Icma.az
close
up
RU
İranın 5 manatlıq kərə yağları Bakıda zəhər satılır? SOS

İranın 5 manatlıq kərə yağları Bakıda zəhər satılır? SOS

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən kərə yağlarının artması istehlakçılar arasında tərəddüdləri daha da gücləndirib.

Musavat.com-un əməkdaşı məsələni yerində araşdırmaq üçün bir neçə marketdə olub.

Məlum olub ki, hazırda Azərbaycan bazarında Fransa, Almaniya, Finlandiya, Türkiyə, Belarus və Rusiya istehsalı olan kərə yağları satılır. Qiymətlər isə mənşə ölkəsindən və brendindən asılı olaraq ciddi şəkildə fərqlənir. Belə ki, “Best Cow” markalı kərə yağı 27 manat 80 qəpiyə təklif olunur. Almaniya istehsalı olan “Eximo” yağının 2 kiloqramlıq qabı 79 manat 7 qəpikdir. “Anchor” yağını 24 manat 90 qəpiyə almaq mümkündür. “Doyaruşka” 21 manat 99 qəpik, “Novaya Zemlya” isə 19 manat 89 qəpiyə satılır. Belarus istehsalı olan “BelMas” yağı 22 manat 90 qəpik qiymətini qoruyub saxlayan nadir məhsullardandır.

Yerli istehsal olan kərə yağları da bahalı seqmentdədir. “Azərsüd”ün kərə yağı 22 manat 52 qəpik, “Milla”nın kərə yağları isə 23 manat 90 qəpiyə təklif olunur.

Bununla yanaşı, bazarda İrandan gətirilən məhsullar da geniş yer tutur. “Pegah” markalı İran yağı 19 manat 50 qəpik, “Zərnab” 18 manat 50 qəpik, “Dehgah” isə 16 manat 99 qəpiyə satılır. Məhz bu məhsullar ətrafında istehlakçıların şübhələri daha çoxdur.

Azərbaycanın niyə kərə yağı idxalından bu qədər asılı olması isə ayrıca sual doğurur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, ölkənin kərə yağına olan idxal asılılığı təxminən 90 faizə çatır.

Onun sözlərinə görə, yerli istehsal iqtisadi baxımdan sərfəli deyil:

“25 litr, 3,6 faiz yağlılığa malik təzə inək südündən cəmi 1 kiloqram kərə yağı alınır. Azərbaycanda südün 1 kiloqramı 1 manat 50 qəpikdirsə, bu halda 1 kiloqram kərə yağının maya dəyəri 30 manatdan yuxarı çıxır. Ona görə də kərə yağını xaricdən idxal etmək daha ucuz başa gəlir”.

Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi təkcə idxal deyil, eyni zamanda inhisarçılıqdır. Onun sözlərinə görə, bu sahə bir neçə sahibkarın nəzarətindədir və yalnız onlar idxal hüququna malikdir:

“İdxal inhisarının olması qiymətlərin süni şəkildə artırılmasına imkan yaradır. Bir müddət əvvəl Yeni Zelandiyada kərə yağının bahalaşması bəhanə edilərək Azərbaycanda qiymətlər qaldırıldı. Halbuki apardığım araşdırma göstərdi ki, Yeni Zelandiyada əksinə, yağın qiyməti 3 faiz ucuzlaşıb. Dezinformasiya ilə Azərbaycan bazarında qiymət artımı yaratmaq mümkündür. Çünki idxal inhisardan asılıdır”.

Akif Nəsirli qeyd edib ki, İran kərə yağının ucuz olmasının səbəbi ölkədə enerji resurslarının və kənd təsərrüfatı xərclərinin aşağı olmasıdır.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarında yanacağın payı 25–40 faiz təşkil edir və İranda bu xərclər xeyli ucuzdur.

“İranda südün 1 kiloqramı təxminən 20 qəpikdir. Bu səbəbdən kərə yağının maya dəyəri 5 manata başa gəlir. Gömrük xərcləri əlavə edildikdən sonra belə, Azərbaycana 10–11 manata daxil olur. Amma bazarda bu yağlar 15–18 manata satılır. Buna görə də İran uzun illər Azərbaycanın əsas kərə yağı təchizatçısı olub”, – deyə o vurğulayıb.

Ekspert İrandan gətirilən kərə yağlarının qatqısının az olduğunu da bildirib:

“Mən özüm də İran yağı istifadə edirəm. Orijinal İran kərə yağları 200 qramlıq folqa qablaşdırmada olur. Əgər məhsul həmin qablaşdırmada deyilsə və başqa formada təqdim edilirsə, bu, şübhə doğura bilər”.

Ekspert hesab edir ki, bazarda 5–6 manata satılan məhsulun kərə yağı olması mümkün deyil:

“Əgər bu kərə yağıdırsa, 25 manata satılan məhsul nədir? Bu sahədə ciddi nəzarət olmalıdır. Müxtəlif ölkələrin adından istifadə edilərək ucuz və keyfiyyətsiz yağların satılması istehlakçıların aldadılmasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:501
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri