Icma.az
close
up
RU
Ölümün “ağ” üzü

Ölümün “ağ” üzü

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Statistika göstərir ki, hazırda narkotika dünyanın qarşısında duran ən ağır problemlərdən biridir. Mütəşəkkil cinayətkar qruplar tərəfindən müxtəlif yollarla qitədən-qitəyə, ölkədən-ölkəyə daşınan “ağ ölüm”ün bəşəriyyətə vurduğu ziyan ən qanlı müharibələrdən belə daha böyükdür, daha dəhşətlidir. Özü də bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniya sürətlə genişlənməkdədir.
İnsan orqanizminə, sağlamlığına və mənəviyyatına ağır zərbə vuran narkotika aludəçiliyinə qarşı dünyanın bütün sivil ölkələrində ciddi mübarizə aparılır. Əsasən, bəzi Cənubi Amerika və eləcə də, Asiya ölkələrindən yola çıxan “ağ" ölüm”ün bəzi limanlarda hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq məhv edilməsi xəbərinə də tez-tez rast gəlirik. 28 il işğal altında qalan torpaqlarımızda ermənilərin narkotik bitkilər yetişdirdiyi də məlumdur. Amma nə qədər mübarizə aparılsa da, bu bəlanın qarşısını almaq hələ də mümkün deyil.
İşin ən betər tərəfi də orasındadır ki, illər keçdikcə bu bəlaya mübtəla olanların yaşı gəncləşir, sayı artır və üstəlik “ağ ölüm”ün çeşidi daha da zənginləşir. Son illərdə qara bazarda daha çox üstünlük qazanan “şüşə”, “patı” kimi təqdim olunan metamfetamin adlı kimyəvi maddə istifadəçilər üçün əvvəlkilərə nisbətən daha ağır nəticələr verir.
Yəqin ki, internet materiallarında illər uzunu narkotikadan istifadə etmiş şəxslərin səmimi etiraflarını eşitməmiş deyilsiniz. Birmənalı olaraq onların hamısı bu əməlindən peşman olduğunu, bir vaxtlar sahib olduğu hər şeyi narkotika ucbatından itirdiyini deyirlər. Onlardan bəziləri çəkinmədən “Narkomanın ölüsü dirisindən xeyirlidir” deyirlər.
Narkotika onların hər şeyini əlindən alır, ancaq hər şeydən əvvəl də iradəsini... İradəsini itirmiş, bu bəlaya təslim olmuş hər kəs artıq potensial cinayətkar, cəmiyyət üçün təhlükəli varlıqdır. Beləsi kritik vəziyyətdən çıxmaq üçün narkotika əldə edə bilmədikdə aqressivləşir, başqa heç bir şey düşünə bilmir, bütün istəyi nə olur-olsun ən qısa bir vaxtda o maddəni əldə etməyə və vəziyyətdən çıxmağa yönəlir. Bu vaxt həmin narkotika aludəçisi beş manat üçün öz valideyninə belə əl qaldıra, hətta onu öldürə bilər.
Narkomanlar niyə bu qədər iradəsiz və amansız olurlar, onların orqanızmində hansı dəyişikliklər baş verir? - Narkotikadan ardıcıl istifadə insanın mərkəzi sinir sistemində, yəni baş və onurğa beyində, beyincikdə əhəmiyyətli dəyişikliklərin yaranmasına, beyin hüceyrələrində oksidləşmə-bərpa prosesinin pozulmasına səbəb olur. Bunların təsiri nəticəsində insanın emosional vəziyyətində depressiv fon-əhval düşkünlüyü, intellektual fəaliyyətlərində, yəni təfəkkür və zehni qabiliyyətlərində, habelə hafizə, iradə və davranışlarında müxtəlif pozğunluqlar meydana gəlir.
Narkotik maddələr həm də insanda psixoloji və fiziki asılılıqlara yol açır. Narkotika aludəçisi olan şəxsdə onları davamlı şəkildə qəbul etmək arzusunun yaranması psixoloji asılılıq əlaməti hesab edilir. Əgər narkotika aludəçisi həmin maddələri tələbat hiss etdiyi vaxtda əldə edə bilməsə və ya istifadəsi üçün əlverişli şərait olmasa, bu vaxt onda məyusluq, əsəbilik və ya aqressivlik kimi psixoemosional dəyişikliklər meydana gəlir.
Davamlı və mütəmadi olaraq narkotikaya mübtəla olmuş şəxsdə tədricən “fiziki asılılıq” adlanan yeni asılılıq yaranır. O, bu maddələrdən o dərəcədə asılı vəziyyətə düşür ki, bədənin hüceyrə və toxumalarının normal fəaliyyətdə olması müəyyən vaxtlarda narkotikanın qəbulundan asılı olur. Narkotikanın kəsilməsi bunlara mübtəla olmuş şəxslərdə “məhrumiyyət mənzərəsi” (abstinent sindromu) adlandırılan vəziyyətin yaranmasına səbəb olur. Belə şəxslərdə müxtəlif aqnoziyalar, hallüsinasiyalar, qarabasmalar, hətta illüziyalar baş verir və gözünə müxtəlif xəyali mənzərələr görünür.
Narkotik maddələrə hərislik uzaq keçmişdən məlumdur. Qədimdə təbiblər narkotik tərkibli maddələrdən bəzi xəstələri sakitləşdirmək, ağrıları azaltmaq və yuxu gətirmək məqsədləri ilə istifadə edirdilər. Bütün bunlar müalicəvi məqsəd güdürdü və istifadəçidə asılılıq yaratmırdı. O dövrdə, xüsusən Şərqdə morfin, həşiş, kafein və onların törəmələrindən istifadə halları geniş yayılmışdı. Sonrakı mərhələlərdə isə bu kimi maddələrdən mütəmadi istifadə halları meydana çıxdı və narkomaniya ayrıca bir xəstəlik kimi öyrənilməyə başladı.
Narkotika qlobal bəladır. Ona görə də, bu bəla ilə mübarizə beynəlxalq qanunlar və hüquqi güclər tərəfindən aparılsa, effektiv nəticə əldə edilə bilər. Hər bir ölkənin əlaqədar qurumlarında narkotika istifadəçilərinin sayı, kimliyi, ünvanı qeydə alınır. Amma bu da bir həqiqətdir ki, qeydiyyatdan kənarda qalanların sayı həmişə daha çox olur.
Bəzi Avropa ölkələrində müəyyən narkotik maddələrin istifadəsi və satışı sərbəstdir, hətta bəzi narkomanların gündəlik tələbatı dövlət tərəfinədən qarşılanır ki, cəmiyyətdə problemə səbəb olmasınlar. Ölkəmizdə isə narkomaniyaya qarşı hər hansı güzəşt yoxdur.
Aparılan maarifləndirici, profilaktik və cəza tədbirlərinə baxmayaraq bu faciənin - bəlanın nəinki kökünü kəsmək mümkün olmur, əksinə, narkotika istifadəçilərinin sayının artması və onun yeniyetmə və gənclər arasında yayılması güclənir. Son illər bəzi toksiki maddələrin özündən və buxarından (efirli yağlar, benzin, aseton, müxtəlif aerozollar və inqalyantlar) istifadə halları da artır. Bu cür kimyəvi maddələrin zərəri daha çox olur və qısa bir vaxtda özünü göstərir.
Metamfetamin istifadə edənlərin bədənində açıq yaralar əmələ gəlir və beyin hüceyrələrinin sürətlə quruması müşahidə olunur. Müşahidələr göstərir ki, psixopatik, mənəvi cəhətdən davamsız, zəif iradəli, təlqinə həssas, psixi və mənəvi cəhətdən yetkin olmayan, intellektcə zəif olan və kəskin duyğular axtaran şəxslər daha tez narkotik və psixotrop tərkibli maddələrdən istifadəyə meyil edir, narkoman olurlar.
İctimai mühitin qeyri-sağlam, ailə tərbiyəsinin qeyri-qənaətbəxş olması narkomaniyaya şərait yaradır. Bəzi gənclər sadəlövhlük göstərərək “bir dəfə dadına baxmaq” nəticəsində get-gedə asılılığa düşür və “ağ ölüm”ün girdabına yuvarlanırlar. Tibbi araşdırmalar nəticəsində aydın olmuşdur ki, bu zərərli vərdişin yaranmasında irsi meyillilik amilinin də rolu var. Narkotika istifadəçisinin orqanizmində tələbat getdikcə artır və o, dozanı getdikcə artırır. Bir çox hallarda isə dozanın artırılması ürəyin fəaliyyətini kəskin şəkildə pozur və ölümə səbəb olur. Ona görə də, bu istiqamətə diqqət artırılmalı, gələcək nəsillərimizi bu bəladan qorumaq üçün bütün tədbirlər həyata keçirilməlidir. Valideynlər öz övladlarına, onların ətrafına, kiminlə oturub-durmasına diqqət etməli, şübhəli hal müşahidə etdikdə ən ciddi qərarlar qəbul etməlidirlər. Valideynlər övladlarında belə bir hal müşahidə etsələr, heç tərəddüd etmədən aidiyyəti orqanlara müraciət edərək kömək istəməlidirlər. Hər kəs razılaşar ki, o övladın ölməyindənsə, xüsusi dispanserdə müalicə alması daha yaxşıdır.
Övlad dağı yaşamamaq üçün gərək onlara sahib çıxaq, gələcəyimizi “ağ ölüm”ün ixtiyarına buraxmayaq…
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 May 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri