5 hakimi təhqir edən şəxs həbs edildi 10 min təzminat alacaqlar
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə 5 hakimi təhqir edən və onları rüşvət almaqda ittiham edən şəxs həbs edilib. Hakimlərin hər biri 50 min manat məbləğində mənəvi təzminat tələb edib.
Teleqraf xəbər verir ki, 1962-ci il təvəllüdlü Masallı rayon sakini Hikmət Şükürov 5 hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Buna səbəb onun sosial şəbəkələrdə hakimlər barəsində təhqiramiz fikirlər səsləndirməsi və onları rüşvət almaqda ittiham etməsi olub.
İlkin məlumata görə, Hikmət Şükürovun hakimlərə qarşı qərəzli münasibətinin səbəbi bacısı oğlu Sabit Əliyev barəsində xuliqanlıq maddəsi ilə çıxarılmış hökmdür.
Sabit Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası Şirvan Apellyasiya Məhkəməsində keçirilən zaman onun barəsində ittihamedici hökm elan olunub. Məhkəmə zalında olan Hikmət Şükürov buna etiraz olaraq hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib.
Məhkəmə binasında onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına da müqavimət göstərən Hikmət Şükürov 8 sutka inzibati həbs cəzası alıb.
Həbsdən çıxdıqdan sonra o, sosial şəbəkə hesablarında bacısı oğlu barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb, daha sonra isə hakimləri açıq şəkildə təhqir edib.
O, müxtəlif paylaşımların şərh bölmələrində Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyevi, hakim Elşən Təbrizoviçi, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevi, hakim Elçin Xasməmmədovu, eləcə də Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevi və onların ailə üzvlərini təhqir edərək rüşvət almaqda ittiham edib.
Adı çəkilən hakimlər xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək Hikmət Şükürovun cinayət məsuliyyətinə cəlb edilməsini və hər birinə 50 min manat mənəvi təzminat ödənilməsini tələb ediblər.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət Şükürov böhtan və təhqir maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin mənəvi zərərə görə hər bir hakimin xeyrinə 10 min manatın Hikmət Şükürovdan tutularaq ödənilməsi barədə qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Noyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















