Icma.az
close
up
RU
Şeirlər şairin eynəyidir

Şeirlər şairin eynəyidir

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

(Gənc şair Rəsul Mirzənin şeirləri haqqında)

Təbiətcə  sakit insanlar adətən təlatüm dolu əsərlər yaradarlar.  Məsələn  əsərlərinin qəhrəmanı külələr, tufanlar, baharda leysanlar olar. Zahirən sakit, daxilən təlatümlü insanları sezmək heç də asan olmur.  Çox gülən insanlardan  “qorxmaq lazımdır”.  Çünki onların hər gülüşündə həsrət çilikləri var.  Məsələn özlərini aynalardan yox,  payızın pəncərəyə düşməyindən görər belə insanlar.  Payız çisginlərlə gələr pəncərələrə. Pəncərələrdə donar payız, gülüşlər xatirələrdə donduğu kimi.   Hələ başlanğıcı olmayan və sonu bitməyən yollarda yolçuluq etməyi də var, belə insanların.  Rəsul Mirzənin haqqında yazmaq  gənc olmağına baxmayaraq biraz məsuliyyətli və  çətin işdir. Bu məsuliyyətin və çətinliyin səbəbi isə onun qələmindən doğulan həyat dolu şeirləridir. Rəsul Mirzə az bir zamanda  yazmağına baxmayaraq kifayət qədər güclü qələm sahibidir. Şeirlərində həyatla insan arasındakı mübarizə poetik baxımdan “özünü vərəqə yetirir”. 

İndi heç yuxu da görmürəm daha,
Yığışıb gəlmişəm uzaqlarımdan.
Yazın ortasında bir yarpaq kimi,
Qoyma, yıxılıram budaqlarımdan.

 Yuxarıda qeyd etdiyim  şeirdə Rəsul həyatın ip qədər nazik məqamlarını oxucuya çatdırmaq istəyir. Düşünürəm ki, bu şeiri onun yaradıcılığında epiqraf  hesab etmək olar.  Şeir ümumilikdə mənaca dolğun ifadə olunub. Bədii təyin öz yerini çox gözəl tapıb.

Səni düşünürəm gün batan kimi
Oralar necədi? Bura qış düşür
Elə getmisən ki, bu gedişinə
Nə nifrət, nə də kin, bir alqış düşür.

Şairlər adətən şeirlərində yar gedişini nifrətlə yaxud da daxili əzabla ölçərlər. Amma bu gənc şair  yarın gedişini “alqışlayır”. Bu “alqış” bəlkə də min nifrətdən üstündür.  Deyirlər şairlər nifrət etməyi, kin bəsləməyi bacarmazlar. Amma kim deyə bilər ki, bu “alqışın” içində kin yoxdu. Baxmayaraq ki, özü deyir ki, gedişinə kin düşümür.  Rəsul Mirzə öz poeziyasında gedişi lənətləmədi , əksinə  “vəsf etdi”. O  vəsf ki, min lənətdən üstündür. 

Bu yol da bitəcək, axır bitəcək,
Mənə bəslədiyin nifrətin kimi.

Bir az öncə yuxarıda qeyd etdiyim kimi,  başlanğıcı olmayan  və sonu bitməyən yollarda  yolçuluq  edir  gənc Rəsul. Əslində bitəcək dediyi yol bəlkə də həmin şeirdən başlayır.  O şeirdən ki orda sonsuzluq və başlanğıcsızlıq var…

Bu yol da bitəcək, sonu olmayan 
Və heç başlamayan həsrətin kimi…

Şair yol mövzusunu  birbaşa  insan taleyi ilə bağlayır.  Onun  fərdi və poetik düşüncəsində  insanlar  ömürlərin yollarda yaşayar . Talelər yollarda yazılar- tale yolunda.  Ayrılıqlardan ayrılmaq yollarda baş verir.  İnsanlar  bir ovuc xoşbəxliyin arxasınca yollarda  qaçır.  Əbəs yerə yox, məhz bu səbəbdən yol mövzusu gənc şairin poezoiyasında  geniş yer alır.

Hər gün bir şeirim yıxılıb ölür,
Bu ağ varaqlara, qəbir kimidi.
Kim sevgi axtarır, sevinc axtarır-
taleyim hamıya ləpir kimidi.

Həmişə düşünmüşəm ki, şeirlər şairin eynəyidir. Şair şeirlərindən baxır həyata. Rəsul Mirzəyə də aid edirəm bu fikri. Çünki onun şeirləri sanki həyatın hislərdən ibarət süzgəcidir. Sevinc süzgəci,  kədər süzgəci, xoşbəxlik süzgəci v.s…
Rəsulun qeyd etdiyim şeirində də bu həyat süzgəci öz rolunu oynayır. Şairin dediyi ki, sevinc axtarmaq taleyin ləpiridir.

Kim tutar o çılpaq, yavan əlləri,
Göz yaşından  ötrü yuva əlləri.
O qızın əlləri... cavan əlləri
Ovcumun içində qarıdı qaldı.

Qızların özlərinin belə görə bilmədiyi sevginin acısının sözlə rəsmidir bu şeir.  Hansı ki,  “yavan” əllər bəlkədə çoxdan küləklərdə uçub getmişdi. Əslində qarıyan qızın arzuları və saçları ağarmış sevgisi idi. İndi o sevgini beli bükülüb, dişi tökülüb, saçı ağarıb, üzü qırışıb… Bircə o sevgini gözləri cavandı. Çünki həmişə gözləyir və gözləməkdən yorulmur.

Payızın küləkləri  “soyundurub” o qızın əllərini. Min bahar o əlləri isidə bilməz. Bütün bu hekayətlərin poetik və yığcam forması Rəsul Mirzənin yuxarıda qeyd etdiyim şeirində öz əksini tapıb.

Bütün bu şeirlər haqqında yaza- yaza yalnız bunu düşündüm:  şeirləri ilə insanların ürəyinə su səpməyi bacaran qələm sahibinin imzasını niyə gec- gec görürük? İşinin çətinliyindənmi? Məşiət qayğılarındanmı? Yoxsa poeziyaya küskünlüyündənmi?...
Cavabsız qalan suallarıma yəqin ki, müəllifin digər şeirlərində cavab tapacam.

Əntiqə Kərimzadə 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri