Icma.az
close
up
RU
50, 62, 76 yaşı olmasına baxmayaraq AİLƏ QURMAYAN MƏŞHURLAR SİYAHI

50, 62, 76 yaşı olmasına baxmayaraq AİLƏ QURMAYAN MƏŞHURLAR SİYAHI

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə şou-biznesində elə məşhurlar var ki, onlar bəlli yaşları olmasına baxmayaraq ailə həyatı qurmayıblar. Onlara arasında müğənnilər, aparıcılar və aktyorlar var. Bəzi sənətçilər öz yarı ilə evlilik nöqtəsinə qədər gəlsə də daha sonra qərar verərək yollarını ayırıb. Bəs görəsən bəy kostyumu və gəlinlik geyinməyən türkiyəli məşhurlar kimlərdir?

Bu dəfə BAKU.WS saytı heç vaxt ailə qurmayan məşhurların adlarını araşdırıb. Sözügedən siyahını təqdim edirik:

Müğənni Candan Erçetin

Müğənni Candan Erçetin heç vaxt ailə həyatı qurmayan məşhurlardanır. O 23 ilə yaxın yazıçı Hakan Karahanla sevgili olub. Daha sonra cütlük ayrılıb.  62 yaşlı Candanın daha ailə qurmaq fikri yoxdur. 

Müğənni Burcu Güneş

50 yaşlı müğənni bu günə qədər ailə qurmayıb. O uzun müddətdir  Hakan Kutal ilə sevgilidir. Cütlüyün hər an evlilik xəbəri çıxa biləcəyi ehtimal edilir. 

Aktyor Kadir İnanır

Kadir İnanır da evlənməyən məşhurlar sırasındadır. 76 yaşlı aktyor 2004-cü ildən bəri Jülide Kuralla sevgilidir.

Sənətçi onunla evlənməyib. 

Müğənni Hakan Altun

Hakan Altun da həyatda axtardığı eşqi tapa bilməyən məşhurlar arasındadır. O bir vaxtlar Seray Sever və Ebru Gündeşlə yaşadığı eşq münasibətləri ilə gündəmə gəlirdi. 

Hatta ikisinə də mahnı yazmışdı. ifaçı ailə qurması ilə bağlı "Bəlkə bir gün evlənərəm. Yaşım da keçir. Artıq vaxtıdır. Əgər bir namizəd olarsa onun sevgili olmayacağam. Həmin dəqiqə evlənəcəyəm" sözlərini söyləyib.

Müğənni Şebnem Ferah

Məşhur müğənni də gəlinlik geyinməyən qadın həmkarları arasındadır. Özəl həyatı ilə bağlı açıqlamalar verməyən ifaçının şəxsi həyatında da sevgilisi olduğu da bilinmir.  Bir vaxtlar Şebnem Ferah, Ebru Gündeş və Süha Yavuz eşq üçbucağı ilə gündəmdə idi. Sevdiği adam tərəfindən xəyanətə məruz qalan ifaçı uzun müddət özünə gələ bilməmişdi. 

Müğənni Soner Arıca

Məşhurluğu ilə 90-cı illər damğa vuran Soner Arıca da heç vaxt ailə qurmayıb. O 1966-cı ildə dünyaya gəlib. Sənətçi hələ də sevdiyi şəxsi tapa bilmədiyini qeyd edib. Müsahibələrindən birində bununla əlaqədar "Tənhalığı sevməyə çalışıram. Çünki yolum oraya doğru gedir" sözlərini söyləyib. 

Aktrisa Cansu Dere

Aktrisa Cansu Dere də subay məşhurlar arasındadır. O uzun müddət aktyor Cem Yılmazla sevgili olub ayrılıb. Cütlüyün ailə quracağı deyilsə də, iddialar öz təsdiqini tapmadı. 

Aparıcı və şoumen Beyazıt Öztürk

1969-cu il təvəllüdlü Öztürk də ailə qurmayıb. O bu barədə jurnalistlərə açəqlamasında evlənmək istədiyini, lakin layiqli namizəd tapa bilmədiyini vurğulayıb. 

"Həyat yoldaşımın vicdanlı və qayğıkeş olması vacibdir. Yaxşı ana olmaq vacibdir. Onun mənalı baxışı, gözəl görünüşü və intellektual ruhu olması da vacibdir" -deyə, Beyazıt bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri