Icma.az
close
up
RU
50 günlük ultimatum: WP Trampın Putinə təzyiq göstərmək qərarının üç səbəbini açıqladı

50 günlük ultimatum: WP Trampın Putinə təzyiq göstərmək qərarının üç səbəbini açıqladı

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Rusiyaya münasibətdə ritorikasını kəskin şəkildə dəyişib. 

Qaynarinfo xəbər verir ki, "The Washington Post” qəzetində beynəlxalq siyasət üzrə yazan jurnalist Deyvid İqnatyusun məlumatına görə, Trampın bu mövqeni seçməsi üçün ən azı üç ciddi səbəbi olub. Jurnalist bu fikirləri ABŞ siyasi dairələrindəki məlumatlı mənbələrə istinadən yazır.

Birincisi, Tramp hesab edirdi ki, Putin ona hörmətsizlik göstərir: sülhə hazır olduğunu göstərsə də, ABŞ prezidentinin atəşkəs çağırışlarını qulaqardına vururdu.

İkincisi, Tramp ABŞ-ın hərbi gücünün effektivliyini İran əleyhinə həyata keçirilən B-2 bombardmançıları və "Tomahawk" raketlərindən istifadədə gördü.

Üçüncüsü, o inanırdı ki, Putin yalnız daha böyük güc tətbiqi təhdidi altında danışıqlara razı olacaq.

"Rusların sevdiyi ifadə ilə desək, Tramp "deeskalasiya üçün eskalasiya” yolunu seçdi. O, düzgün addım ataraq başa düşdü ki, Putinə təzyiq artırılmadan güzəştə gedəcəyi inandırıcı deyil. Lakin prezident eyni zamanda nəticələri məlum olmayan riskli bir eskalasiya kursu tutdu”, – deyə İqnatyus vurğulayıb.

Maraqlıdır ki, Tramp Oval kabinetdə keçirilən brifinq zamanı yalnız bir suala cavab vermək istəməyib: "Əgər Putin eskalasiyanı davam etdirməyi seçsə, siz cavab olaraq nə qədər irəli getməyə hazırsınız?”

Tramp bu suala qəzəblə reaksiya verib: "Mənə "nə qədər irəli” kimi suallar verməyin. Mən sadəcə müharibəni tənzimləmək istəyirəm”.

İqnatyus yazır ki, əgər Tramp bu yeni təzyiq kampaniyasını uğurla həyata keçirə bilsə, tanınmış Nobel sülh mükafatına layiq görülə bilər. Bununla belə, jurnalist xəbərdarlıq edir ki, "sülhə gedən yolda hələ çox partlayıcılar ola bilər”.

Trampın Putinə münasibətdə məyusluğu dərinləşməkdədir. Nəticə verməyən danışıqlar fonunda ABŞ prezidenti dünən Kremlə ultimatum verib: əgər növbəti 50 gün ərzində Kiyev və Moskva "ədalətli” razılığa gəlməsə, ABŞ "ikincili sanksiyalar” tətbiq edəcək.

Bundan əlavə, o bildirib ki, Ukraynaya 17 Patriot zenit-raket batareyası və onlara aid sursat göndəriləcək. Həmçinin qırıcı təyyarələr üçün raketlər və artilleriya sistemlərinin təchizatı da planlaşdırılır.

Lakin Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təchiz edilməsi barədə misilsiz qərarına baxmayaraq, Donald Tramp hələ də bu müharibədə üstünlüyün Moskvanın tərəfində olduğunu düşünür.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri