Icma.az
close
up
RU
50 yaşlı Ceyhun Musaoğlu: Çox bilmək bəzən narahatlıq yaşadır MÜSAHİBƏ

50 yaşlı Ceyhun Musaoğlu: Çox bilmək bəzən narahatlıq yaşadır MÜSAHİBƏ

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Mia.az Bakipost.az-ın 50 yaşını tamamlayan jurnalist, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu ilə müsahibəni təqdim edir:

- Ceyhun bəy, 50-ni tamamlamaq çox çətin oldu, yoxsa necə gəlib çatdığını heç hiss etmədiz?

- 50 ilin hər dəqiqəsini hiss etdim. Ömrümün bu günə qədər olan günləri insanın yaşaya biləcəyi bütün yaşam mərhələləri arasında bölünüb. Yaşamadığım mərhələ yoxdur desəm, inanın. Həm də ona görə inanın ki, yalan danışmağı bacarmıram. Nitşe demiş: Elə bir həyat yaşadım ki, cənnəti də gördüm, cəhənnəmi də, elə bir eşq yaşadım ki, tutqunu da gördüm, məmnunluğu da…

- Ceyhun Musaoğlu builki doğum gününü tam fərqli ortamda qeyd edir, bir növ məmur kimi. Jurnalistikanın fəhləsi, sözün qulu olmaq daha asandır, yoxsa başqa birinin sözünü demək, sözçülük etmək?

- Mənim üçün dünyanın ən gözəl peşəsi jurnalistikadır. 30 ildir jurnalistəm. Birinci sinifdə oxuyandan mənə jurnalist Ceyhun deyirlər. Düşünürəm ki, hər bir peşə sahibi öncə xaraktercə o peşənin məziyyətlərinə uyğun olmalıdır. Özümü məhz xaraktercə jurnalist hesab edirəm. Hazırda hüquqi cəhətdən məmuram, amma mənəvi və peşə cəhətdən jurnalistəm. Hazırda çalışdığım qurumun rəhbərliyinə də çox minnətdaram ki, Yunus Əmrə demiş, rəhbərliyim “bir mən vardır, məndə məndən içəridə” gerçəyini qəbul etdilər. Onların mənə inamı daxilimdəki mənə imkan verdi ki, jurnalistikanı məmurluqla birləşdirə, vahid əqidəyə, vahid amala, dövlətimə və ictimaiyyətimə qulluq göstərməyə sövq edə bilim.

- ⁠Etiraf edək ki, çalışdığınız qurum daha çox problemlər yaşanan sahədir. Buna görə siz də çox tənqid olundunuz ilk başlanğıcda, verdiyiniz hər açıqlamada hansısa məqam jurnalistlərin tənqid hədəfinə tuş gəlirdi. Əvvəllər siz də eyni aqressiyanı göstərirdiniz onlara qarşı, ancaq sonda bir növ ağ bayraq qaldırdınız. İndi necədir vəziyyət? Bu postda olduğunuza görə peşman deyilsiniz?

- Ağ bayraq? Adam öz Vətənində, öz cəmiyyətində, öz vətandaşları, həmkarları, əzizləri arasında ağ bayraq qaldırmaz. Hər şey əvvəl də yüksək səviyyədə idi, indi də, sonra da belə olacaq. Təvəzökarlıqdan uzaq olmasaydı deyərdim, jurnalistikanın bütün sirlərini bilirəm, bütün şərtlərinə əməl etməyi bacarıram və müxtəlif peşə sahiblərinə də peşələrini belə dəyərləndirməyi, belə sevməyi tövsiyə edirəm. Çox bilmək bəzən narahatlıq yaşadır. Başqalarının da eyni qədər bilməsini istəyirsən ki, ahəng yaransın. Hazırda ahəng qanununa uyğun davranıram, uyğun yaşayıram. Belə yaşamaq gözəldir. Belə işləmək nəticəlidir.

- ⁠Onu da etiraf edək ki, sizdən əvvəl “Azərsu”yun mətbuat xidməti Anar bəy kommunikasiyanı, media ilə əlaqələri çox yaxşı şəkildə qurmuşdu. Nəinki jurnalistlər, hətta sıravi vətəndaşlar da, gecə saatlarında olsa belə, Anar bəyə yığıb problemi bildirirdi və həllinə nail olurdu. Siz bu prosesi necə tənzimləyirsiz? Əlçatan mətbuat katibisiz?

- Əziz həmkarım Anar bəyin fəaliyyətini təriflədiyinizə görə çox sevindim. Həmkarlarım barədə xoş söz eşidəndə qanadlanıram. Elə bu qanadlarımla da mənə edilən müraciətləri, istəkləri havadaca yerinə yetirirəm və bundan zövq alıram. Bizim işimizdə gecə və gündüz saatı yoxdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabe olan bütün qurumlar, o cümlədən mətbuat katibi olduğum İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 24 saat fasiləsiz iş rejimində fəaliyyət göstərir.

- ⁠Bu günlərdə sizin qurumda daha bir mətbuat katibliyi yarandı, Xanlar Mehdiyevin vəzifəsini nəzərdə tuturam. Bu xəbər birmənalı qarşılanmadı, sanki hansısa şöbəyə ayrıca mətbuat katibi təyin olundu. Bəlkə ADSEA ƏƏSMN kimi böyük bir quruma çevrilir? Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirik.

- Bu təyinatda birmənalı olmayan heç nə yoxdur. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ADSEA-nın tərkibində olan beş publik hüquqi şəxsdən biridir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də publik hüquqi şəxsdir və mətbuat katibi postu var. Həmkarım Xanlar bəyə də yeni işində uğurlar arzulayıram və birlikdə ADSEA-nın fəaliyyətinin daha səmərəli olmasına çalışacağımızdan məmnunluq duyuram.

- ⁠İşdən çox sual oldu, bir qədər də özünüzdən danışaq. 50 yaş həyatınızda başqa bir dəyişikliklə də yadda qaldı, deyərdik. Bu il qayınata oldunuz, bircə balanızı, qızınızı nişanladınız. Bu, necə bir hissdir, məsuliyyətdir?

- Hələlik qayınata olmamışam. Gənclərin ailə qurmasının ilkin proseduru həyata keçib. Başqa tərəfdən isə kürəkən, qayınata anlamı bir az məndən uzaqdır. Övladımın həyat yoldaşı mənim də övladım qədər övladımdır. Qız atası olmaq nə vaxtsa onu başqa bir evə köçürəcəyin üçün ağır hissdir. Hələ də o hissin ağırlığını daşıyıram. Mən qızıma təkcə ata yox, həm də qardaşam, bacıyam, dostam, qrup yoldaşı, iş yoldaşıyam. Ağırdır ona görə ki, bəyimiz bu vəzifələri daşıya biləcəkmi? Əslində başqa yol da yoxdur, daşımalıdır. Xoşbəxtlik bir-birinə qayğı göstərməyi bacarmaqdır. Qayğı sevgidən ucadır. Arzum budur ki, bütün insanlar bir-birinə səmimi qəlbdən qayğı göstərsinlər. Mən abonentlərimizə qayğı göstərməyi bacarıram və bu bacarığımdan zövq alıram. Əminəm ki, kainata göndərdiyim bu davranış ümumdünya cazibə qüvvəsinə uyğun olaraq əzizlərimi də gəlib tapacaq.

- ⁠Bundan sonrakı arzularınız? Başqa şəxs kimi Ceyhun Musaoğluna nələri arzu edərdiniz, necə təbrik elədiniz?

- Ən böyük arzuna çatmısan, Ceyhun. Qarabağ, Şuşa, sənin dogma yurdun Zəngilan işğaldan əbədi azad olunub. Onsuz da şəxsi arzun yoxdur, bütün arzuların ölkənlə, xalqınla bağlıdır. Qalib ölkən, xoşbəxt xalqın var. Arzu edirəm ki, xoşbəxtliyin bu uca zirvəsini həmişə qorumağı bacarasan, qalib Azərbaycanın o zirvədə qalmasına bütün elliklə birgə nail olasan.

Rumiyyə MİRASLAN

MİA.AZ-ın kollektivi də istedadlı jurnalist, vətəninə, dövlətinə bağlı səmimi dost Ceyhun Musaoğlunu təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayır!  

***

Ceyhun Musaoğlunun uşaqlıq fotoları:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Mart 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see273

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see191

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see183

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see165

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see157

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see143

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see143

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see137

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see135

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see134

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see123

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see122

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see119

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see117

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see116

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see115

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see114

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri