“Zəruri olmayan xərclər üçün borc götürməyin” AMB rəsmisi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycanda bank kreditlərinə qoyulan məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistik məlumat mövcud deyil”.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə sahəsində tətbiq etdiyi qaydalar əhalinin həddindən artıq borc yükü altına düşməsinin qarşısını almağa yönəlib: “İstehlak kreditləri üzrə borcalanların ödəmə imkanlarına dair tələblər, kredit kartlarından istifadəyə qoyulan məhdudiyyətlər və onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı nəzərdə tutulan gözləmə müddəti məhz bu məqsədə xidmət edir.
Bank kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi bəzi şəxsləri alternativ maliyyə mənbələrinə üz tutmağa sövq edə bilər. Bununla belə, bu halın qeyri-rəsmi borclanmanın artmasına birbaşa səbəb olduğunu təsdiqləmək üçün əsas yoxdur. Banklardan kredit ala bilməyən vətəndaşlar maliyyə ehtiyaclarını qarşılamaq üçün əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra isə lombardlara müraciət edə bilərlər”, - deyə baş direktor əlavə edib.
Ş. Mahmudzadə vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq məqsədilə borc götürməkdən uzaq durmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















