“5 manat gəliri olana 6 manat borc verilməməlidir” AMB rəsmisi
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi zafi borclanmanın qarşısını almaqdır.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.
"Biz borclanmaya qarşısını deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat gəliri olana 6 manat borc verilməməlidir. Gördüyümüz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlarına keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















