Paytaxt məktəblərində təşkil olunmuş təmayül siniflərində 17 mindən çox şagird təhsil alıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təmayülləşmənin əhatə dairəsi və effektivliyi artmaqda davam edir. 2025–2026-cı tədris ili ərzində 194 təhsil müəssisəsində təşkil olunmuş 819 təmayül sinifdə ümumilikdə 17 110 şagird təhsil alıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat bildirilib.
Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almalarını təmin edən təmayül siniflər ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə, təhsilalanların akademik və peşəyönümlü inkişafına mühüm töhfə verir. Son illər təmayül siniflərə olan marağın davamlı şəkildə artması bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurlu nəticələrini nümayiş etdirir.
Paytaxtın 65 ümumtəhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi uğurla icra olunub. Layihənin əsas məqsədi şagirdlərin ümumi təhsil bazasında müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, onları əmək bazarının tələbləri ilə tanış etmək və gələcək peşə təhsili seçimlərinə hazırlamaqdır.
Peşə təmayüllü siniflər şagirdlərin erkən peşəyönümü istiqamətində məlumatlandırılmasına, praktik bacarıqlar əldə etməsinə və gələcək karyera planlamasına dəstək göstərir.
Bakı şəhərində yerləşən 96 və 239 nömrəli tam orta məktəblərdə yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb. Model çərçivəsində ümumi orta təhsil səviyyəsini başa vurmuş şagirdlər tam orta təhsil səviyyəsinin X sinfinə qəbul olunaraq maraq və meyillərinə uyğun istiqamətlər üzrə təhsil alırlar.
Yeni təmayül tədris modelinin əsas məqsədi X–XI sinif şagirdlərinin fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimlər üçün daha uyğun tədris şəraiti yaratmaq, keyfiyyətli və məqsədyönlü təhsil mühitini formalaşdırmaq, həmçinin orta təhsil səviyyəsində təmayülləşmənin səmərəliliyini artırmaqdır.
Növbəti tədris ilində yeni təmayül tədris modelinin əhatə dairəsi genişləndirilərək Bakı şəhərinin 30 ümumtəhsil müəssisəsini əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















