Tramp: ABŞ ordusu hələ İrana qarşı ciddi döyüş əməliyyatı aparmayıb
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
“ABŞ ordusu İranla müharibənin böyük hissəsi ərzində faktiki olaraq ciddi döyüş əməliyyatları aparmayıb”.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Hazırda döyüş əməliyyatları aparmırıq. Əslində, bu müharibənin böyük hissəsində, demək olar, döyüşməmişik. Onlara bir neçə dəfə çox güclü zərbələr endirdik, sonra dayanaraq vəziyyəti müşahidə etdik”, - o, “New York Post” qəzetinin “Pod Force One” podkastında bildirib.
Tramp Birləşmiş Ştatların İranda hakimiyyəti artıq iki dəfə dəyişməyə nail olduğunu qeyd edib. O, ABŞ administrasiyasının İranın nüvə silahına sahib olmamalı olduğu barədə mövqeyini də növbəti dəfə təkrarlayıb.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:Tramp: ABŞ hələ İrana qarşı əməliyyatı bitirməyə hazır deyil
31 Mart 2026 18:09
Tramp hələlik İrana qarşı quru əməliyyatı planlaşdırmır
08 Mart 2026 19:21
ABŞ Ordusu: İrana qarşı hərbi əməliyyatı davam etdirə bilərik
09 Aprel 2026 17:57
ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib
09 İyul 2026 08:16
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
09 Noyabr 2026 01:29
Baxış sayı:179
Bu xəbər 02 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















