“5 yaşımda ölümün pəncəsindən qurtuldum”
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. Xanəndə 5 yaşında selə düşdüyünü deyib:
"Məni 5 yaşımda Cəbrayılda olarkən sel aparıb. Ölümün pəncəsindən qurtulmuşam. Möcüzə nəticəsində sağ qaldım. Kəndimizdəki çayın üzərindən taxtadan körpü düzəltmişdilər. Yanımda da nadinc bir uşaq var idi. Körpünü yellətdi və suya yıxıldım. Məni sel apardı, kəndin bitən hissəsində məni xilas etdilər. Zədələnmişdim, ciyərlərimə su yığılmışdı. Sonra məni xəstəxanaya apardılar. Xəstəxanadan evə qayıdan anam xəbər tutdu. Sel aparan anda xəbər tutsaydı, bəlkə ürəyi dayanardı".
Baxış sayı:94
Bu xəbər 17 Fevral 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















