Icma.az
close
up
RU

4500 illik bir sirr açıldı: Dünyanın ən qədim stolüstü oyunu belə oynanılır

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər nəhayət ki, dünyanın ən qədim stolüstü oyunlarından birinin qaydalarını anladılar. 1977-ci ildə İranın cənub-şərqindəki Şehr-i Sokhta məzarından çıxarılan təxminən 4500 illik stolüstü oyun, uzun illər davam edən araşdırmalardan sonra mütəxəssislər tərəfindən deşifrə edilməyə başlandı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verdi ki, İranın cənub-şərqində tapılan qədim stolüstü oyun qazıntıdan yarım əsr sonra məna qazanıb. Elm adamları minlərlə il yaşı olan bu oyunun necə oynanacağı ilə bağlı mümkün qaydaları açıqlayıb.

İngiltərədən olan kompüter alimi və iranlı arxeoloqla birgə oyunun mümkün qaydaları yenidən yaradılıb və 50 təcrübəli oyunçu üzərində sınaqdan keçirilib.

Şehr-i Soxtada tapılan bu qədim oyun dəsti oyun taxtası, 27 plitələr, 20 dairəvi sahə və dairəvi formalarla həkk olunmuş 4 zardan ibarət idi.

Bu əşyaların stolüstü oyunların tam dəsti olduğu düşünülür. Oyun Mesopotamiyada oynanan oxşar Royal Game of Ur oyununa yaxın bir dizayna malik olsa da, onun qaydalarındakı fərqlər həlli çətinləşdirirdi.

Essex Universitetinin kompüter alimi Sam Jelveh və müstəqil arxeoloq Hossein Moradi bu qədim oyunun qaydalarını yenidən qurmaq üçün fiziki sübut və ehtimal modelləşdirməsini birləşdirdilər.

Dövrün digər oyunlarından ilham alan tədqiqatçılar Şehr-i Sokhta oyununda istifadə edilən daşların rollarını müəyyən ediblər. Hər biri iki oyunçu üçün dəst kimi hazırlanmış daşlar oyunda müxtəlif məqsədlər üçün istifadə edilib. Ulduz formalı daşlar “təhlükəsiz zona” rolunu oynayırdı, konus formalı daşlar isə rəqibə mane olmaq üçün istifadə olunurdu.

Lövhə üç hissədən ibarətdir: Oyunçular zər ataraq öz fiqurlarını lövhədə hərəkət etdirərək rəqiblərini geridə qoymağa çalışırdılar.

Eramızdan əvvəl 3-cü minillikdə öz zirvəsinə çatan Şehr-i Soxta Şərqi İran yaylasının mühüm şəhərlərindən biri idi. Burada tapılan stolüstü oyunun eramızdan əvvəl 2600-2400-cü illərə aid olduğu güman edilir. Eyni dövrə aid yüzlərlə oxşar oyun stolüstü oyunların bölgənin sosial həyatında nə qədər populyar olduğunu ortaya qoyur.

Tədqiqatçılar bu oyunların “iyirmi kvadrat oyunu” və ya “iyirmi oyun” adlandırıldığını, lakin hər mədəniyyətin bu oyunlara fərqli adlar verdiyini bildiriblər.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri