“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram”ın açılışı mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış edərək layihənin gələcəkdə daha da genişləndirilməsinin nəzərdə tutulduğunu deyib.
Qeyd olunub ki, “Milli Proqram” çərçivəsində ilk 7500 istifadəçi aprelin 1-dən ödənişsiz təlimlərdən yararlanmağa başlayıb. Bu günə kimi vətəndaşlar platformada 20 242 təlimə müraciət ediblər. 2326 təlim artıq yekunlaşıb, verilən tapşırıqları uğurla yerinə yetirənlər beynəlxalq sertifikatlar əldə ediblər.
Proqram çərçivəsində 1 il ərzində onminlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















