Icma.az
close
up
RU
Beş hakimi təhqir edən şəxs həbs olundu

Beş hakimi təhqir edən şəxs həbs olundu

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə 5 hakimi təhqir edən və onları rüşvət almaqda ittiham edən şəxs həbs olunub. Hakimlərin hər biri 50 min manat məbləğində mənəvi təzminat tələb edib.

Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Masallı rayon sakini Hikmət Şükürov 5 hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Buna səbəb onun sosial şəbəkələrdə hakimlər barəsində təhqiramiz fikirlər səsləndirməsi və onları rüşvət almaqda ittiham etməsi olub.

İlkin məlumata görə, Hikmət Şükürovun hakimlərə qarşı qərəzli münasibətinin səbəbi bacısı oğlu Sabit Əliyev barəsində xuliqanlıq maddəsi ilə çıxarılmış hökmdür.

Sabit Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası Şirvan Apellyasiya Məhkəməsində keçirilən zaman onun barəsində ittihamedici hökm elan olunub. Məhkəmə zalında olan Hikmət Şükürov buna etiraz olaraq hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib.

Məhkəmə binasında onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına da müqavimət göstərən Hikmət Şükürov 8 sutka inzibati həbs cəzası alıb.

Həbsdən çıxdıqdan sonra o, sosial şəbəkə hesablarında bacısı oğlu barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb, daha sonra isə hakimləri açıq şəkildə təhqir edib.

O, müxtəlif paylaşımların şərh bölmələrində Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyevi, hakim Elşən Təbrizoviçi, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevi, hakim Elçin Xasməmmədovu, eləcə də Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevi və onların ailə üzvlərini təhqir edərək rüşvət almaqda ittiham edib.

Adı çəkilən hakimlər xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək Hikmət Şükürovun cinayət məsuliyyətinə cəlb olunmasını və hər birinə 50 min manat mənəvi təzminat ödənilməsini tələb ediblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət Şükürov böhtan və təhqir maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə, həmçinin mənəvi zərərə görə hər bir hakimin xeyrinə 10 min manatın Hikmət Şükürovdan tutularaq ödənilməsi barədə qərar qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri