5 hərbçimizin həlak olduğu faciə haqda yeni açıqlama: Az qala, ciddi döyüş əməliyyatı...
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Dünən axşam Tovuzda baş verən faciəvi qəza çılpaq həqiqəti bir daha gözlər önünə sərdi. Dünya mediasının gündəminə düşəcək bu qəza göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksilər, nə avtobus zolağı, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaqdır. Əsas məsələ və hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan dövlət proqramında idi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış, dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı:
“Bu problem cərimələri artırmaqla həll edilməyəcək. Yanaşmalar dəyişməli, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da Dövlət proqramında yazılmışdı”.
Ə.Hüseynov baş verən hadisənin ağır nəticə olduğunu qeyd edib:
“Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər. Allah ölənlərə rəhmət eləsin, yaralı yeniyetməyə tezliklə sağalmağı arzulayıram”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















