Icma.az
close
up
RU
5 qəpikdən 60 qəpiyə... Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

5 qəpikdən 60 qəpiyə... Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

Icma.az, Bizim media saytına istinadən bildirir.

Son statistik rəqəmlərə görə, 2025-ci ildə nəqliyyatçılar 2215.1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 89.1 faizi avtomobil nəqliyyatı, 10.2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bildiyiniz kimi, ötən ilin sentyabrında Azərbaycanda avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edilib. Belə ki, sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olub. Həmçinin, taksilərdə də minimum gediş haqqı 2.50 təşkil edir.
Bəs son 30 ildə ictimai nəqliyyatda qiymətlər necə dəyişib?
Bizim.Media bununla bağlı araşdırma aparıb.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra ictimai nəqliyyatda qiymət 2, 3 və 5 qəpik arasında dəyişib. Belə ki, 1996-cı ildə qiymət 5 qəpik təşkil edib və bu, 2009-cu ilə qədər sabit qalıb. 2009-cu ildə qiymət 15 qəpik olub. 2011-ci ildən 2018-ci ilədək qiymətlər 20 qəpik təşkil edib. 2018-ci ildə ictimai nəqliyyatdakı qiymətlərə yenidən baxılıb və 30 qəpiyə qaldırılıb. 2023-cü ildə 40, 2024-cü ildə 50 qəpiyə qaldırılan ictimai nəqliyyat qiymətinə ən son ötən il – 2025-ci ildə yenidən dəyişiklik edilib və 60 qəpik təşkil edib.
Avtobus və metrodan əlavə, trolleybus və tramvaylarda qiymətlər 3 qəpik təşkil edib. Lakin 2004-cü ildən etibarən ölkəmizdə tramvay şəbəkəsi xətləri sökülüb və traleybus ləğv edilib.
Taksilərdə isə qiymətlər indiki qiymətlərlə müqayisədə daha baha olub.
 

İndiki qiymətlərlə müqayisə etsək, o dövrdə taksi qiymətləri 2 dəfə daha baha qiymətə təklif olunub. Lakin o zamanlar avtobus, metroda qiymətlər kifayət qədər ucuz və münasib olduğu üçün vətəndaşlar taksilərdən çox da istifadə etməyib.


Qeyd edək ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri