Milli Kitabxanada “5 may Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 may, AZƏRTAC
Mayın 5-i 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.
Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Sərgilərdə əlilliyi olan şəxslər haqqında dövlət siyasəti, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, görülən tədbirlər, sosial müdafiənin hüquqi tənzimi, əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud insanların reabilitasiyası və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















