Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

5 min müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır AÇIQLAMA

5 min müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır AÇIQLAMA

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil. Bu proses həm müəllimin inkişafına xidmət edir, həm də müəllimlərin əməkhaqqına diferensial yanaşmadır”

Fəaliyyətinə xitam verilən müəllimlərin sonu nə olacaq? Bu sual indi çoxlarını düşündürür. Hətta minlərlə insanı. O səbəbdən ki, indiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq. 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək. Görəsən, bu sertifikasiya imtahanları neçə müəllimi işsiz qoyacaq? Bu gedişlə 10 min, bəlkə də, 20 min müəllimin işsiz qalacağını ehtimal etmək mümkündür. Onların taleyi necə olacaq bəs? Maraqlıdır ki, elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan keçməyən müəllimlər üçün “iynə ucu boyda” işıq yerinin qaldığını elan edib. Nazir bir müddət əvvəl qeyd etmişdi ki, sertifikasiyadan kəsilənlərin MİQ, yəni müəllimlərin işə qəbulu imtahanlarında iştirak səlahiyyəti əllərindən alınmır. Sertifikasiyada əsas məqsəd “keyfiyyətli” müəllimləri üzə çıxarmaq və əmək haqlarını artırmaqdır. Nazir deyib ki, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 faizinin əməkhaqqısının artmasıdır: “Yəni bu proses 80 faiz müəllimə müsbət təsir edir. Ötənilki (2023) sertifikasiya imtahanından fərqli olaraq, bu il (2024-cü il) riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 faizinin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 faiz artacaq. Sertifikasiyanın bu tərəfini unutmaq lazım deyil”. Sertifikasiya imtahanında iştirak edən hər beş müəllimdən birinin kəsildiyini deyən E.Əmrullayev belə qeyd etmişdi: “Hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu, bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verir”. Nazirin sözlərinə görə, işinə xitam verilən sabiq müəllimlərin tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir. Sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında iştirakı səlahiyyətləri onların əlindən alınmır: “MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverənlərə sertifikasiya imtahanında ona verilən iki şansda, eləcə də keçirilən təlimlər nəticəsində yenə də uğur qazanmırsa, 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq”. 

Peşəkar pedaqoq, uzun illər təhsil sahəsində çalışmış Nadir İsrafilov isə bu fikirdədir ki, bu qədər müəllimin imtahandan kəsilməsi təhsilimizə başucalığı gətirmir, lakin bunun əsaslı səbəbləri də var: 

- Sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil. Bu proses həm müəllimin inkişafına xidmət edir, həm də müəllimlərin əməkhaqqına diferensial yanaşmadır. Bütün müəllimlər eyni miqdarda əməkhaqqı ala bilməz. Sertifikasiyada müəllimlərin biliyi yoxlanılır və onlar inkişafları naminə hazırlaşmaları üçün daim nəzarətdə saxlanılırlar. Ölkə üzrə 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində keçid balını toplamayıbsa, bu, əlbəttə, mənfi göstəricidir. Lakin bu məsələyə birmənalı yanaşma yoxdur. Bir qrup müəllim sertifikasiya imtahanlarının keçirilmə qaydasından narazıdır. Elə valideynlər də var, deyirlər ki, niyə uşağımıza savadsız müəllim dərs deməlidir? Uşağın gələcəyini korlayır və sair. Sertifikasiyadan kəsilmə müəllimlərdə narahatlıq yaradır. Burada təhlükəli bir şey görmürəm. İlk sertifikasiyadan keçməyən müəllimlər bir il ərzində hazırlaşıb növbəti dəfə təkrar sertifikatlaşdırmadan keçə bilər. Əgər ikinci sertifikasiyada da kənarda qalsalar, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək yenidən müəllim olmaq şansı qazana bilərlər. Bir müəllimə üç dəfə şans verilir. 5 min müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır. Bəlkə bunlar kolleci bitiriblər, ya təkmilləşdirmə kursları ilə ixtisas dəyişdiriblər, qeyri-pedaqoji sahənin adamları kurs bitirib müəllim olublar. Bunlar araşdırılmalıdır. Məsələyə psixoloji tərəfdən də yanaşmaq lazımdır; ola bilər ki, müəllim də imtahanda həyəcanlanıb. Bu əsas vermir ki, o, savadsız müəllimdir. Əgər özünəinamı varsa, təkrar hazırlaşıb müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilər. Sertifikasiya müəllimlərə şans verir ki, əməkhaqqı məsələsində fərqlənsinlər. Məktəb, pedaqoji mühitdə də bilikli, öz sahəsini, ixtisasını mükəmməl bilən müəllimlər seçilsin.  

P.S.

Sosial şəbəkədə “Müəllim ordusu” qrupunda isə müəllimlərin əmək müqaviləsinə xitam verilməsinin qanunazidd olduğu qeyd edilib. Qrupda yazanlar “Müəllim sertifikasiya imtahanından kəsilsə belə, müqaviləsinə xitam verilə bilməz. Əmək qanunvericiliyinə görə. Yəni həmin müəllimlərin bəziləri var ki, işdən azad edilməli deyildi. Hətta bəziləri məhkəməyə müraciət edərək işini bərpa edə bilib. Bu, hər kəsə aid deyil amma”, “Əmək qanunvericiliyinə ziddir, müəllimin işinə xitam vermək, əlavə kurslara cəlb edib təkmilləşdirə bilərlər və ya minimum saatla da olsa, məktəbdə saxlamalıdırlar. Əgər qanun Nazirliyin özü tərəfdən pozulursa, o zaman qanunun aliliyindən heç bir halda söhbət gedə bilməz”, qeydləri edərək xüsusi kateqoriyaya aid şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qanunla qadağan edildiyini bildiriblər.   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see186

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see126

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri