Icma.az
close
up
RU
44 günə çin çıxan 30 illik yuxu

44 günə çin çıxan 30 illik yuxu

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1993-cü ilin yayı idi. Qarabağda qızğın müharibə gedirdi. Döyüşlər o həddə çatmışdı ki, analar qarnını, atalar dizlərini qucaqlamışdı, bacıların göz yaşları kökslərini yandırırdı. Yarı döyüşlərdə olan yarənlər, xatunlar isə bir gözü yolda, bir qulağı səsdə balalarının başını sığallaya-sığallaya özlərini ovundurur, gözlənilən, hər an gələ biləcək qara xəbəri, Şəhid xəbəri alacaqlarından qorxurdular.

Qarabağda hər qapıda, hər həyətdə vəziyyət belə idi o vaxtlar. Hətta ölkənin ən ucqar yerlərindən, Qarabağa ən uzaq obalardan axışıb gələn igidlərin, ərənlərin evlərində də, biz sözlə bütün Azərbaycanda belə idi vəziyyət o vaxtlar. Hamı qəm-qüssə içində idi. Hamı evindən çıxıb Qarabağın harayına çatan igidləri dualarla, bayatılarla oxşayır, sanki özlərini o qara xəbərə hazırlayırdılar.

Müharibə ölkəni elə yerdə haqlamışdı ki, hamı çaş-baş qalmışdı. Tarixi düşmənimiz olsa da, Sovetlərin “yengəlik missiyası” ilə qız almışdıq, qohum olmuşduq, unutmuşduq erməni məkrliyini, erməni fürsətcilliyini, erməninin torpaqlarımızda olan gözlərini. Unutmuşduq onların gözünün içinə baxa-baxa... Amma biz saydığımızı sayaq, gör düşmən nə sayırmış. Tarixən lobbilərindən dəstək alan ermənilər, biz çörəyimizi onlarla bölüşərkən, onlar nə edirmiş? - Son qəpik-quruşlarını verib silah-sursat fondunun xəzinəsini doldururmuşlar sən demə.

Müstəqilliyinə yenicə qovuşmuş Azərbaycana, hələ tam formalaşmamış, Sovet ordusu gedərkən ov tüfəngi belə əlindən alınmış bir xalqın üstünə gəlmək, ömür boyu xəyallarında yaşatdıqları Qarabağa "sahiblənmək arzusu"na çatmaq itin əlinə düşmüş bir fürsət oldu sanki. Qəfil başlayan müharibə və silah-sursatın olmaması bizi çox yıpratdı, böyük zərbələr vurdu.

Amma yenə də düşmən qarşısından çəkilmədi Azərbaycanın igid oğulları. Könüllü olaraq döyüşdü, yeri gəldi silah atdı, yeri gəldi qaya parçası yomaladı düşmənin yoluna. Şəhidlər sankı leysan yağışı kimi ölkənin dörd bir tərəfinə səpələndi...

Vəziyyət getdikcə çətinləşirdi. Şəhidlərin sayı artır, çarəsiz qalan əhali – qız-gəlini, körpə uşaqları, yaşlıları düşmən əlinə düşməsin deyə Qarabağdan köç edirdi yavaş-yavaş... Axı bu millətin canında Xocalı faciəsi və orada insanlığa sığmayacaq tərzdə vəhşicəsinə, qəddarcasına əhalinin məhv edilməsi, soyqırımı xofu vardı.

Bəli, əhali Qarabağı yavaş-yavaş tərk edirdi... Döyüşən oğullar olsa da, amma bu yetərli deyildi. Çünki silah yox, sursat yox. Üstəgəl "Rusiya qoşunları ermənilərə dəstək üçün hər an gələ bilər" qorxusu... Bax bu amillər yerli əhalinin Qarabağdan məcburi çıxışına səbəb oldu. Hansı ki, sonra 30 il ərzində "məcburi köçkün ailəsi" kimi yaşayacaqdılar ölkənin dörd bir tərəfində.

Düşmən irəliləməkdə, əhali öz yurdunu tərk etməkdə. Və o dövrədək tanımadıqları rayonlarda, kəndlərdə məskunlaşmaq. İnsanlar elə pərən-pərən düşdü ki, atanın baladan, balanın anadan, bacının qardaşdan xəbəri olmadı illərlə. Öldüsündən, qaldısından xəbər tutmadı ən yaxın qohumlar illərlə bir-birindən. Onlarla qızın nişanı, toyu pozuldu bu müsibətlərin içində, çünki birinin harada olmasından digərinin xəbəri yox idi...

Sonra hər şey düzəlsə də, qohumlar, qonşular bir-birlərini tapsalar da, o deyildi, Vətənin içində bir vətənsizlik yaşadı qarabağlılar, 30 illik bir niskilə büründülər.

Əgər Heydər Əliyev zəkası, siyasi əlaqələri olmasaydı Azərbaycan elə o vaxt xəritədən silinəcəkdi. Onun sayəsində sağ çıxdı mühasirəyə düşmüş insanlar Qarabağdan. Yoxsa indi... Heydər Əliyevi Ümummilli lider və Ulu Öndər edən də bu və xalq üçün bundan sonrakı xidmətləri oldu. Atəşkəs razılığının əldə olunması bir xalqın məhv olunmasının, ölkəsini tərk etməsinin qarşısını aldı.

Düşmənin ələ keçirdiyi bir qəsəbə və 22 kənd geri qaytarıldı Heydər Əliyevin zəkası sayəsində. Sonra danışıqlar başladı. Uzandı uzana bildikcə... O qədər uzandı ki, sanki ümidlər də öldü torpaqlarımızın haçansa geri alınacağına.

“Unudun Qarabağı, yaddan çıxardın, qaytarılan deyil. Kim aldığını geri qaytarar ki?” kimi söz-söhbətlər gəzdi xalq arasında.

Yuxulara girməyə başladı Qarabağ – Azərbaycanın dilbər guşəsi. Şuşanı, Ağdamı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Füzulini yuxularımızda görürdük. Xocalını gözü yaşlı, Şuşanı “başı daşlı”, Laçını, Kəlbəcəri şeirsiz, Ağdamı muğamsız, Füzulini qəzəlsiz görürdük uzun gecələrin qış yuxusunda.

Qarabağdan məcburi çıxan əhalinin böyük bir hissəsi - böyükləri dözmədi bu dərdə. Qəhərdən, kürrükdən üzlərini haqq dünyasına çevirdilər doğma yurdlarının səmasında ruhən gəzmək üçün. Saysız-hesabsız oldu ruhən Qarabağa köçənlər. Onlar köçdükcə, qarabağlılar daha çox görməyə başladı əzizlərinin nigaran ruhlarının gəzdiyi Qarabağı yuxularda...

Ta ki... deyir sən saydığını say, gör fələk nə sayır. Sən demə ermənilərin tıfağını dağıdacaq fələk bu dəfə özümüzdən imiş – Ali Baş Komandan, Prezident İlham Əliyev. Ulu Öndər Heydər Əliyevin - atasının vəsiyyətini özü üçün əsas amala çevirən ölkə başçısı İlham Əliyev bir tərəfdən beynəlxalq ünvanlarda münaqişə ilə bağlı müzakirələr aparır, digər tərəfdən isə yeri gələrsə “qana qan”, “qisas” üçün müharibəyə hazırlaşırmış. Ordunu gücləndirir, dəstək əlaqələrini qurur, Qarabağı işğaldan azad etmək üçün hərbi çertyojunu cızırmış. Və buna nail oldu.

27 Sentyabr 2020-ci il. Bu tarix çox şeyi dəyişdi. Bu tarix bütün dünyanı silkələdi. Azərbaycan öz gücünə inanaraq əks-hücuma keçdi. Həm ordumuz, həm də xalqın vətənpərvər oğulları İlham Əliyevin verdiyi əmrin sadiq icraçıları oldu. El bir oldu, yumruq oldu, dağ oynatdı yerindən. 30 ildir yuxularımızda gördüyümüz Qarabağın kəndləri, obaları, mərkəzləri geri qaytarılmağa başlanıldı. Ali Baş Komandan sevindirici xəbərləri xalqa özü çatdırdı. “Qarabağ Azərbaycandır!” mesajının ardınca Prezidentin dilindən çıxan “Füzulini geri aldıq!”, “Ağdam bizimdir!”, “Şuşa, sən Azadsan!” kəlmələri səsləndikcə, Azərbaycan qürurlandı, dünya lərzəyə gəldi.

Ermənilərin bir neçə ilə addım-addım işğal etdiyi torpaqlarımızı müzəffər ordumuz cəmi 44 günə geri qaytardı. Minlərlə Şəhid verdik, yüzlərlə oğul sağlamlığını itirdi – “gözüm, əlim, ayağım, ürəyim sənə qurban, Vətən!” deyib Qazi oldular bu döyüşlərdə.

Yaddaqalan döyüş əməliyyatları oldu bu 44 gündə. Topçu Vüsalın qüruru, Xudayarın oxuduğu, sonradan “Xudayar təsnifi”nə çevrilən “Vətən yaxşıdır” mahnısı, bir əlində silah, çiynində isə yaralanmış döyüş yoldaşını daşıyan qəhrəmanımız, daha kimlər, kimlər hələ də bu xalqın hörmətlə, qürurla xatırladığı anlardır.

Ali Baş Komandanımızın, Vətən müharibəsində Şəhid olan milli qəhrəmanlarımız, qazilərimiz və veteranlarımızın sayəsində Qarabağ bütövlüklə bizimdir bu gün. Dünya bizim ömrümüzdən keçən o 44 gündən danışır.

8 Noyabr 2020-ci il. Növbəti sondan əvvəlki son. Zəfər günü. Bəli, cəmi 44 günə alındı torpaqlarımız qəsbkar, işğalçı, vandal ermənilərdən. Böyük Türk Dünyası sevindi Azərbaycanın bu qələbəsinə. Ruhlar sevindi – nigaran ruhlar... ən əsası da yuxularımız çin çıxdı – 30 il gördüyümüz yuxular 44 günə çin çıxdı...

Hələ bilmək olmaz, bəlkə Zəngəzurlu, Göyçə göllü, hətta Təbrizli yuxularımız da çin çıxdı...

Allah sizə rəhmət eləsin, Şəhidlər! Sizi böyük hörmətlə, minnətdarlıqla anırıq!

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1083

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see328

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see236

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see176

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see173

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see166

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see163

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see162

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see161

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see159

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see158

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see157

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see156

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see155

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri