Icma.az
close
up
RU
5 ilin möhtəşəm hesabatı FADMM nələr edib? Foto

Icma.az, Bakupost saytına istinadən bildirir.

15.03 2025-ci il tarixində Respublika Mərkəzi Elmi-Tibbi Kitabxanasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) 5 illik yubileyinə həsr olunmuş "Uzun, incə yolun 5 ili" adlı tədbir keçirilib.

Bakupost.az xəbər verir ki, ölkənin tanınmış elm, mədəniyyət xadimlərinin, ictimai simaların yığışdığı yubiley

tədbirini giriş sözü ilə qurumun icraçı direktoru Aygün Əziz açıb.

15.03 2025 ci il tarixində Respublika Mərkəzi Elmi-Tibbi Kitabxanasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) 5 illik yubileyinə həsr olunmuş "Uzun, incə yolun 5 ili" adlı tədbir keçirilib. Ölkənin tanınmış elm, mədəniyyət xadimlərinin, ictimai simaların yığışdığı yubiley

tədbirini giriş sözü ilə qurumun icraçı direktoru Aygün Əziz açıb.

Ötən illər ərzində dilimizin saflığı və təmizliyi yolunda əzmlə fəaliyyət göstərən FADMM -in 5 ildə gördüyü işlər barədə Mərkəzin sədr müavini Gülyaz xanım Əliyeva yığcam məruzəsində məlumat verib. O, Mərkəzin yaranması zərurətindən, 5 il ərzində FADMM-in qarşısına qoyduğu geniş filoloji araşdırmalarla yanaşı, ədəbi dilimizin iştirak etdiyi bütün təzahürləri əhatə edən monitorinqlər aparmaqla ədəbi dil normalarının pozulması halları ilə mübarizə aparmaq vəzifəsindən danışıb. Yarandığı gündən geniş fəaliyyətə başlayan və az bir zaman ərzində tanınan, dövlət dili ilə bağlı problemləri ictimailəşdirərək həll etməyə çalışan əsas intellektual mərkəzə çevrilən qurumun öz işini bir neçə istiqamətdə aparmasından, Bakının mərkəzi prospekt və küçələrində, müxtəlif ərazilərdə keçirdiyi monitorinqlərdən bəhs edib. Onun sözlərinə görə, bu illər ərzində Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkilib, sosial şəbəkələrdə paylaşılıb, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirilib. Monitorinqlərinin nəticəsində Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturların öz vəzifəsini lazımi səviyyədə icra etmədiyini aşkarlayan FADMM-in bu illər ərzində Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, daha sonra 800-ə yaxın ziyalının imzası ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Milli Məclisin 120 deputatına,

bundan sonra ümumilikdə 100-dən artıq deputata birbaşa və ya köməkçiləri vasitəsilə 1023 nəfər ziyalının imzası ilə müraciıt edib. Fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, aprel ayında isə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, 2022-ci ildə 200-dən artıq ziyalının imzası ilə Milli Məclisin sədri Sahibə Qafarovaya paytaxtın mərkəzi küçə və prospektlərində ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilməməsi ilə bağlı tədbir görülməsi üçün etdiyi müraciətlərindən bəhs edilib.

Deputatlarla fərdi görüşlər də keçirildiyi – 2022-ci ilin aprelində Milli Məclisin deputatı, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı ilə görüş keçirərək Bakı küçələrində reklamlar, ticarət obyektləri və müəssisə adlarından ana dilinin qaçaq düşməsi ilə bağlı fikir mübadiləsi aparıldığı və deputatın problemin həlli üçün əlindən gələni edəcəyini bildirdiyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Hesabatdan məlum olub ki,

2024-cü ilin mayında FADMM əməkdaşlarının təşəbbüsü ilə bir qrup ziyalı Prezidentə müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirib. Məktubda müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla biləcəyi qeyd edilib.

Bu müraciətin nəticəsi kimi məsələ ilə bağlı 3 iyul 2024 -cü ildə AMEA-nın Mərkəzi Kitabxanasında "Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr" adlı dəyirmi masa keçirilməsi, həmin görüşdə FADMM-in sədr müavini Gülyaz Əliyevanın da iştirak edildiyi bildirilib.

FADMM-in sədr müavini müraciətlərə göstərilən cavab reaksıyasından da danışaraq onu da qeyd edib ki, məsələyə ən operativ cavab reaksiyası göstərən cənab Eldar Əzizov olub.

O, pandemiyanın tüğyan etdiyi bir vaxtda məsələ ilə bağlı İcra Hakimiyətində kollegiya iclası keçirib. Bakı küçələrinin əcnəbi dillər tərəfindən işğalı məsələsinin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətində bir qrup ziyalı ilə görüş keçirilib.

Göndərilən müraciətə Mədəniyyət Komitəsinin sədri Qənirə xanim Paşayevadan da müsbət reaksiya verildiyi qəyd edilib. Bir sıra deputataların, o cümlədən Vahid Əhmədovun Milli Məclsdə məsələnin gündəliyinə salınması təklifi ilə çıxış etdiyi, Dövlət Reklam Agentliyinin MM qarşısında hesabat verməsini tələb etdiyi bildirilib.

Hesabatdan məlum olub ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurub, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarılıb, orada da müvafiq qanunun qəbuluna təkan verib.

FADMM-in səyi nəticəsində Bakı küçələrinin bir çoxunda aşkarlanmış lövhələrdə ədəbi dil normalarının pozulması ilə bağlı səhvlərin düzəldiməsi, əcnəbi dildə yazılan və ya ədəbi dil normaları pozulan lövhələrin sökülərək yenisi ilə əvəz olunması, FADMM-ə cavab məktublarının ünvanlanması xüsusi qeyd edilib. Həmçinin aydın olub ki,

Bakının Məhəmməd Hadi küçəsindəki "Leypey" adlı restoranın adı ilə bağlı lövhə də Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Dövlət Reklam Agentliyinə edilən müraciətdən sonra qısa müddətə demontaj edilib. G.Əliyeva onu da qeyd edib ki, belə nümunələr çoxdur və onların hamısını sadalamağa ehtiyac duymuruq. Amma bütün bunlar heç də hər zaman asanlıqla başa gəlməyib. Belə ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adındakı səhv fəal əməkdaşlarımızdan olan Aygün Əzizin Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciətindən sonra aradan qaldırılıb.

Eləcə də, yol piyada nişanlarında yol verilən məzmun və orfoqrafik xətaların düzəldilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətlər nəticə vermədikdə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə yazılıb və problem nazirliyin operativ müdaxiləsi ilə həllini tapıb, həmin piyada məlumat lövhələri demontaj edilib.

Səhvləri düzəltməməkdə ən inadkar qurumlar kimi “Azərbaycan Dəmir Yolları” və Bakı Metropoliteninin adı çəkilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının quruma məxsus obyektlərin adındakı orta məktəb şagirdlərinin belə tuta biləcəyi səhvlərin düzəldilməməsi üçün hər cür ənənəvi bürokratik üsullara əl atması qeyd olunub. Belə ki, qeyd edilən səhv bir il sonra – yenə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müdaxiləsi ilə düzəldilib, səhv tərtib edilmiş lövhələr sökülüb, rəqəmsal platformalardakı səhvlər təshih edilib.

Mərkəz mədəniyyətimizin Rusiyada təbliği üçün gördüyü işləri də qeyd edib. Ötən illərdə bu ölkənin müstəqil mədəni-maarif internet nəşri www.atalar.ru saytında iyirmiyə yaxın müsahibənin dərc edilməsinə nail olub və onlar geniş populyarlıq qazanıb. Sadəcə, onu demək kifayətdir ki, FADMM üzvü Fizzə Heydərovanın Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” dilçiliyin ən böyük abidəsidir” adlı müsahibəsi bu günə kimi həmin saytda 1 milyon 487 min 643 nəfər tərəfindən oxunub ki, bu da saytın tarixində ən böyük göstəricidir.

Mərkəz xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri, ana dilinin xaricdə tədrisi və təbliği, bu sahədəki nöqsan və çatışmazlıqlarla bağlı məsələləri də diqqətdən kənarda qoymayıb. Xaricdə yaşayan azərbaycanlıların assimilasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlıqları araşdırıb, ictimaiyyətə çatdırıb.Türkiyə, Kanada, Macarıstan, Rusiya, Niderland, İsveç, Sankt-Peterburq və Latviyada yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanıb, istər diaspora nümayəndələri, istər kurs rəhbərləri, istərsə də səfirlik və parlament nümayəndələrəindən məsələ ilə bağlı müsahibələr alaraq xarici ölkələrdə ana dilinin tədrisi məsələsinə dövlət rəsmilərinin diqqətini yönəldib. Bunun nəticəsi olaraq 01.12.2021-ci ildə FADMM-in sədr müavini Niderland Krallığı Haaqa şəhərində yaşayan "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva tərəfindən "Fəaliyyətimizə daim dəstək verib mətbuatda işıqlandırdığınız üçün Təşəkkürnamə" ilə təltif edilib.

Dövlət dilinə olan təhdidlərlə bağlı mətbuatla çox ciddi iş aparılıb, yerli mətbuata çoxlu müsahibə və açıqlamalar verilıb, tanınmış ziyalılardan onlarla müsahibə alınıb. Bundan başqa, Mərkəz öz saytını yaradıb və orada ümumiyyətlə dillər, eləcə də ana dilimizlə bağlı yüzlərlə maariflndirici materilal yerləşdirilib. FADMM 5 il ərzində deyilən məsələlərlə bağlı xarici mətbuatda da yazılarının getdiyini qeyd edib. Belə ki, ADPU-nun müəllimi Aynurə Əliyevanın məqaləsi Türkiyə mətbuatında dərc olunub, Mərkəzin sədri isə bir neçə Rusiya saytına müsahibələr verib.

İB-in fəaliyyətini sahə ilə məşğul olan digər qurumlarla da əlaqələndirdiyi, dövlət dilinin tətbiqi problemləri ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutu və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə tədbirlər keçirdiyi də qeyd olunub.

Həmçinin FADMM -in fəliyyətində ötən 2024-cü ilin iki kitabın nəşri ilə də yadda qalması tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Mart ayında FADMM -in sədri Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı, türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk lüğət olan, 440 səhifəlik dialektoloji lüğət - “Gürcüstandan Azərbaycana ağız sözlüyü" kitabı Türkiyədə nəşr edilib. Qeyd edilib ki, geniş araşdlrma tələb edən bu kitab türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk lüğətdir. Hesabatdan o da aydın olub ki, Mərkəz "Füzuli ili"nə də töhfəsiz qalmayıb. Qurumun sədrinin ağır və gərgin əməyinin bəhrəsi olan "Füzuli.Divan, İzahlar və şərhlər Vasıf Sadıqlınlndır" kitabı Füzuli ilinə ən yaxşı töhfə kimi yadda qalıb.

FADMM-in ana dilinin tədrisi məsələsini də diqqətdə saxlaması, vaxtaşı olaraq dərsliklərdə ana dili problemləri ilə bağlı fikir və təkliflərini irəli sürməsi, bununla bağlı məqalələr çap etdirərək, sosial şəbəkələrdə müzakirələr açması da qeyd edilib. O da qeyd edilib ki, bunun nəticəsi olaraq FADMM-in sədr müavini, ana dili və ədəbiyyat müəllimi Gülyaz Əliyeva dərsliklərdəki problemlərlə bağlı vaxtaşırı televiziya verilişlərinə dəvət edilmiş, müzakirələrdə iştirak etmiş, üzvü olduğu birliyin mövqeyindən çıxış edərək fikirlərini geniş ictimaiyyətə çatdırmışdir.

Hesabat məruzəsindən sonra FADMM in himni səslənib.

Sonra bu illər ərzində bəzi məqamlarda Mərkəzə mənəvi dəstəyi ilə yardım edən qonaqlardan: əməkdır jurnalist Qulu Məhərrəmli, professir Nəriman Qasımoğlu, professor Zümrüd Dadaşzadə, yazıçı Həcər Paşayeva, yazıçı Pərvanə Bayramqızı və FADMM-in baş məsləhətçisi Sima Cəfərova çıxış edib.

Tədbirdə həmçinin FADMM-in ünvanına xaricdən: Hollandiyadan Mayisə Ağamirzəyevanın, Kanadadan Yeganə Cəfərovanın, Almaniyadan Şərifə Cəfərinin, Türkiyədən Məhsəti Şərif Özyürəkin, Latviyadan Günay Əliyevanın, İcveçdən Sevinc Əliyevanın yolladıqları təbrik məktubları da oxunub.

Bədii hissədə Ağdam rayon 38 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Suna Rzayeva T.Bayramın "Ana dilim" şeirini söyləyib, həmin məktəbin 9-cu sinif şagirdi Ləman Əlizadə “Şirindir” mahnısını və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parçanı ifa edib. Pərvanə Bayramqızı “Məhəbbət” mahnısını oxuyub, Gülyaz Əliyeva isə Famil Mehdinin “Tanıda biləydik” şeirini səsləndirib.

Yubiley tədbirində FADMM-in məsləhətçisi Fuad İslamzadə və FADMM-in yaxın dostu, AR-nın əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə qurumun sədri Vasif Sadıqlı tərəfindən "Azərbaycan ədəbi dilinin saflığının qorunmasında fəaliyyətinə görə Təşəkkürnamə" ilə təltif edilib.

Tədbirin sonunda qonaqlara "Füzuli. Divan, izahlar və şərhlər Vasıf Sadıqlınlndır", "Kəsrətin içində tənhalıq", Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı 440 səhifəlik dialektoloji lüğət - “Gürcüstandan Azərbaycana ağız sözlüyü" kitabı təqdim olunub.

Ötən illər ərzində dilimizin saflığı və təmizliyi yolunda əzmlə fəaliyyət göstərən FADMM -in 5 ildə gördüyü işlər barədə Mərkəzin sədr müavini Gülyaz xanım Əliyeva yığcam məruzəsində məlumat verib. O, Mərkəzin yaranması zərurətindən, 5 il ərzində FADMM-in qarşısına qoyduğu geniş filoloji araşdırmalarla yanaşı, ədəbi dilimizin iştirak etdiyi bütün təzahürləri əhatə edən monitorinqlər aparmaqla ədəbi dil normalarının pozulması halları ilə mübarizə aparmaq vəzifəsindən danışıb. Yarandığı gündən geniş fəaliyyətə başlayan və az bir zaman ərzində tanınan, dövlət dili ilə bağlı problemləri ictimailəşdirərək həll etməyə çalışan əsas intellektual mərkəzə çevrilən qurumun öz işini bir neçə istiqamətdə aparmasından, Bakının mərkəzi prospekt və küçələrində, müxtəlif ərazilərdə keçirdiyi monitorinqlərdən bəhs edib. Onun sözlərinə görə, bu illər ərzində Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkilib, sosial şəbəkələrdə paylaşılıb, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirilib. Monitorinqlərinin nəticəsində Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturların öz vəzifəsini lazımi səviyyədə icra etmədiyini aşkarlayan FADMM-in bu illər ərzində Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, daha sonra 800-ə yaxın ziyalının imzası ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Milli Məclisin 120 deputatına,

bundan sonra ümumilikdə 100-dən artıq deputata birbaşa və ya köməkçiləri vasitəsilə 1023 nəfər ziyalının imzası ilə müraciıt edib. Fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, aprel ayında isə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, 2022-ci ildə 200-dən artıq ziyalının imzası ilə Milli Məclisin sədri Sahibə Qafarovaya paytaxtın mərkəzi küçə və prospektlərində ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilməməsi ilə bağlı tədbir görülməsi üçün etdiyi müraciətlərindən bəhs edilib.

Deputatlarla fərdi görüşlər də keçirildiyi– 2022-ci ilin aprelində Milli Məclisin deputatı, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı ilə görüş keçirərək Bakı küçələrində reklamlar, ticarət obyektləri və müəssisə adlarından ana dilinin qaçaq düşməsi ilə bağlı fikir mübadiləsi aparıldığı və deputatın problemin həlli üçün əlindən gələni edəcəyini bildirdiyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Hesabatdan məlum olub ki,

2024-cü ilin mayında FADMM əməkdaşlarının təşəbbüsü ilə bir qrup ziyalı Prezidentə müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirib. Məktubda müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla biləcəyi qeyd edilib.

Bu müraciətin nəticəsi kimi məsələ ilə bağlı 3 iyul 2024 -cü ildə AMEA-nın Mərkəzi Kitabxanasında "Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr" adlı dəyirmi masa keçirilməsi, həmin görüşdə FADMM-in sədr müavini Gülyaz Əliyevanın da iştirak edildiyi bildirilib.

FADMM-in sədr müavini müraciətlərə göstərilən cavab reaksıyasından da danışaraq onu da qeyd edib ki, məsələyə ən operativ cavab reaksiyası göstərən cənab Eldar Əzizov olub. O, pandemiyanın tüğyan etdiyi bir vaxtda məsələ ilə bağlı İcra Hakimiyətində kollegiya iclası keçirib. Bakı küçələrinin əcnəbi dillər tərəfindən işğalı məsələsinin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətində bir qrup ziyalı ilə görüş keçirilib.

Göndərilən müraciətə Mədəniyyət Komitəsinin sədri Qənirə xanim Paşayevadan da müsbət reaksiya verildiyi qəyd edilib. Bir sıra deputataların, o cümlədən Vahid Əhmədovun Milli Məclsdə məsələnin gündəliyinə salınması təklifi ilə çıxış etdiyi, Dövlət Reklam Agentliyinin MM qarşısında hesabat verməsini tələb etdiyi bildirilib.

Hesabatdan məlum olub ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurub, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarılıb, orada da müvafiq qanunun qəbuluna təkan verib.

FADMM-in səyi nəticəsində Bakı küçələrinin bir çoxunda aşkarlanmış lövhələrdə ədəbi dil normalarının pozulması ilə bağlı səhvlərin düzəldiməsi, əcnəbi dildə yazılan və ya ədəbi dil normaları pozulan lövhələrin sökülərək yenisi ilə əvəz olunması, FADMM-ə cavab məktublarının ünvanlanması xüsusi qeyd edilib. Həmçinin aydın olub ki,

Bakının Məhəmməd Hadi küçəsindəki "Leypey" adlı restoranın adı ilə bağlı lövhə də Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Dövlət Reklam Agentliyinə edilən müraciətdən sonra qısa müddətə demontaj edilib. G.Əliyeva onu da qeyd edib ki, belə nümunələr çoxdur və onların hamısını sadalamağa ehtiyac duymuruq. Amma bütün bunlar heç də hər zaman asanlıqla başa gəlməyib. Belə ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adındakı səhv fəal əməkdaşlarımızdan olan Aygün Əzizin Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciətindən sonra aradan qaldırılıb.

Eləcə də, yol piyada nişanlarında yol verilən məzmun və orfoqrafik xətaların düzəldilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətlər nəticə vermədikdə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə yazılıb və problem nazirliyin operativ müdaxiləsi ilə həllini tapıb, həmin piyada məlumat lövhələri demontaj edilib.

Səhvləri düzəltməməkdə ən inadkar qurumlar kimi “Azərbaycan Dəmir Yolları” və Bakı Metropoliteninin adı çəkilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının quruma məxsus obyektlərin adındakı orta məktəb şagirdlərinin belə tuta biləcəyi səhvlərin düzəldilməməsi üçün hər cür ənənəvi bürokratik üsullara əl atması qeyd olunub. Belə ki, qeyd edilən səhv bir il sonra – yenə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müdaxiləsi ilə düzəldilib, səhv tərtib edilmiş lövhələr sökülüb, rəqəmsal platformalardakı səhvlər təshih edilib.

Mərkəz mədəniyyətimizin Rusiyada təbliği üçün gördüyü işləri də qeyd edib. Ötən illərdə bu ölkənin müstəqil mədəni-maarif internet nəşri www.atalar.ru saytında iyirmiyə yaxın müsahibənin dərc edilməsinə nail olub və onlar geniş populyarlıq qazanıb. Sadəcə, onu demək kifayətdir ki, FADMM üzvü Fizzə Heydərovanın Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” dilçiliyin ən böyük abidəsidir” adlı müsahibəsi bu günə kimi həmin saytda 1 milyon 487 min 643 nəfər tərəfindən oxunub ki, bu da saytın tarixində ən böyük göstəricidir.

Mərkəz xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri, ana dilinin xaricdə tədrisi və təbliği, bu sahədəki nöqsan və çatışmazlıqlarla bağlı məsələləri də diqqətdən kənarda qoymayıb. Xaricdə yaşayan azərbaycanlıların assimilasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlıqları araşdırıb, ictimaiyyətə çatdırıb.Türkiyə, Kanada, Macarıstan, Rusiya, Niderland, İsveç, Sankt-Peterburq və Latviyada yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanıb, istər diaspora nümayəndələri, istər kurs rəhbərləri, istərsə də səfirlik və parlament nümayəndələrəindən məsələ ilə bağlı müsahibələr alaraq xarici ölkələrdə ana dilinin tədrisi məsələsinə dövlət rəsmilərinin diqqətini yönəldib. Bunun nəticəsi olaraq 01.12.2021-ci ildə FADMM-in sədr müavini Niderland Krallığı Haaqa şəhərində yaşayan "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva tərəfindən "Fəaliyyətimizə daim dəstək verib mətbuatda işıqlandırdığınız üçün Təşəkkürnamə" ilə təltif edilib.

Dövlət dilinə olan təhdidlərlə bağlı mətbuatla çox ciddi iş aparılıb, yerli mətbuata çoxlu müsahibə və açıqlamalar verilıb, tanınmış ziyalılardan onlarla müsahibə alınıb. Bundan başqa, Mərkəz öz saytını yaradıb və orada ümumiyyətlə dillər, eləcə də ana dilimizlə bağlı yüzlərlə maariflndirici materilal yerləşdirilib. FADMM 5 il ərzində deyilən məsələlərlə bağlı xarici mətbuatda da yazılarının getdiyini qeyd edib. Belə ki, ADPU-nun müəllimi Aynurə Əliyevanın məqaləsi Türkiyə mətbuatında dərc olunub, Mərkəzin sədri isə bir neçə Rusiya saytına müsahibələr verib.

İB-in fəaliyyətini sahə ilə məşğul olan digər qurumlarla da əlaqələndirdiyi, dövlət dilinin tətbiqi problemləri ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutu və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə tədbirlər keçirdiyi də qeyd olunub.

Həmçinin FADMM -in fəliyyətində ötən 2024-cü ilin iki kitabən nəşri ilə də yadda qalması tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Mart ayında FADMM -in sədri Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı, türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk lüğət olan, 440 səhifəlik dialektoloji lüğət - “Gürcüstandan Azərbaycana ağız sözlüyü" kitabı Türkiyədə nəşr edilib. Qeyd edilib ki, geniş araşdlrma tələb edən bu kitab türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk lüğətdir. Hesabatdan o da aydın olub ki, Mərkəz "Füzuli ili"nə də töhfəsiz qalmayıb. Qurumun sədrinin ağır və gərgin əməyinin bəhrəsi olan "Füzuli.Divan, İzahlar və şərhlər Vasıf Sadıqlınlndır" kitabı Füzuli ilinə ən yaxşı töhfə kimi yadda qalıb.

FADMM-in ana dilinin tədrisi məsələsini də diqqətdə saxlaması, vaxtaşı olaraq dərsliklərdə ana dili problemləri ilə bağlı fikir və təkliflərini irəli sürməsi, bununla bağlı məqalələr çap etdirərək, sosial şəbəkələrdə müzakirələr açması da qeyd edilib. O da qeyd edilib ki, bunun nəticəsi olaraq FADMM-in sədr müavini, ana dili və ədəbiyyat müəllimi Gülyaz Əliyeva dərsliklərdəki problemlərlə bağlı vaxtaşırı televiziya verilişlərinə dəvət edilmiş, müzakirələrdə iştirak etmiş, üzvü olduğu birliyin mövqeyindən çıxış edərək fikirlərini geniş ictimaiyyətə çatdırmışdir.

Hesabat məruzəsindən sonra FADMM in himni səslənib.

Sonra bu illər ərzində bəzi məqamlarda Mərkəzə mənəvi dəstəyi ilə yardım

edən qonaqlardan: əməkdır jurnalist Qulu Məhərrəmli, professir Nəriman Qasımoğlu, professor Zümrüd Dadaşzadə, yazıçı Həcər Paşayeva, yazıçı Pərvanə Bayramqızı və FADMM-in baş məsləhətçisi Sima Cəfərova çıxış edib.

Tədbirdə həmçinin FADMM-in ünvanına xaricdən: Hollandiyadan Mayisə Ağamirzəyevanın, Kanadadan Yeganə Cəfərovanın, Almaniyadan Şərifə Cəfərinin, Türkiyədən Məhsəti Şərif Özyürəkin, Latviyadan Günay Əliyevanın, İcveçdən Sevinc Əliyevanın yolladıqları təbrik məktubları da oxunub.

Bədii hissədə Ağdam rayon 38 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Suna Rzayeva T.Bayramın "Ana dilim" şeirini söyləyib, həmin məktəbin 9-cu sinif şagirdi Ləman Əlizadə “Şirindir” mahnısını və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parçanı ifa edib. Pərvanə Bayramqızı “Məhəbbət” mahnısını oxuyub, Gülyaz Əliyeva isə Famil Mehdinin “Tanıda biləydik” şeirini səsləndirib.

Yubiley tədbirində FADMM-in məsləhətçisi Fuad İslamzadə və FADMM-in yaxın dostu, AR-nın əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə qurumun sədri Vasif Sadıqlı tərəfindən "Azərbaycan ədəbi dilinin saflığının qorunmasında fəaliyyətinə görə Təşəkkürnamə" ilə təltif edilib.

Tədbirin sonunda qonaqlara "Füzuli. Divan, izahlar və şərhlər Vasıf Sadıqlınlndır", "Kəsrətin içində tənhalıq", Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı 440 səhifəlik dialektoloji lüğət - “Gürcüstandan Azərbaycana ağız sözlüyü" kitabı təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda maskalı şəxs lombarda silah ilə basqın etdi – Şok görüntülər VİDEO

22 Mart 2025 21:23see475

Azərbaycan millisi Haiti ilə oyundan əvvəl məşq keçirdi FOTOLAR

21 Mart 2025 22:17see280

Uşağı yedirdib içirdib, çıxmışam evdən Körpəsini atan ana danışdı

21 Mart 2025 23:08see249

Bu qan qrupuna malik olanlar GEC QOCALIR

23 Mart 2025 05:05see162

Bloger keçmiş ərinin adını instaqramdan qəsdən silmir?

21 Mart 2025 22:57see159

“Yalan söhbətdir, uşağı yedirib içirib çıxmışam” VİDEO

21 Mart 2025 22:12see157

Klublararası dünya çempionatında qalmaqal: Barselona , yoxsa Liverpul ?

21 Mart 2025 22:12see154

Benzia millidə növbəti oyuna çıxdı

22 Mart 2025 00:03see150

İmamoğlu ifadə verib İttihamları rədd edir (YENİLƏNİB)

21 Mart 2025 22:00see142

Lənkəranda hosteldə ölüm KONKRET

21 Mart 2025 23:10see138

Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər

21 Mart 2025 20:48see135

Kuruluş Osman da 5 ayrılıq Fotolar

23 Mart 2025 00:24see130

Azərbaycan millisi Haitiyə qarşı YENİLƏNİR

22 Mart 2025 09:02see129

Ayxan Abbasov debütdə qələbəyə sevindi

22 Mart 2025 23:58see124

Rusiyalı balerina fırıldaqçıya 18 milyon rubl verib ...

22 Mart 2025 18:34see123

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

21 Mart 2025 22:49see122

Sürətli yolda protiv gedən sürücünü dayandıra bilmədilər TƏHLÜKƏLİ ANLAR VİDEO

22 Mart 2025 16:00see121

Stefan Minye: Oyunçular gözləntilərimi qarşıladı

23 Mart 2025 00:07see120

Qız alanda bütün nəslini öyrənməlisən Mətanət İsgəndərli

22 Mart 2025 17:01see112

Həftənin hansı günlərində ev yığışdırmaq olmaz Bədbəxtlik Gətirir

22 Mart 2025 17:10see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri