Icma.az
close
up
RU
45 dəqiqəlik dərsdə 60 şagird Paytaxt məktəblərində siniflər bölünəcək?

45 dəqiqəlik dərsdə 60 şagird Paytaxt məktəblərində siniflər bölünəcək?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırda paytaxtda və ona yaxın ərazilərdə əhalinin sıxlığı, həmçinin bölgələrdən paytaxta olan miqrasiya axını nəticəsində bəzi ərazilərdə şagird sıxlığı müşahidə olunur. Bu da artıq auditoriyalarda tələb olunan şərtləri pozur”.
Bunu Demokrat.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. 

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlətin dəstəklədiyi sinif üzrə şagird sıxlığı normativləri mövcuddur:
“Xüsusilə Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli, 213 nömrəli qərarında göstərilir ki, ibtidai siniflər, 5–9-cu siniflər və 10–11-ci siniflər üzrə ən azı 20 nəfərdən ibarət siniflər təşkil olunmalıdır. Əgər bir sinifdə şagird sayı 30 nəfəri keçərsə və ya sinif otağının ölçüsü artıq mövcud tələblərə cavab verməzsə, həmin sinif üzrə ikinci paralel sinif yaradılmalıdır. Yəni minimum 20 nəfər, maksimum isə sinif otağının imkanlarına uyğun olaraq 30–35 nəfər arasında şagirdin bir sinifdə olması məqsədəuyğundur. Hazırda bəzi ərazilərdə, xüsusilə paytaxt ətrafında yaşayan və bölgələrdən köç edən vətəndaşların sıx məskunlaşdığı yerlərdə bu norma pozulur”. 
Mütəxəssis qeyd edib ki, bəzi məktəblərdə bir sinifdə 45–50, hətta 60 nəfərə qədər şagird yerləşdirilir:
“Bu da təbii olaraq təhsilin keyfiyyətinə mənfi təsir edir. Çünki 45 dəqiqəlik dərs zamanı 60 şagirdin hər birinə keyfiyyətli şəkildə bilik və bacarıq ötürmək çətinləşir. Ona görə də biz xüsusilə sıxlıq müşahidə olunan ərazilərdə yeni məktəblərin tikilməsi, mövcud məktəblərin genişləndirilməsi və yeni korpusların istifadəyə verilməsini təklif edirik. Bu, şagird sıxlığının qarşısını almaq üçün ən uyğun və optimal variantdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri