Icma.az
close
up
RU
Yüksəliş müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Yüksəliş müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü "Kapital Bank" əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir. Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan "Kapital Bank"da xüsusi görüş baş tutub.

"Unikal" xəbər verir ki, Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı direktoru Fərid Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər. 

Görüş zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri yaratdığı barədə fikirlərini bölüşüblər. 

"Kapital Bank"ın Baş İcraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir: “Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz Kapital Bank-da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir”.

İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib: “Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur strategiyasının tərkib hissəsidir. “Yüksəliş” kimi platformalarda qalib olmaq bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir”.

Qeyd edək ki, builki “Yüksəliş” müsabiqəsinin qalibləri arasında "Kapital Bank"ın Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov yer alıb. Onların hər biri bank daxilində inkişaf yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri