Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

“5 ildir məhkəmələrdə sürünürəm” Mərhum şairin ailəsində EV QALMAQALI

“5 ildir məhkəmələrdə sürünürəm” Mərhum şairin ailəsində EV QALMAQALI

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Həyat yoldaşım 7 ildir ki, rəhmətə gedib. Mən də 7 ildir məhkəmələrdə sürünürəm. Onun birinci yoldaşından olan qızı Sevinc Qasımova 5 il bizi məhkəməyə verib. Bizim üçmərtəbəli həyət evimiz var idi və onu qardaşım tikmişdi. Düzdür, həmin evin heç bir sənədi yox idi. Ora bizim köhnə 20 kvadratlıq evimizin yerində tikilmişdi. 1997-ci ildə həmin ev söküldü və yerində qardaşım üçmərtəbəli ev tikdirdi. Dəmir bəy də şair adam idi. Normal qazancı olmurdu. Özü də siqaret çəkən idi. 250 manat maaş alırdı, o da ancaq siqaretinə gedirdi. Şeirlərini çap etdirməyə belə imkanı yox idi”.

Bunu “Yeni Sabah”a mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Ruxsarə Novruzova deyib. O, şairin ilk həyat yoldaşından olan qızının onlardan əsassız olaraq ev tələb etdiyini bildirib:

“Bizim başqa evimiz var idi, sonra başımıza bir hadisə gəldi və yaşadığımız evi satmalı olduq. Ondan sonra gəldik həmin bu balaca evə köçdük. Neçə illər qapısız, pəncərəsiz evdə yaşadıq. Sonra qardaşım kömək etdi, qızım işlədi və evimizi tikdirdik. Elə təmiri yenicə bitirmişdik ki, dedilər bunu sökürük. Evimiz Koroğlu Rəhimov küçəsində yerləşirdi. Şirkət gəldi və evi sökməyə başladılar. Onlar da ərazini ölçüb mənim adıma qeydiyyat apardılar. Yoldaşım da təsdiqlədi ki, ev mənimdir. Aramızda müqavilə bağladıq və bildirildi ki, bunun əvəzində bizə 3 ev veriləcək. İmkanımız da zəif idi deyə kvadratı azaldıb, əvəzinə pul aldıq. 2018-ci ildə ev söküldü və biz kirayəyə ev tapıb köçdük. 2019-cu ildə Dəmir Gədəbəyli rəhmətə getdi. 2020-ci ildə evimiz təhvil verildi. Burda da çox əziyyət çəkdik. Təzə tikilmiş binalar idi, 5-6 ailə yaşayırdı. Biz bura köçəndən sonra Dəmir Gədəbəylinin birinci həyat yoldaşında olan qızı Sevinc Qasımova bizdən ev tələb etməyə başladı”. Dördpendirli pizza

R. Novruzova bildirib ki, Sevinc Qasımova ilk olaraq sənədləşdirməni aparan şirkəti məhkəməyə verib:

“Əvvəl gördü ki, müqavilə mənim adımadır, həmin şirkəti məhkəməyə verdi ki, ev atamın adına olub, niyə xanımın adına yazmısınız? Şirkətdən 300 min manat təzminat tələb etdi. Onlar isə  bildirdi ki, atanız buna razılıq verib. 2 dəfə Nərimanov Rayon Məhkəməsində, 2 dəfə Bakı Apellyasiya məhkəməsində, 2 dəfə də Ali Məhkəmədə iddia qaldırdı. Bütün məhkəmələr də qərar verdi ki, o xanımın bu evlərdə heç bir payı yoxdur. 5 il məhkəmədə qalib oldum. Üstündən 1 il keçəndən sonra xanım bizi yenidən Nərimanov Rayon Məhkəməsinə verdi. Orada da hakim Nərgiz Kərimova idi. Ona bildirdim ki, xanım 5 ildir müraciət edir, amma uduzur, yenidən müraciəti niyə qəbul edirsiniz? O da mənə bildirdi ki, bu dəfə iddia başqadır. Vərəsə olmadığını qəbul etmir.

Bizə şirkət 3 ev verib. Biri oğlumun, biri qızımın, biri də mənimdir. Lakin üçü də mənim öz adımadır. Sonuncu məhkəmə də qərar çıxardıb ki, evin 10-da 1-i bu qıza verilsin. Yanvarda qərar çıxıb. Biz də Apellyasiya Məhkəməsinə müraciət etmişik. Aradan neçə ay keçib, işi Apellyasiyaya göndərmirlər. Təkrar baxışdan sonra da qərar veriblər ki, məsələdə texniki yanlışlıq olub, həmin xanıma evin 10-da 1- yox, 10-da 2 hissəsi verilməlidir. Bu necə olur? Hakimə də bildirmişəm ki, bu evlərin hamısı mənim adımadır, atasının adına heç nə yoxdur. Bu qərarı necə vermisiniz? Mənə deyir ki, evi birgəyaşayış dövründə əldə etmisiniz”.

Şairin həyat yoldaşı qeyd edib ki, S. Qasımova həm özü, həm də vəfat edən qardaşı üçün ev tələb edir:

“Evi mənə qardaşım tikdiribsə, necə onun qızına pay düşür. 5 qonşum şahiddir. Qarşı tərəfin də sübutu yoxdur ki, evi atası tikdirib. Şahidləri də məhkəməyə dəvət etmədilər. Mənə də bildirdilər ki, həmin ərazidə Dəmir Gədəbəylinin adına 20 kvadratlıq ev olub. Mən də tələb edirəm ki, əgər elədirsə, 20 kvadrat üçün iddia qaldırsın. Onun da yarısı mənə aiddir. Durub birdən-birə 52 kvadrat tələb edir. 1980-ci ildə onlar ayrılıb. Dəmir bəy də 5 otaqlı evini onlara verib çıxıb.  Oğlunun birini evdən qovdular, gəldi bizimlə yaşadı. Toyuna kimi biz etmişik. Heç vaxt onları atalarından ayırmamışam. Həmin oğlan da Dəmir bəydən sonra rəhmətə getdi. İndi yapışıblar mənim yaxamdan. Evimiz 260 kvadratdır ondan həm özünün payını istəyir, həm də vəfat edən qardaşının”.

Məsələ ilə bağlı qarşı tərəfin - Sevinc Qasımova fikirlərini öyrənməyə çalışsaq da, zənglərimizə və mesajlarımıza cavab verilmədi.

Qeyd edək ki, D.Gədəbəyli 1939-cu il mart ayının 9-da Gədəbəy rayonunun Ataxal kəndində dünyaya gəlib.

30 il Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində müxtəlif vəzifələrdə çalışıb. “20 yanvar” qəzetinin baş redaktoru olub. 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 50-dən çox kitabı çap edilib.

D. Gədəbəyli 6 may 2019-cu ildə 80 yaşında vəfat edib.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 May 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri