Icma.az
close
up
RU
5 manatlıq dərman niyə Bakıda 28 manata satılır? Səbəbi və ucuzlaşma anonsu

5 manatlıq dərman niyə Bakıda 28 manata satılır? Səbəbi və ucuzlaşma anonsu

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bəzi dərmanların qonşu ölkələrdən dəfələrlə baha satılması barədə şikayələr zaman-zaman gündəmə gəlir.

Ölkə.Az xəbər verir ki, bu dəfə də qiyməti ilə narazılıq yaradan həzm sistemindən davamlı müalicə alan insanların istifadə etdiyi "Motilium" preparatıdır.

Alıcılar bildirir ki, apteklərdə hazırda tapılmayan bu dərmanı, yalnız sifariş olsa gətirtmək mümkündür. 

Qeyd olunur ki, dərmanın sifarişlə gətirilərsə, qiymətinin 28 manat olduğu bildirilir.

“Deyirəm 6 ay əvvəl bir dostmuz Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur.

Sonra gəlib Türkiyədə qiymətlələ maraqlanıram, cəmi 3,5 manatdır.

Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfədir. Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. 

O zamana Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox.

Bizdə satışda olan paketdə 30 ədəd var, yəni bir ədəd həb 85 qəpik. Türkiyədə satışda olan qutuda 21 ədəd, yəni 1 ədəd həb 18 qəpik. Burdan da baxanda fərq 5 dəfədir”, - deyə şikayətçi bildirir.

Həkim-farmakoloq Müşfiq Hüseynov məsələ ilə bağlı Ölkə.Az-a açıqlamasında bu cür qiymət fərqinin səbəblərini açıqlayıb:

“Birincisi, öyrənmək lazımdır bu dərman Azərbaycanda, ümumiyyətlə, dövlət qeydiyyatındadır, yoxsa yoxdur. Adətən, bu “nərdivan altı” gətirmələr baha başa gəlir. Məsələn, xüsusi sifarişi varsa, ya Rusiya vasitəsilə, ya Türkiyə vasitəsilə Azərbaycanda 1-2 dənə də olsa, müəyyən şərtlər daxilində gələ bilir. 

Əgər o dərmanan preparatının Azərbaycanda qeydiyyatı varsa, deməli, ona dövlət qiymət qoyur və o qiymətdən nə yuxarı, nə də aşağı satıla bilər. O qiymətdən yuxarı ya da aşağı dediyim kimi şirkətlər və yaxud da apteklər bunu satmaq ixtiyarı yoxdur, bu qeyri-qanunidir. Bu zaman hansı ölkədə istehsal olunmasına diqqət edilir. Deyək ki, ortalama qiymət olaraq Rusiya, Çin, Türkiyə və əsasən Şərqi Avropa ölkələrindəki istehsal qiymətlərinin orta rəqəmi götürülür və dövlət buna müəyyən bir qiymət qoyur. 

Bu dərmanın Türkiyədə və Rusiyada bizdəkindən ucuz olması məsələsinə gəldikdə isə bunu demək olar ki, Azərbaycanda əczaçılıq sənayesi hələ tam inkişaf etməyib. Buna görə də bir çox dərman preparatlarının əksəriyyəti ixracdan asılıdır və bu qədər qiymət fərqi yaranır. 

Bir də nəzərə almaq lazımdır ki, həm Türkiyədə, həm Rusiyada dərmanların qiymətinə dövlət müdaxiləsi var. Yəni dövlət əczaçılıq şirkətlərinin istehsal zamanı olan itkilərini müəyyən miqdada dotasiya edir. Türkiyədə deyək ki, 3 manata satılan məhsulun, bəlkə də, maya dəyəri 3 manatdır. Sadəcə olaraq dövlət deyir ki, sən bunu mənim vətəndaşıma bu qiymətə sat, onun qarşılığını mən sənə hansısa bir şəkildə geri ödəyəcəyəm. Bu, Rusiyada da belədir. Amma siz eyni məhsulu Avropada o qiyməti ala bilməzsiniz”.

Farmokoloq bildirib ki, yerli istehsalın başlaması ilə gələn ildən Azərbaycanda da dərman qiymətləri daha münasib olacaq:

“Azərbaycanda istehsalı hələ ki yoxdur. Amma Şamaxıda yaxınlarda, təxminən 3-4 ay öncə açılışı olan əczaçılıq şirkətinin ana məqsədi gündəlik tələbat malları və çox ehtiyac olan dərman preparatlarının istehsalını təşkil etməkdir. O zavod tam gücü ilə işləməyə başlayanda bu kimi halların qarşısı alınacaq. Həm yerli bazarda münasib qiymətə dərman olacaq, həm kənardan müəyyən üsullarla, qeyri-qanuni vasitələrlə Azərbaycana daxil olmaların mənası olmayacaq, eyni zamanda Azərbaycandakı qiymətlər Rusiya və Türkiyə qiymətlərinə kifayət qədər yaxınlaşacaq. 

Sadəcə Azərbaycanda bu dərmanların istehsalı yoxdur deyə bahadır. Hətta istehsal olsa belə mütləq ona dövlət nəzarəti və dövlət dotasiyası olacaqsa, qiymətlər kifayət qədər aşağı olacaq. Əks halda isə o qiymət diapazonuna enmək qeyri-mümkündür. 

“Motilium” baş ağrısı kimi, qarın ağrısı dərmanı kimi bəsit tərkibli gündəlik tələbat mallarından biridir. Əgər qeydiyyatı varsa və onu gətirmirlərsə, deməli, Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun gəlmir deyə gətirmirlər və yaxud distribütor şirkətə onun biznes şərtləri uyğun deyil. Bunun da qarşısını almağın yeganə yolu həmin məhsulları Azərbaycanda istehsal etməkdir. 

Gələn ildən başlayaraq bu bazardakı vəziyyət düzəlməyə doğru gedəcək”. 

Qeyd edək ki, aprdığımız kiçik bir araşdırma zamanı "motilium preparatının dövlət qeydiyyatında olduğunu öyrəndik. Preparatın topdan və pərakətnə satış qiymətləri, hansı ölkədən gəitrilməsindən asılı olaraq dəyişir. 2019-cu ildə təsdiqlənən siyahıda preparatın pərakəndə satış qiyməti 5.35-16.07 manat aralığında dəyişir:

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:474
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri