İctimai nəqliyyatın qiymət və güzəştləri məsələsi diqqətdədir
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyatın səmərəli işləməsi və vətəndaşlara xidmət göstərməsidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, son günlərdə Bakı və digər şəhərlərdə metro və avtobus qiymətlərinin artması ilə bağlı müzakirələr davam edir.
"Ekspertlər qiymət artımının iqtisadi səbəblərlə izah ediləcəyini bildirirlər. Bununla yanaşı, imtiyazlı təbəqələr – tələbələr, pensiyaçılar, əlillər, Daun sindromlu uşaqlar və digər xüsusi kateqoriyadan olan şəxslərin ictimai nəqliyyatdan güzəştli istifadə imkanları hələ də tam həllini tapmayıb. Son vaxtlar Ombudsman hava limanına taksilərin girişinin məhdudlaşdırılmasına da reaksiya verib. Ombudsman məsələyə diqqət çəkərək bildirib ki, Naxçıvandan Bakıya gələn yoxsul vətəndaş 60 manat bilet üçün ödədikdən sonra, şəhərə çatmaq üçün əlavə 40 manat taksi xərci çəkir".
O vurğulayıb ki, ictimai nəqliyyat vətəndaşlara xidmət edən modelə çevrilməli, qiymət və güzəşt siyasətində şəffaflıq təmin olunmalıdır.
Aidə Qurbanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















