5 günlük körpə üzərində yüksək riskli əməliyyat uğurla icra edildi FOTO
Icma.az, Medicina saytına istinadən bildirir.
Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan Perinatal Mərkəzdə nadir rast gəlinən və yüksək risk daşıyan cərrahi əməliyyat uğurla həyata keçirilib.
Medicina az xəbər verir ki, əməliyyat Mingəçevir şəhərindən təxliyə olunan 5 günlük yenidoğulmuş üzərində icra olunub.
Sakrokoksigeal teratoma diaqnozu təyin olunan yenidoğulmuşda əməliyyat və əməliyyatdan sonrakı dövrdə hər hansı ağırlaşma qeydə alınmayıb.
Əməliyyat uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə yüksək ixtisaslı tibbi komanda tərəfindən icra olunub. Sakrokoksigeal teratoma uşaqlarda ən ağır şiş patologiyalarından biri hesab olunur və təxminən 40 000 canlı doğumdan bir müşahidə edilir. Bu tip şişlər histoloji quruluşundan asılı olaraq təxminən 25% hallarda bədxassəli ola bilir ki, bu da müalicə prosesini daha da mürəkkəbləşdirir.
Qeyd edək ki, sakrokoksigeal teratomaların cərrahi müalicəsi yüksək texniki bacarıq tələb edir. Şişin iri damar strukturlarına yaxın yerləşməsi səbəbilə kütləvi qanaxma, həyati risk və əməliyyatdan sonra funksional pozğunluqların yaranma ehtimalı yüksək olur.
Hazırda yenidoğulmuşun ümumi vəziyyəti stabil qiymətləndirilir. Onda nevroloji və funksional fəsadlar da müşahidə edilmədiyindən tam sağlam vəziyyətdə evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 21 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















