Icma.az
close
up
RU
5 ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır

5 ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Artıq 5 ildir ki, ən-ənəvi olaraq keçirilən “Yüksəliş” müsabiqəsinin 2025-ci il üçün olan qalibləri rəsmi olaraq elan edilib. Müsabiqədə bilik mübarizəsini uğurla tamamlayan 124 nəfər final mərhələsinə yüksəlib. Onlardan 20 nəfəri isə qalib adını qazanıb. Gərgin  imtahan mərhələrindən keçərək qalib adına layiq görünənlər sırasında Kapital Bank-ın 3 əməkdaşı - Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov da yer alıb.

Maliyyə sahəsində böyük təcrübəsi olan Toğrul Xəlilov 2015-ci ildən etibarən Kapital Bank-da çalışır. O, fəaliyyət dövründə Partnyor şəbəkəsinin idarə edilməsi, İpoteka və kredit sahəsi, Bank məhsulları sahəsi, Pərakəndə məhsullar sahəsi kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2023-cü ildən etibarən bankın Satış Kanalları Departamentinin direktoru olaraq fəaliyyətini davam etdirir.

Kapital Bank-da Satış kanalları şöbəsində mütəxəssis olaraq fəaliyyətə başlayan Qoşqar Daşdiyev daha sonra Birbaşa satış və Xidmət şöbəsində bölmə rəhbəri və menecer vəzifəsinədək yüksəlib.

Layihənin növbəti qalibi Məmməd Həsənov bankda 2023-cü ildən etibarən fəaliyyət göstərir. Risk texnologiyaları sahəsində geniş təcrübəyə malikdir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılmasıdır. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük), final mərhələsində “İdarəçi rollar modeli” üzrə qiymətləndirilirlər. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri