Icma.az
close
up
RU
5 il öncə BU GÜN 5 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

5 il öncə BU GÜN 5 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 5 noyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edirik.
Kamil Atakişiyev
2000-ci ilin iyunun 12-də Oğuzun Xaçmaz kəndində anadan olub. 2006-cı ildə Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbə birinci sinifə gedib. 2018-ci ilin iyulunda hərbi xidmətə yollanan Kamil 2020-ci il yanvarın 5-də təxris olunub. Sentyabrın 29-da səfərbərliklə yenidən ordu sıralarına çağırılıb. Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Kəşfiyyat bölüyündə manqa komandiri olub.
Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşlərə qatılıb. Noyabrın 5-i Laçın dəhlizində şəhidlik zirvəsinə ucalıb, ayın 25-də nəşini götürmək mümkün olub. Noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub. Noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Daşqın Şəfiyev

22 avqust 1989-cu ildə Rusiyanın Krasnodar şəhərində anadan olub. Daşqın Şəfiyev 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmənin diversiya qrupunu məhv edərkən şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhidimiz "Vətən müharibəsi iştirakçısı" medalına da layiq görülüb.
Ülvi Müseyibli

1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Müseyibli noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Rusif Kazımov

1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub.  2003-2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbində, 2011-2014-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 5 noyabr tarixində Laçın koridoru istiqamətində gedən döyüşlərdə şəhid olub və Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Nahid İbrahimzadə

1994-cü il noyabrın 1-də Ağdaş rayonunun Kotavan kəndində anadan olub. 2001-ci ildə Kotovan kənd orta məktəbinin 1-ci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Ailəli idi, 2 övladı yadigar qalıb.
Azərbaycan Ordusunun əsgəri olan Nahid İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid İbrahimzadə noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Xalid Nəciyev 

1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998-2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017-2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb.
2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı.
O, 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Albaba Xanəliyev
2002-ci il yanvar 22-də Salyan rayonunun Təzəkənd kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Albaba Xanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Albaba Xanəliyev noyabrın 5-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media                  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri