Icma.az
close
up
RU
5 faiz təklifi ətrafında gərgin mübahisə...

5 faiz təklifi ətrafında gərgin mübahisə...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO-da çatlar yarana bilər?

Yaxın zamanda NATO-da daxili ziddiyyətlərin gərginləşməsinin şahidi ola bilərik. Belə ki, ABŞ Dövlət katibi Marko Rubio “Foxnews” -a müsahibəsində bildirib ki, NATO-nun iyunun 24-25 -də Haaqada keçiriləcək sammitində müdafiə xərclərinin artırılması ilə bağlı məsələ xüsusi müzakirə predmeti olacaq. Onun sözlərinə görə, alyansın üzv ölkələrinin qarşıdakı onillikdə müdafiəyəyə ÜDM-in 5 faiz dəyərində vəsait xərcləməsi üçün razılıq əldə oluna bilər. “Altı həftə sonra sammit keçiriləcək. Bu sammitdə NATO-nun demək olar ki, hər bir üzvünün müdafiə xərcləri 2 faiz və ya ondan yuxarı olacaq, lakin daha önəmlisi, onların əksəriyyətinin xərci 4 faizdən artıq olacaq. Növbəti onillikdə bu rəqəmi 5 faizə çatdırmaq barədə müzakirələr aparılacaq”, - deyə Rubio bildirib.

Xatırladaq ki,  ABŞ-ın Dövlət katibi aprelin 4-də NATO  xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl jurnalistlərə açıqlamasında bəyan etmişdi ki, hər bir NATO üzvü alyansın ərazisini müdafiə etmək və istənilən təhdidlərin qarşısını almaq üçün müdafiə xərclərini artırmalıdır. “Bloomberg” -in məlumatında qeyd olunur ki, iyunun 24-25 -də NATO-nun Haaqada keçiriləcək növbəti sammitində müzakirələr zamanı hərbi xərclərin artırılması və müdafiə sənayesinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Tramp ultimatum verib

Almaniyanın “Şpiegel” qəzetinin məlumatına görə, Tramp alyansın iyunun 24-25 -dəki sammitində iştirak etməyə bilər. Nəşr qeyd edir ki, bu barədə ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Uitaker alyansın səfirlərinə xəbərdarlıq edib. Diplomat, həmçinin Tramp administrasiyasının üzv dövlətlərin ÜDM-in 5 faizini müdafiəyə xərcləməyi öhdəsinə götürməsi tələbində israrlı olduğunu bildirib.  Qeyd edək ki, Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə öz çıxışlarında bəyan edib ki, Vaşinqton artıq Avropanın təhlükəsizliyinə vəsait ayırmaqda maraqlı olmayacaq və NATO-nun hər bir üzv ölkəsi alyansın müdafiə xərclərində ciddi öhdəlik daşımalıdır. Tramp martın 7-dəki çıxışında xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə lazımi olan vəsaiti ayırmasalar, ABŞ onları müdafiə etməyəcək.

NATO-nun 2024-ci il üçün müdafiə xərcləri

NATO-ya üzv ölkələr 2024-cü ildə müdafiəyə1,3 trilyon dollardan çox vəsait xərcləyiblər. Alyansın illik hesabatında bildirilir ki, bu, 2023-cü ildəkindən 123 milyard dollar çoxdur. 2024-cü ildə alyans ölkələrinin hərbi xərcləri rekord həddə - 1 trilyon 303 milyard dollara yüksəlib. Bunun 818 milyard dollarını (64 faizi) ABŞ xərcləyib. NATO -nun Avropa üzvləri və Kanadanın payı 2023-cü illə müqayisədə 19,4 faiz artaraq 468 milyard dollar təşkil edib. 2023-cü ildə alyansın müdafiə xərcləri 1,180 trilyon dolları keçib. 2024-cü ildə bu rəqəm 123 milyard dollar artıb.

Bəzi üzv ölkələr  2 faizə razılaşıb

NATO-nun yeni hesabatına görə, üzv dövlətlərin əksəriyyəti müdafiə xərclərini artıraraq ÜDM-in ən azı 2 faizini orduya yönəltmək öhdəliyini yerinə yetirib. Sözsüz ki, Trampın təzyiqləri və xəbərdarlıqları bu artımda mühüm rol oynayıb. Qərb KİV-lərinin məlumatına görə, NATO-nun 22 üzv ölkəsi ÜDM-nin 2 faizini müdafiəyə ayırıblar - Polşa müdafiə xərclərinə ÜDM-in 4,07 faizini, Estoniya, Latviya, ABŞ, Litva və Yunanıstan müdafiə xərclərinə ÜDM-in 3-4 faiz arası ayırıb. Türkiyə isə bu il müdafiəyə ÜDM-in 2,09 faizini ayıraraq hədəfi keçən ölkələr sırasına daxil olub. Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Macarıstan və Niderland, həmçinin Bolqarıstan və Slovakiyanın bu il üçün müdafiə xərcləri 2 faiz hədəfini keçib. Amma Monteneqro, İtaliya, Portuqaliya, Belçika, Lüksemburq, Sloveniya və Kanadanın müdafiə xərcləri 2 faiz hədəfinə çatmayıb. İspaniya isə müdafiə xərclərinə ÜDM-in cəmi 1,24 faizini ayırmaqla siyahının sonunda qərarlaşıb.

Rutte xərcləri 3,5 faizədəkartırmağı təklif edir

Mayın 2-də NATO-nun Baş katibi Mark Rutte alyansın üzv ölkələrinə hərbi xərcləri ümumi daxili məhsul həcminin 3,5 faizinədək artırmağı, müdafiə ilə bağlı digər məsələlərə isə əlavə olaraq ÜDM-nin 1,5 faizini ayırmağı təklif edir. Çox güman ki, NATO-nun Haaqa sammitində Rüttenin təklifi ətrafında da geniş fikir mübadiləsi aparılacaq. Baş katibin təklifi bəzi üzv ölkələr üçün münasib görünə bilər.

5 faiz ətrafında ciddi mübahisə

Almaniya XİN-in yeni rəhbəri Johann Vadeful “Reuters”ə açıqlamasında bildirib ki, Almaniya ABŞ-ın NATO ölkələrinin müdafiə xərclərini 10 ildə ÜDM-in 5 faizə çatdırmaq məqsədini dəstəkləyir. Vadeful Almaniyanın planlarını Antalyada Marko Rubio ilə görüşdən sonra açıqlayıb. Vadeful əlavə edib ki, Almaniya 2025-ci ildən etibarən müdafiə xərclərini ildə 60 milyard avrodan çox artırmağı planlaşdırır. Lakin NATO-nun bir çox üzv ölkələri Trampın 5 faiz təklifi ilə razılaşmırlar. “Reuters” qeyd edir ki, alyansın bəzi üzv ölkələrinin rəhbərləri müdafiə xərclərinin artırılmasına razılıq versə də, ABŞ prezidentinin ÜDM-in 5 faizi təklifini qəbul etmirlər - onlar bəyan edirlər ki, bu, iqtisadi cəhətdən qeyri-mümkündür.

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO-nun Avropadakı bəzi üzv ölkələrinin sosial-iqtisadi problemləri buna imkan vermir: “Bu məsələ ətrafında ziddiyyətlər var. Yaxın aylarda bu ziddiyyətlər daha da dərinləşə bilər. NATO-nun bəzi üzv ölkələri Trampın bu təklifini yerinə yetirmək istəmirlər. Böyük ehtimalla, bu, alyans daxilində çox ciddi problemlər yaradacaq. NATO-nun Avropadakı bəzi üzv ölkələrində çox ağır sosial-iqtisadi problemlər var. Bu problemlər həmin ölkələrə müdafiə xərclərini 5 faizə qədər artırmağa imkan vermir. İspaniya və Portuqaliyanı buna misal çəkmək olar”. Ekspert əlavə edib ki, bəzi Avropa ölkələrində müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasına ehtiyac yoxdur. “Misal üçün Rusiya İspaniya, İtaliya və Portuqaliyanı təhdid edə bilər, amma reallığa baxanda Moskvanın bütövlükdə Avropaya hücum etmək niyyəti yoxdur. Moskvanın heç bu iki ölkəyə əlinin çatması üçün imkanları yoxdur”.

NATO-da çatlar yaranacaq?

“Hazırda Avropa İttifaqında vahid Avropa ordusunun yaradılması ilə bağlı söz-söhbətlər gəzir. Xüsusilə, Almaniya və Fransa bu məsələdə çox israrlıdır. Hər iki ölkənin rəsmiləri bəyan edirlər ki, Aİ öz ordusunu yaratmaqla ABŞ-ın təzyiqlərindən yan keçə bilər. Amma Aİ-nin bəzi ölkələri buna qarşı çıxır,”- deyə İ.Vəlizadə vurğulayıb ki, belə bir ordunun yaradılması üçün çox uzun zaman lazım olacaq: “Bu ideyanı qısa müddət ərzində həyata keçirmək çox çətin olacaq. Bu istiqamətdə tələsik addımların atılması alyans daxilində problemlərin yaranmasına gətirib çıxara bilər. O ki qaldı Trampın təklifinin NATO-da parçalanmalar yaradacağına, bəli, çox gərgin mübahisələr olacaq və ziddiyyətli məqamlar üzə çıxacaq, ancaq alyans öz daxili sabitliyini qoruyub saxlayacaq,”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see277

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see268

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see260

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see254

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see243

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see242

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see242

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see237

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see233

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see232

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see228

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see226

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see214

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see213

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see209

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see207

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see206

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see204

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see201

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri