Icma.az
close
up
RU
46 qadın insan alverinın əsas qurbanı olub

46 qadın insan alverinın əsas qurbanı olub

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Tarixdə olduğu kimi, dövrümüzün ən təhlükəli transmilli cinayətlərindən olan insan alveri fenomeni yalnız hüquq-mühafizə orqanlarının qarşısında dayanan problem deyil, eyni zamanda sosial, iqtisadi və informasiya təhlükəsizliyi məsələsidir.

Beynəlxalq statistikaya nəzər salsaq, problem kifayət qədər geniş miqyas alıb. 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanı qeydə alınıb, onların 63 faizini qadınlar təşkil edib. Eyni zamanda, son illərdə xüsusilə, onlayn mühitdə cinsi istismar hallarında kəskin artım var. ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanı müəyyən edilib".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məcisdə  2025-ci il üzrə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordantorun illik Məlumat”ının müzakirəsi zamanı deyib. 
Onun sözlərinə görə, rəqəmlər göstərir ki, insan alveri qlobal miqyasda genişlənməkdə davam edir və yeni formalar alır. "Xüsusilə, rəqəmsal texnologiyaların inkişafı cinayətkar şəbəkələr üçün üstün imkanlar açır.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Məlumatda göstərilir ki, aparılan fəaliyyət kompleks, çoxsəviyyəli və koordinasiyalı olub",- o vurğulayıb.
O əlavə edib ki, qurbanın müdafiəsi və dəstəyinə yönəlik tədbirlər yardım xidmətlərinin yaradılması, reabilitasiya proqramlarının hazırlanması, sığınacaqla təminat və QHT-lərlə əməkdaşlıq hesab olunur:

"Göründüyü kimi, mübarizənin hüquqi bazası bütün beynəlxalq meyarlara və aparıcı Avropa təşkilatlarının tövsiyyələrinə uyğundur.
Digər mühüm istiqamət profilaktika, maarifləndirmə, regionlarda əsasən risk qrupları və təhsil sektorunda tədbirlər, erkən mərhələdə məlumatlandırılmadır.
Hesabatın təhlili göstərir ki, son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur". 

O əlavə edib ki, statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir:  "Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər  22, 7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. 
Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir-2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Əldə olunan nəticələr, Daxili İşlər Orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi  tədbirlərin əməli nəticələri sayıla bilər.
Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir".

Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.

Cinayətkarların strukturu da diqqətçəkəndir-2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun,  cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir.
2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda 72 faizinin Türkiyədə, 22 faizinin Birləşmiş Ərəb Əmirliklərində, 6 faizinin isə Pakistanda istismara məruz qaldığı müəyyən edilib. Göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayətdir.
Eyni zamanda, hüquq-mühafizə tədbirlərinin effektivliyini göstərən digər statistik göstərici cinayətlərin açılma səviyyəsidir. 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib". 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 May 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri