Icma.az
close
up
RU
Qurban Qurbanov: “

Qurban Qurbanov: “

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Səbail” matçından (5:0) sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Rəqib yaxşı müdafiə olunurdu. İlk qoldan sonra oyun bir az dəyişdi. Bundan sonra rəqib riskə getdi. Boşluqlardan düzgün istifadə etdik. "Səbail"ə və Cavid Hüseynova uğurlar arzulayıram".

- Riçard Almeydanın ayrılığının səbəbi nədir?
- Bir az gözlənilməz oldu. İki gün əvvəl danışığımız olmuşdu. Dünən tam dəqiqləşdi. Ölkəsinə, keçmiş komandasına qayıtmaq istədi. Daha çox oynamaq istəyir. Biz belə oyunçulara həmişə hörmətlə yanaşmışıq. Rəhbərliklə danışdım və belə addım atdıq. Təki Riçard üçün, onun ailəsi üçün yaxşı olsun. Burada özünü rahat hiss edirdi. Amma yəqin karyerasını öz ölkəsində başa vurmaq istəyir. Kollektiv olaraq ona uğurlar arzuladıq. Hər zaman "Qarabağ"ın vacib fiqurlarından olub.

- Kadi Borgesin gəlişi ilə komandada hansı dəyişikliklər hiss edirsiz?
- İnşallah yaxşılığa doğru təsir edər. Dəyişikliklərə hər zaman hazır olmalıyıq. Kadi üçün uyğunlaşmaq çətin olmayacaq. Sadəcə olaraq bir az idman formasından uzaqdır. Daha aktiv, daha hərəkətli Kadi görmək istəyərəm. İnanıram ki, bir aya onu əvvəlki formasına qaytaracağıq.

- Aleksey Kaşukun performansını necə dəyərləndirirsiz?
- Ola bilər ki, hansısa oyunlarda bir az zəif təsir bağışlayır. Belə bir futbolçu üçün bir il kollektiv məşqlərdən uzaq qalması böyük müddətdir. Burada oynadığı matçlarda onun faydalı iş əmsalı heç də aşağı deyil. Hamı Kaşukun potensialını bildiyinə görə rəqib məşqçilər ona xüsusi diqqət ayırır. Mən ondan razıyam. Kollektivin lazımlı fiqurlarından biridir. Daha yaxşı olacaq.

- Qarşıda "Neftçi" ilə oyun gəlir. Bu matç barədə nə deyə bilərsiniz?
- "Neftçi"nin bəzi oyunları olub ki, məğlub olmalı deyildilər. Bizim "Neftçi" ilə oyunlarda heç vaxt əvvəlki oyunların nəticələrinə baxılmayıb. Çünki bu, Azərbaycanda böyük derbidir. Nəticədən asılı olmayaraq, həm biz, həm də "Neftçi" oyuna hazırlaşır. Bu komandaya qarşı oynamaq həmişə futbolçular üçün xoş olub. O stadionda yaxşı futbol ab-havası var. İnanıram ki, azarkeşlər üçün baxımlı oyun olacaq.

- Kadi Borgesə meydanda yer tapmısız?
- Elə oyunçular var ki, onlara meydanda həmişə yer tapılır. Elə futbolçuların qabiliyyəti mənə rahatlıq. Rotasiyalar etmək istəsəm, bundan istifadə edə bilirəm. Güvəndiyim futbolçuların hazırlıq forması çox vacibdir. Gələcəkdə heyəti formalaşdırmaq üçün bəzi dəyişikliklər olacaq.

Renat Dadaşov Azərbaycana gəlir - SON DƏQİQƏ Slavik Alxasov: "Legioner limitinin ləğvi doğru deyil" "Sabah"dan darmadağın: 22:0 “Qarabağ”da növbəti ayrılıq - Rəsmi Coşqun Diniyev rəsmən "Çorum"da
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Fevral 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri