Icma.az
close
up
RU
50 yaşdan yuxarı ulduzlar gənc dərilərini necə qoruyurlar: 6 Gizli qulluq

50 yaşdan yuxarı ulduzlar gənc dərilərini necə qoruyurlar: 6 Gizli qulluq

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Məşhur şəxslər ən keyfiyyətli kosmetik vasitələrə və peşəkar mütəxəssislərin məsləhətlərinə çıxış imkanına malik olsalar da, onların gənc və parlaq görünüşündə əsas rol oynayan amil gündəlik vərdişləridir. Məhz bu davamlı şəxsi qulluqlar uzunmüddətli perspektivdə həm xarici görünüşü, həm də ümumi sağlamlığı qoruyur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşdan yuxarı olan və parlaq dəriyə sahib məşhurların axşam rutinlərinin bir çox elementi adi insanlara da əlçatandır.

Aktrisa Mini Dreyver (55 yaş) üzünü təmizləmək üçün köpüklü yuyucular əvəzinə yağ əsaslı təmizləyici vasitələrə üstünlük verir, çünki bu yağlar dərini qurutmadan makiyaj və çirki effektiv şəkildə aradan qaldırır. Müğənni Şanayə Tveyn (59 yaş) isə yatmazdan əvvəl üzünü şəkər və zeytun yağından hazırladığı qarışıqla təmizləyir. Mini Dreyver həm də gəncliyindən bəri kakao yağı istifadə edir, xüsusilə daban, dirsək və diz kimi quru nahiyələrdə bu vasitənin dərini dərinləşdirilmiş şəkildə nəmləndirdiyini və günəş yanığına qarşı faydalı olduğunu vurğulayır. Hollivud ulduzu Cenifer Eniston (56 yaş) isə yatmazdan əvvəl bütün elektron cihazları söndürməyə çalışır. Onun sözlərinə görə, bu vərdiş həm zehnin sakitləşməsinə, həm də keyfiyyətli yuxuya nail olmağa kömək edir. O, eyni zamanda axşamlar yüngül yoqa və dartınma hərəkətləri ilə də məşğul olur. Dəriyə təsir edən əsas faktorlardan biri də axşam rahatlanma səviyyəsidir, çünki yüksək stres və kortizol səviyyəsi dəridə iltihab və elastikliyin itirilməsinə səbəb ola bilər. 

Oprah Uinfri (71 yaş) və Qvinet Peltro (52 yaş) kimi ulduzlar aromatik yağlarla zəngin ilıq vanna qəbulunu axşam rutinlərinə daxil edirlər. Dəmi Mur makiyajı təmizləmək üçün xüsusi yumşaq dəsmallardan istifadə edir və bu dəsmalların hətta davamlı kosmetikanı da effektiv təmizlədiyini bildirir. Həmçinin bu materiallar dəri üçün incə və uyğun olmaqla yanaşı, ekoloji baxımdan da səmərəlidir, çünki dəfələrlə istifadə edilə bilir.

Drew Berrimor (50 yaş) isə gecə tərləməsindən əziyyət çəkdiyini etiraf edir və bu problemi soyuducu yorğan ilə həll edir. O, bu yorğanın yuxu zamanı bədənin temperaturunu optimal səviyyədə saxladığını və nəticədə o qədər rahat olduğunu bildirir ki, hətta qızları da bu yorğanı istifadə etməyə başlayıblar və ona ayrıca dəst almaq məcburiyyətində qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri