Icma.az
close
up
RU
5 milyon avro vəziyyəti düzəltməyəcək Qurban Qurbanov

5 milyon avro vəziyyəti düzəltməyəcək Qurban Qurbanov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İlk növbədə "Olimpiakos"u 1/8 finala yüksəldikləri üçün təbrik edirəm. Ümumilikdə stadionda gözəl ab-hava hökm sürürdü. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi və mən meydanda bunu gördüm".

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la səfər matçından sonra deyib.

Ağdam təmsilçisi Yunanıstan klubuna 0:3 hesabı ilə uduzub. "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu pillədə başa vurub. "Olimpiakos" isə 1/8 finala adlayıb.

Q.Qurbanov isə oyundan sonra təşkil olunan mətbuat konfransında bu məğlubiyyətdən danışıb: 

"Təəssüf ki, səhvlər ucbatından qapımızda 3 qol gördük. Hər halda, Avropa Liqası bizim üçün başa çatdı. Bütün bu matçlar bizim üçün böyük təcrübə oldu. Keçirdiyimiz oyunlar gələcəkdə öz faydasını verəcək. Avropada futbol köklü şəkildə dəyişir. Mən həmişə futbolçularıma yaxınam. Bütün bu illər ərzində biz çoxlu belə matçlardan keçmişik. Həm uğurumuz, həm də uğursuzluğumuz olub”.

Q.Qurbanov "1 il əvvəl "Qarabağ" Avropa Liqasının 1/4 finalının 1 addımlığında idi. Cari mövsüm isə ən çox qol buraxan komanda kimi əsas mərhələdə sonuncu yerdə qərarlaşıb. Bu mövsümlə ötən mövsüm arasında nə fərq var?" sualını belə cavablandırıb: 

"Mən dəfələrlə demişəm ki, hər il uğur qazanmalıyıq deyə bi qayda yoxdur. Pis mövsümlər də olur. Bəli, çox şey əldən verdik. Bu o deməkdir ki, müdafiədə zəif oynadıq və bunu qəbul etmək lazımdır. Amma çox yaxşı komandalara qarşı matçlar keçirdik. Bəli, ötən  mövsüm biz daha yaxşı nəticə əldə etmişdik. Lakin bu mövsüm qarşımıza qoyduğumuz məqsədə çata bilmədik. Bəzən rəqibin səndən üstün olur. Bu gün birinci hissədə hər şey yaxşı idi. Amma belə matçlarda təzyiqi sona qədər saxlamaq vacibdir. Bəli, problemlərimiz var və biz onları aradan qaldırmağa çalışırıq. Digər tərəfdən, bir il ərzində komandanı eyni səviyyədə saxlamaq çox çətindir. Çünki futbol komanda oyunudur. İstənilən halda, bu mövsüm bizim üçün böyük təcrübə oldu. Oyunumuzu daha yaxşı təhlil edib səhvlərimizi görməyə vaxtımız olacaq".

Bu qış "Qarabağ"ın Juninyonun "Flamenqo"ya transferindən 5 milyon avro qazandığı iddia edilir. Q.Qurbanov əldə edilən gəlirlə klubun yeni futbolçular alıb-almayacağı haqqında da danışıb: 

"Bu böyük bir mövzudur. Suala cavab vermək üçün lazım olan təfərrüatlara varsam, çox vaxt aparacaq. Juninyo komandamızda Liqa mərhələsinin 6 matçından 5-də uduzmuşduq. Nəticələr göstərir ki, oyunumuz kifayət qədər zəifdir. Lakin bəzi matçlarda çox yaxşı görünürdük. 5 milyondan danışsaq, bu, vəziyyəti yaxşılaşdırmayacaq. Liqa məhələsinin 36 iştirakçısının büdcəsini sıralasaq, biz sondan 3-cü və ya 2-ci olacağıq. Büdcəsi yüz milyonlarla hesablanan komandalara qarşı oynadıq. Onların futbol təfəkkürü nəzərə alınaraq, bir-iki milyona futbolçu almaqla işimizin düzələcəyini söyləmək düzgün olmaz. Bu və ya digər futbolçunun bizə gəlmək istəyəcəyi məlum deyil. Yenə də bunu ətraflı müzakirə etmək lazımdır. Biz heç vaxt futbolçuları 5 milyona satmamışıq. yüksək keyfiyyətli komanda formalaşdıraraq işimizi çox gözəl idarə etmişik. İndi "Qarabağ" yüksək keyfiyyətdədir, sadəcə olaraq, bu Avropa mövsümü uğursuz oldu. Komandanın gücləndirilməsinə gəlincə, biz bütün il bu barədə düşünürdük. Təəssüf ki, bəzi çətinliklərimiz oldu. Amma hələ vaxtımız var və inanıram ki, bunun ən az 50 faizini reallaşdıra biləcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 Yanvar 2025 04:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri