Icma.az
close
up
RU
Şou biznesin ailə qurmayan SUBAY MÜĞƏNNİLƏRİ SİYAHI

Şou biznesin ailə qurmayan SUBAY MÜĞƏNNİLƏRİ SİYAHI

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yerli şou-biznesdə ailə quran və bu evliliyi xoşbəxt şəkildə davam etdirəm yetəri qədər xeyli məşhur var. Lakin onlar arasında "Subaylıq sultanlıqdır" deyib, hələ ailə qurmayan müğənnilər də az deyil. Onların bəziləri hazırda 57-59 yaşındadır. Bəs görəsən başı illərdir karyerasına, toylara, dəvətlərə qarışan, ailə qurmağı yaddan çıaxaran bu məşhurlar kimlərdir?

BAKU.WS bu dəfə oxuculara sözügedən müğənnilərin siyahısını təqdim edir:

Müğənni Günay İbrahimli

Günay İbrahimli şou-biznesin ailə qurmayan subay məşhurlarındandır. Sənətçi hazırda karyerası ilə məşğuldur və intensiv şəkildə müxtəlif məclis və tədbirlərdə iştirak edir. O, verilişlərin birində arzularının bir çoxunun reallaşdığını, lakin gözəl bir ailə sahibi olmağı da arzuladığını bildirib. "Səmimi etiraf edirəm. Çünki ailə başqadır, mütləq olmalıdır" - deyə Günay eqeyd edib.

Müğənni Aysel Əlizadə

Uzun illər Türkiyədə yaşayan Aysel Əlizadə də ailə qurmayıb. İfaçı illər sonra Bakıya qayıdaraq sənət fəaliyyətini burada davam etdirir. O, tez-tez toy və müxtəlif tədbirlərdə çıxış edir. Sənətçi qonaq olduğu verilişlərdə qarşısına uyğun insan çıxarsa, evlənəcəyini bildirib. İfaçı proqramların birində "Ailə qurub övlad sahibi olmaq istəyirəm" deyə qeyd edib.

Müğənni Günel Zeynalova

Uzun illərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən Günel Zeynallı iki il əvvəl evlənmək niyyətinin olmadığını açıqlayıb. "Kişilərin içinə elə bil şeytan dolur, birdən-birə hər şeyi məhv edirlər. Mənim həyatımda da belə oldu. Səhv etdi, səhvini anlaması uzun çəkmədi, bir həftə sonra peşman olduğunu dedi, amma gec idi. Mən onu bağışlayaram?" -deyə o qeyd edib. Ötən il isə ifaçı ona ünvanlanan "Niyə evlənmirsiniz?" sualına "İnşallah, bu il gözlənilir. Məncə, hə!" cavabını verib.

Müğənni Hiss

Sənətçinin artıq bir neçə ildir sevgilisi var. O, bu barədə verilişlərdə və müsahibələrdə dəfələrlə danışıb. Hiss yeni layihələr təqdim edir və hələlik evlilik barədə düşünmür. Müğənni çıxışlarının birində "Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur" deyərək şəxsi həyatındakı insanın ona dəstəyindən bəhs edib.

Müğənni Eldar Qasımov

Şou-biznesin subay məşhurlarından biri də Eldar Qasımovdur. O, bəzən duet ortağı Nigar Camal ilə birlikdə fərqli layihələr təqdim edir. Məşhurlar tez-tez məclislərdə iştirak edirlər. Müsahibələrinin birində Eldar bu mövzuya toxunaraq "Xüsusi bir yaş var ki, həmin vaxt evlənmək lazımdır. Dostlarımdan kimisi 19, kimisi 40 yaşında evlənib. Mən isə 31, 35, bəlkə də 40 yaşımda evlənə bilərəm" fikirlərini səsləndirib.

Müğənni Vüqar Muradov

Sənətçi iki dəfə nişanlı olub. O, müsahibələrinin birində "Ailə qurmaq istəmirəm, bunu məndən gözləməsinlər. Elə bir niyyətim yoxdur. İki dəfə cəhd etdim, amma alınmadı. Mən də yoruldum" -deyə qeyd edib. Vüqar Muradov son zamanlar daha çox səhhəti ilə bağlı yaranan problemlərlə gündəmə gəlib.

Müğənni Türkan Vəlizadə

Sənətçinin hər zaman dəvət aldığı verilişlərdə ona "Nə vaxt ailə quracaqsan" sualı ünvanlanıb. Türkanın isə özündən yaşca böyük bir bəylə ailə qurmaq istədiyini vurğulayıb. "Məndən yaşca böyük olan bəylə ailə qurmaq istəyirəm. 40-45 yaş demişəmsə, o demək deyil ki, qoca adam arzulayıram. Bu yaş orta yaşdır. Mənim özüm də 18-20 yaşlarında deyiləm axı... Yəni elə yaş həddindəyəm ki, həyatı daha çox ağılla düşünürəm" -deyə o bildirib.

Müğənni Samir Bağırov

Şou-biznesin 59 yaşlı sənətçisi hələ də ailə qurmayıb. Samir Bağırov uzun illərdir müğənnilik fəaliyyət göstərir. Bir neçə dəfə karyerasına fasilə versə də, hər qayıdışında böyük tamaşaçı sevgisi qazanıb. O, açıqlamalarının birində heç vaxt ailə qurmayacağını deyib və bu mövzuda heç vaxt ciddi düşünmədiyini bildirib.

Müğənni Telli Borçalı

Aşıq Telli Borçalı ona daim evlilik təklifləri gəldiyini deyib. Mətbuatda onun özündən 17 yaş kiçik bəylə ailə quracağı ilə bağlı xəbərlər yayılıb. Lakin ailəsinin yaş fərqinə görə bu izdivaca qarşı olduğu bildirilib.

Müğənni Mirkamil Kamilov

Mirkamil Kamilov da şou-biznesin subay məşhurlarındandır. O, ailə qurmağın vacib olduğunu desə də, hazırda evlənməyi düşünmür. Sənətçi açıqlamalarının birində"Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanlar var. Dörd qardaşımdan biri evlidir, mən və iki qardaşım subayıq. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsinizsə, evlənin" -deyə bildirib.

Müğənni Samirə Əfəndi

2020-2021-ci illərdə Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən sənətçinin ailə qurmaqla bağlı fikirləri müxtəlifdir. O, müsahibələrinin birində bildirib: "Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm və bu barədə düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazır olmalıdır" -deyə qeyd edib.

Müğənni Səmra Rəhimli

Sənətçi hazırda yalnız karyerası ilə məşğuldur və ailə qurmaq üçün hələ tez olduğunu vurğulayıb. "Hələ ki vaxtı var. Ürəyim nə zaman istəsə, onda ailə quracağam. Hələlik qapımızı yalnız papaq atmaq üçün döyürlər, telefonumuzu isə əsasən tədbirlər üçün narahat edirlər" -deyə Səmra müsahibələrindən birində vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Fevral 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri