“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan çempionatında “Abşeron Lions”a məğlub olduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 97:101 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Bəzi hissələrdə yaxşı, bəzilərində isə pis oynadıq. Bu da yorğunluqla bağlıdır. Amma bununla yanaşı bugünkü oyunda qeydə alınan nəticədə böyük pay sahibi hakimlər oldu.Çempionlar liqasında böyük komandalara qarşı mübarizə apardıq. Azərbaycan çempionatında isə rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırlar. Təbii ki, qarşılaşdığımız bütün rəqiblər bizə qalib gəlmək istəyir. Hakimliklə bağlı bəzi məsələlər var ki, susmaq olmur. İlk olaraq hakimlərdən birinin oyuna gecikməsinə baxmayaraq görüşün daha öncə təyin olunan vaxta keçirilməsinə razılıq versəm də, bu məqam mənə qaranlıq qaldı. Artıq neçənci oyundur ki, hakimlərin bizə qarşı kobud səhvləri və müəmmalı qərarları ilə üzləşirik. Mən yerimdən qalxaraq hakimə verdiyi qərarla bağlı sual vermək istəyəndə texniki fol alıram. Halbuki hakim sualı bəlkə tam və aydın eşitmədi. Üstəlik mən artıq illərdir basketboldayam və bilirəm hakimə hansı sözü demək olar, hansı söz yox. Bəzi qərarlarına baxdıqda, sanki oyunda olmadıqlarını hiss etmək olar. Düşünürəm ki, komandalarla yanaşı hakimlik də liqanın səviyyəsinin qalxmasında çox vacib rol oynayır. Oyunlar obyektiv və neytral idarə olunmalıdır. Bizim klub olaraq məqsədimiz keyfiyyətli iş ortaya qoyaraq Azərbaycan basketbolunun inkişafına öz töhfəmizi verməkdir. Mən də yenidən Azərbaycana bu məqsədlə qayıtmışam. Düşünürəm ki, federasiya bu oyundan sonra bu cür halların bir daha təkrarlanmaması üçün hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Dekabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















