Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

5 May Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 May Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.

Sfera.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Belə ki, həmin tarixdə Avropanın 17 ölkəsində əlilliyi olan şəxslər eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara yönəlmiş ayrı-seçkiliyə qarşı mübarizə günü keçirdilər. Həmin vaxtdan belə tədbirlər ənənəvi hal alıb və mayın 5-də də keçirilir.

Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 1 milyarddan çox insan bu və ya digər formada əlilliyə malikdir ki, bu da dünya əhalisinin təxminən 15%-nə bərabərdir. Bunlardan 100 milyondan çoxu əlilliyi olan uşaqlardır.

Dövlət Statistika Komitəsinin 2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 475 798 nəfərdir  (ümumi əhalinin 4.27%).  Bunlardan 47 028 (ümumi əoş-ların 9,8%) əlilliyi olan uşaqlardır. 

Qeyd edək ki, əvvəllər əlillərin sayı daha çox olub. Bəzi illərdə 600 min nəfəri keçib. Bunun səbəbi saxta yolla əlillik alan şəxslərin sayının çox olması idi. Son illərdə saxta əlillik sayları azaldılıb

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası 2006-cı ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulub. 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, müvafiq hüquqi-normativ sənədlərdə dəyişikliklər və əlavələr edilib. Bunun növbəti əyani təzahürü kimi, bu günlərdə qəbul edilən yeni qanunvericilik aktları əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına yönələn daha bir addım kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib. Bu maddələrdə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı bildirilir.

Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ötən dövrdə 7,7 min minik avtomobili təqdim edilib.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə sosial ödənişlərlə (pensiya, müavinət, təqaüdlər) təmin edilir. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-ci ildən ötən dövrdə illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi icra edilib, bu islahatlar çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də ardıcıl şəkildə artırılıb. Ümumilikdə həmin dövrdə  minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artıb.

Son illər  ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurularaq, həmçinin yeni reabilitasiya müəssisələri yaradılıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində də son illər mühüm addımlar atılıb. Bu məqsədlə Nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.  

Görülən bütün bu işlər reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq 2024-cü ildə 123,3 minə çatmasına imkan verib. Eyni zamanda, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyədək artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.

Reabilitasiya vasitələri ilə təminatda mühüm yeniliklərdən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işləri çərçivəsində həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 492 şəxs 609 yüksək texnologiyalı protezlə təmin edilərək, aktiv həyata dönüş imkanı əldə edib. Hətta onlar idman yarışlarında da uğurla iştirak edirlər.

Qeyd edək ki, ötən gün Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər. Ənənəvi sərgi bir həftə davam edəcək.


Firuzə Əliyeva

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri