Icma.az
close
up
RU
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib. Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana biləcəklər.

Qeydiyyatdan keçənlər “Coursera” onlayn platformasından istifadə etmək üçün 6 həftəlik lisenziya əldə edəcəklər. İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanacaqlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatan olacaq. Kursları uğurla bitirənlər “Coursera” platforması tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif olunurlar.

“Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyilə Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Bundan əlavə, daha çox tələbatın olduğu 10 kurs isə süni intellektin “deep-fake” texnologiyası ilə Azərbaycan dilində səsləndiriləcək.

Bununla yanaşı, platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər. İstifadəçilər həmçinin, süni intellekt əsaslı “Coursera coach” bələdçi funksiyasından faydalanaraq təhsil və karyera hədəflərinə uyğun dərsləri seçə biləcəklər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Mart 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri