram" deyərək gördüklərindən təsirləndiyini bildirib.

Həbsdə olduğu müddətdə dəyişən təkcə texnologiya olmayıb. Məsələn, taksofonla zəng tarifləri 75 faiz artmışdı. Conson bu barədə deyib: "Birinci dəfə zəng edəndə 1 dollarlıq tarif gördüm və təəccübləndim. Mən həbsdə olanda bu, 25 sent idi".

Supermarket rəflərindəki müxtəliflik də Conson üçün böyük sürpriz olub: "İndi fərqli şeylər yeyirəm, çünki insanların sahib olduğu bütün bu qəribə şeylərə baxıram. Qəribə yeməklər, müxtəlif rənglərdə içkilər. İndi yeyə biləcəyiniz o qədər şey var ki, seçmək çətindir. Məsələn, fıstıq yağı, içində jel kimi bir şey vardı. Daha əvvəl belə bir şey görməmişdim. Fıstıq yağı və jel eyni qabda? Bu, çox qəribə idi".

O, gənclik illərindən xatırladığı "Skippy’s" fıstıq yağını hələ də mağaza rəflərində görməkdən məmnun qaldığını bildirib.

Sevdiyi bəzi qəlyanaltıların artıq mövcud olmaması onu kədərləndirsə də, azadlığına qovuşduğu üçün çox həyəcanlı olduğunu bildirib: "Cəmiyyətdə olmaq gözəldir, çox yaxşı bir hissdir. Həbsxanada yalnız müəyyən vaxtlarda çölə çıxa bilirsiniz. Günəşin altında olmaq və insanları müşahidə etmək məni xoşbəxt edir. Azad olmaq gözəl bir şeydir".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri