Icma.az
close
up
RU
50 yaşdan sonra kişilər və qadınlar necə qidalanmalıdır? vacib qaydalar

50 yaşdan sonra kişilər və qadınlar necə qidalanmalıdır? vacib qaydalar

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

50 yaşdan sonra vərdişləri köklü şəkildə dəyişmək və sağlam qidalanma rasionu qurmaq vacibdir. 50 yaşdan sonra orqanizmimiz gənclikdə olduğu kimi qidanın mənfi təsirlərinə qarşı əvvəlki müqavimətini itirir. Bu mərhələdə bədən daha çox dəstəyə və qidalanmaya şüurlu yanaşmaya ehtiyac duyur, çünki orqanizmin ehtiyatları tədricən azalır.

Lent.az bu yaşdan sonra qidalanmada ən çox edilən səhvləri və onların qarşısını alma yollarını təqdim edir:

1. Həddindən artıq böyük porsiyalar
Metabolizm yavaşladıqca və enerji sərfiyyatı azaldıqca, orqanizm böyük miqdarda qidanı həzm etməkdə çətinlik çəkir. Artıq kalorilər asanlıqla çəki artımına gətirib çıxarır və yaşlılıqda bundan qurtulmaq daha çətin olur.
Tövsiyə: Gündə 5-6 dəfə, az-az yemək. Bir porsiyanın ölçüsü ovuc içindən böyük olmamalıdır.

2. Makro- və mikronutrient balansının pozulması
Tam dəyərli rasion mütləq olaraq üç əsas qida maddəsini yağlar, zülallar və karbohidratları ehtiva etməlidir. Kalsium (süd məhsulları), lif (tərəvəz, meyvə, dənli bitkilər) və Omega-3 (balıq, kətan yağı) mütləq rasionda olmalıdır. Hazır məhsullar (sosiska, kolbasa, yarımfabrikatlar) əvəzinə evdə hazırlanmış, az duzlu və kimyəvi qatqısız yeməklərə üstünlük verilməlidir. Qazlı içkilər, konservlər və həddindən artıq duzdan uzaq durmaq, su, bitki çayları, evdə hazırlanmış kompot və mors içmək tövsiyə olunur.

3. Yanlış bişirmə üsulları
Yaş artdıqca yağda qızartmadan imtina edilməlidir. Bu üsul artıq kalori gətirir və qidanın həzmini çətinləşdirir. Ən yaxşısı qaynatmaq, sobada bişirmək və ya buğda hazırlamaqdır.

4. Kalsiumla zəngin qidaları az istifadə etmək
50 yaşdan sonra osteoporoz riski artır. Sümüklərin möhkəmliyini qorumaq üçün mütəmadi olaraq süd məhsulları, küncüt, brokkoli, badam kimi kalsium mənbələrinə üstünlük verilməlidir.

5. Vitamin dəstəyini nəzərə almamaq
Qida artıq orqanizmin bütün ehtiyaclarını qarşılamır. Vaxtaşırı tibbi müayinədən keçmək və analizlər əsasında həkim məsləhəti ilə fərdi vitamin və qida əlavələri qəbul etmək lazımdır.

6. Sərt pəhrizlər
Tam qida qruplarını istisna edən sərt pəhrizlər yaşlılıqda zərərli ola bilər. Orqanizm daha çətin uyğunlaşır, itkiləri bərpa etmək çətinləşir. Çəkini balanslı qidalanma ilə saxlamaq, ac qalmaq və ya ekstremal üsullardan çəkinmək lazımdır.

7. Su az içmək
Hər kəs üçün gündə 2 litr su standartı uyğun olmaya bilər, lakin fərdi ehtiyaclara görə miqdarı seçmək vacibdir. Minimum olaraq gündə 4–5 stəkan təmiz su içilməlidir.

8. Maye qidaları laqeyd yanaşmaq
Yüngül şorbalar, tərəvəz güveçləri, buğda bişirilmiş tərəvəzlər və su tərkibi yüksək meyvələr (xiyar, qarpız) həm toxluq hissi verir, həm də su balansını təmin edir.

9. Həddindən artıq isti yeməklər
Çox isti yemək selikli qişanı qıcıqlandıra və həzmi yavaşlada bilər. Yeməklər isti, lakin ağız yandırmayacaq temperaturda olmalıdır.

Yekun tövsiyə: 50 yaşdan sonra qidalanmanın əsas məqsədi orqanizmin fəaliyyətini dəstəkləməkdir, təkcə görünüş və çəkiyə fokuslanmaq deyil. Özünüzü tamamilə kiçik zövqlərdən məhrum etməyin bəzən bir fincan qəhvə və ya keyfiyyətli bir qədəh şərab həm psixoloji, həm də emosional sağlamlıq üçün faydalıdır. Əsas odur ki, hər şey ölçülü və səbəblə olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri