Icma.az
close
up
RU
4500 illik sirr açıldı: Şərq cəbhəsindəki kəşf alimləri həyəcanlandırdı

4500 illik sirr açıldı: Şərq cəbhəsindəki kəşf alimləri həyəcanlandırdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Misir arxeologiyasında son illərin ən diqqətçəkən tapıntılarından biri qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, Misir və Almaniyadan olan tədqiqatçıların birgə apardığı araşdırma Giza nekropolundakı üç əsas piramidadan ən kiçiyi olan Mikerinos (Menkaure) piramidasının şərq cəbhəsində indiyədək fərq edilməyən gizli bir giriş ola biləcəyini ortaya çıxarıb. 

Bəs piramidanın içində hansı sirlər gizlənir? Bu ikinci giriş itkin qəbirə, yoxsa hələ kəşf olunmamış otaqlara aparır? 

Qədim dünyanın bu nəhəng tikililəri min illərdir həm alimlərin, həm də tarixsevərlərin diqqətini üzərinə çəkir. Qüsursuz memarlığı və sirləri ilə piramidalar insanlığın ən böyük sirrlərdən biri olaraq qalır. Giza Platosundakı piramidalar isə xüsusilə gizli keçidləri, astronomik düzülüşləri və hələ tam aydınlaşdırılmamış inşa texnikaları ilə milyonlarla insanın marağına səbəb olur.

İndi isə Mikerinos piramidasında edilən yeni kəşf, bu qədim tikililərin hələ də açılmamış böyük sirlər saxladığını göstərir.

4500 illik sirr: Mikerinos piramidasında yeni bir qapı?

E.ə. 2510-cu illərdə inşa olunan və təxminən 200 metr hündürlüyə sahib Mikerinos piramidası Keops və Kefren piramidlərindən kiçik olsa da, tarixi əhəmiyyəti son dərəcə böyükdür.

Bu gün piramidanı əhatə edən müzakirələr yeni bir mərhələyə keçib. Münhen Texniki Universiteti (TUM) və Qahirə Universitetinin mütəxəssisləri piramidanın şərq cəbhəsində yerləşən eyni səviyyədə cilalanmış qranit blokların arxasında qeyri-adi struktur anomaliyalar aşkarlayıb.

Prof. Kristian Qrosse aparılan işlərin nəticələrini "Giza üçün son dərəcə önəmli tapıntı” kimi qiymətləndirib. O bildirib: "Hazırladığımız test metodologiyası piramidanın daxili quruluşu barədə çox dəqiq nəticələr əldə etməyə imkan verir. İkinci giriş hipotezi getdikcə güclənir".

Radar, ultrason və elektrik tomoqrafiyası ilə axtarış

Tədqiqatçılar piramidanın qranit səthinə zərər verməmək üçün radar axtarışı, ultrason görüntüləmə və elektrik müqavimət tomoqrafiyası (ERT) kimi invaziv olmayan üsullardan istifadə ediblər. Bu metodların birləşdirilməsi nəticəsində səthin arxasında iki ayrı boşluq müəyyən edilib:

Aşkarlanmış anomaliyalar:

Birinci boşluq:

– Dərinlik: 1,4 metr

– Hündürlük: 1 metr

– En: 1,5 metr

İkinci boşluq:

– Dərinlik: 1,13 metr

– Ölçülər: 0,9 × 0,7 metr

Bu boşluqların yerləşməsi tədqiqatçıların fikrincə "ikinci giriş ehtimalını gücləndirəcək şəkildə” düzülüb. Xüsusilə piramidanın şərq tərəfində, yerə yaxın hissədə 4 metr hündürlüyündə və 6 metr enində düzbucaqlı sahə mümkün giriş nöqtəsi kimi qiymətləndirilir.

Niyə məhz şərq cəbhəsi?

Mütəxəssisləri bu bölgəyə yönəldən ən önəmli işarələrdən biri də şərq cəbhəsindəki qeyri-adi dərəcədə hamar qranit bloklar olub. Piramidanın əsas girişinin yerləşdiyi şimal cəbhəsində də oxşar qranit daşlar mövcuddur. Şərqdəki cilalanmış daşların varlığı, tədqiqatçılara görə, burada da qədim dövrdə giriş olduğunu, sonradan bağlandığını və ya zamanla unudulduğunu göstərə bilər.

Bu fikir yeni deyil. Müstəqil tədqiqatçı Steyn van den Hoven 2019-cu ildə Mikerinos piramidanın ikinci girişə sahib ola biləcəyini irəli sürmüşdü. Lakin o vaxt fiziki sübut olmadığı üçün hipotez diqqət çəkməmişdi. İndi isə elmi ölçmələr bu nəzəriyyəyə güclü dayaq yaradır.

Kəşf edilməmiş otaqlar ola bilər

Hazırda turistlər piramidanın içindəki koridorları, nişləri və mövcud məzar otaqlarını ziyarət edə bilir. Lakin şərq cəbhəsində müəyyən edilən anomaliyalar piramidanın daxilində hələ aşkar olunmamış otaqların və ya keçidlərin ola biləcəyini göstərir.

Tədqiqatçılar istifadə olunan texnologiyaların nüfuz dərinliyinin məhdud olduğunu, ona görə də aşkarlanan boşluqların piramidanın nə qədər içinə uzandığının tam bilinmədiyini bildirirlər. Nəticələrin geniş tərkibli elmi komissiya tərəfindən qiymətləndirilməsi planlaşdırılır.

Araşdırmanın nəticələri "NDT & E International” jurnalında dərc olunub və piramidanın şərq cəbhəsində daha əvvəl qeydə alınmamış struktur anomaliyələrin ilk dəfə təsdiqləndiyi açıqlanıb.

Yarım qalmış bir hekayə: Menkaurenin itkin sarkofaq

Mikerinos piramidası yalnız struktur və memarlıq baxımından deyil, həm də böyük bir itkinin simvoludur. Firavun Menkaureyə aid olduğu düşünülən sarkofaq 1830-cu illərdə "British Museum”a aparılmaq üçün Beatrice adlı ticarət gəmisinə yüklənmişdi. Lakin gəmi 13 oktyabr 1838-ci ildə Maltadan ayrıldıqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Gəmi və sarkofaq bir daha tapılmayıb. Bu səbəbdən piramidanın içində bu gün firavuna aid heç bir orijinal dəfn əşyası yoxdur. Yeni aşkarlanan boşluqların itkin sarkofaqla bağlı ipucu verib-verməyəcəyi isə böyük maraq doğurur.

İnsanlığın ən böyük sirr sahəsi: Giza kompleksi

Kahirənin qərbində yerləşən Giza platosu, Böyük Sfenks və Keops, Kefren, Mikerinos piramidalarında ev sahibliyi edir. Nəhəng daş blokların necə daşındığı, necə bu qədər dəqiq yerləşdirildiyi, piramidaların hansı məqsədlə inşa edildiyi kimi suallar hələ də cavabsızdır.

Mikerinos piramidasındakı yeni tapıntılar bu sirrlərin açılması istiqamətində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Arxeologiyada yeni bir dönüm nöqtəsi?

Mikerinos piramidasının şərq cəbhəsində aşkar olunan hava dolu anomaliyalar alimləri həyəcanlandırıb. Tədqiqatçılar ikinci girişin mövcudluğunu sübut etməyə indiyədək olmadığı qədər yaxın olduqlarını bildirirlər. Əgər bu hipotez təsdiqlənərsə, kəşf həm Giza piramidalarının memarlığına, həm də qədim Misirin dəfn ənənələrinə dair yeni məlumatlar təqdim edə bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri