Icma.az
close
up
RU
Cavid Hüseynov: Nələrisə dəyişmək istəyirik, amma hələ ki alınmır

Cavid Hüseynov: Nələrisə dəyişmək istəyirik, amma hələ ki alınmır

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Səbail" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Araz-Naçxıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik. Amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.

- Şahin Diniyevin vaxtında da komanda uduzurdu, amma ara-sıra xal alırdı. "Səbail"i üç oyuna çıxarmısız, amma qol da vura bilməmisiz. Kimdir günahkar, Diniyev, yoxsa siz?

- Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək.

- Heyət geniş deyil?

- Önənli nüansdır. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik ki.

- Qışda büdcə ayrılmasa, erkən ayrılıq mümkündür?

- Bu haqda danışmaq hələ tezdir. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.

- Özünüzü necə motivasiya edirsiz?

- Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib.

- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsız. Dönüş nöqtəsi həmin matç ola bilər?

- Çempionatda hər rəqib bizim üçün eyni səviyyədədir. Çox istəyirik ki, qalib gələk. Sonuncuyuq deyə, təzyiq yaranır. Futbolçular da tunrir cədvəlini görəndə narahatlıq keçirirlər. İşimiz onları sakitləşidirib, oyuna kökləməkdir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri