Icma.az
close
up
RU
5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 10 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir:
Büsat Qurbanov

2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya gəlib. Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi çalışıb.
Vətən müharibəsində iştirak edən Büsat Füzuli uğrunda gedən gərgin döyüşlər zamanı oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Büsat Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşcü medalları ilə təltif olunub.
Kənan Həsənov

16 sentyabr 1997-ci ildə Salyanın Qaraçala qəsəbəsində doğulub. AZMİU mexanika mühəndisliyini bitirib. O, ailəsiylə birgə Qaraçala qəsəbəsi Arxarası kəndində yaşayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Tapqaraqoyunlu, Talış kənd, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı fəal şəkildə vuruşub. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, “Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
İlkin Quliyev

2002-ci il aprelin 15-də Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil alıb. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alıb.
2020-ci ilin aprel ayından hərbi xidmətə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, 8 oktyabrda yaralanıb. Təcili olaraq Hərbi Hospitala çatdırılsa da, 10 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalıb. Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elton Məmmədov

2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elton Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elton Məmmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədov Elton Ramil oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Firuz Qureşli

3 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub.
2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil alıb. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub.
2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi verilib. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdə gedən döyüşlərdə şəhid olub. Külüs kənd məzarlığında dəfn edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Firuz Əli oğlu Qureşli  “Vətən uğrunda“, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əli Bağırov

15 dekabr 1994-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əli Bağırov Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 29 sentyabr tarixindən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əli Bağırov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Mütəllib Serov

2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb.
2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Mütəllib Serov Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət göstərib. O, Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Mütəllib Serov oktyabrın 10-da Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mütəllib Serov ölümündən “Cəsur döyüşçü”,“Kəlbəcərin azad edilməsinə görə”,“Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.
Rəşad Babayev

4 iyun 1992-ci ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Rəşad 277 saylı idman təmayüllü tam orta məktəbi bitirib. 2013-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.
Rəşad ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Müddətdən artıq hərbi xidmətdə olub, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin sıralarına seçilib. 2014-cü ildə XTQ-nin hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Həmin ilin 25 iyulunda kiçik gizir vəzifəsinə təyin olunub. 24 noyabr 2017-ci ildə isə gizir rütbəsini alıb. Rəşad, həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərib.
Babayev xidmət dönəmində "Qüsursuz xidmətə görə" III dərəcəli medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif edilib.
Rəşad Vətən müharibəsində Murovdağ zirvəsi, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavənd məntəqələrinin düşməndən azad edilməsində ön sıralarda şücaət göstərib. 10 oktyabr 2020-ci ildə Xocavənd rayonu, Hadrud qəsəbəsi istiqamətində gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, şəhidlik  zirvəsinə ucalıb.
Vətən müharibəsindəki qüsursuz xidmətlərinə görə Rəşad Babayev prezidentin sərəncamlarına əsasən, ölümüdən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Elvin Kərimov

13 sentyabr 1985-ci  ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Orta təhsilini Çaylı kənd tam orta məktəbində alıb.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elvin Kərimov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, 10 oktyabr Laçın rayonu istiqamətində gedən döyüşlərdə və Suqovuşan əməliyyatında düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olub.
Şəhid Elvin Kərimov 10 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd qəbristanlığında  dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Əfqan Abdurəhmanov

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Əfqan Abdurəhmanov 1976-cı il mayın 25-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurəhmanov Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurəhmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Sərəncamına əsasən Əfqan Abdurəhmanova “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:345
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri