Icma.az
close
up
RU
“5 metrdən altı epizod qaçırırsansa, nələrisə dəyişmək lazımdı”

“5 metrdən altı epizod qaçırırsansa, nələrisə dəyişmək lazımdı”

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

1-ci liqada mübarizə apardığı ilk bu mövsümdəcə qarşısına çempion olub elitaya qayıtmaq məqsədi qoyan “Səbail” “Baku Sportinq”lə səfər heç-heçəsinin ardından doğma azarkeşləri önündə “Cəbrayıl”a uduzdu. Bununla da “dənizçilər”lə “Şəfa” arasındakı xal fərqi 5-ə çatdı. Oyundan sonra klub rəhbərliyi baş məşqçi Elvin Məmmədovun qarşılılıq razılıq əsasında istefaya göndərildiyini açıqladı.

Ümumiyyətlə, Bayıl təmsilçisi bu oyunda niyə məğlub oldu? Cavid Hüseynovun “Cəbrayıl”ın rəhbərlərindən biri olması bu nəticənin alınmasında hansı rolu oynadı? Axı deyilənə görə, Cavid Hüseynov “Səbail”dən ayrılandan sonra onun yerini tutan Elvin Məmmədovla arada müəyyən prinsipiallıq var. Ümumiyyətlə, cəmi 9 turdan sonra belə qərar vermək nə dərəcədə düzgündü?
Elvin Məmmədov “Futbol+”in suallarını belə cavabladı:

“Bu deyilənlərin hamısı boş-boş şeylərdi. Cavidlə aramızda əvvəlki səmimiyyət hələ də var. Biz çempionluğa oynayırıq deyə, təkcə “Cəbrayıl” yox, bütün komandalar bizə qarşı daha aqressiv və ciddi oynayır. Normal haldı. Hamı özünü sübut etmək istəyir. Oyun baxımından da “Şəfa”dan geri qalmırıq. Bəlli yol cızmışıq, nə qədər düz, nə qədər səhvdi – bu başqa mövzudu. Böyük fərq də yox idi. İndiki durum bunu tələb edirdi. 5 metrdən altı epizod qaçırırsansa, nələrisə dəyişmək lazımdı. Oyundan sonra rəhbərliklə danışdıq. Sağ olsunlar, bir-birimizi başa düşdük. Tam səmimi qərar verdik. Məşqçi işi belədi, hər şeyə hazır olmalıyıq. Hələ öyrənməliyik, üzərimizdə çox işləməliyik”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri