Icma.az
close
up
RU
500 min sənədsiz evə ümid yarandı: Çıxarış almaq daha asan ola bilər!

500 min sənədsiz evə ümid yarandı: Çıxarış almaq daha asan ola bilər!

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əmlakın qiymətləndirilməsi prosesi qarşıya qoyulan tapşırıqdan asılıdır. Fərdi yaşayış evi 2 komponentdən ibarədir: tikili və həyətyanı sahə. Əgər qiymətləndiricinin qarşısına bütövlükdə fərdi yaşayış evinin qiymətləndirilməsi tapşırığı qoyulubsa, bu zaman hər iki komponent qiymətləndirilir. Amma ayrı-ayrılıqda torpağın yaxud tikilinin qiymətləndirilməsi tapşırlıbsa, bu zaman hər ikisi ayrı-ayrılıqda qiymətləndirilməyə cəlb edilir”.

Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, mülkiyyətçi sadəcə öz əmlakının bazar dəyərini müəyyən edirsə, bu zaman hüquqi sənədlər yox, faktiki ölçülər nəzərə alınır:

“Bu, qiymətləndirmənin məqsədindən asılıdır. Söhbət fərdi yaşayış evinin alqı-satqısından gedirsə və sənədlər təkcə torpaq sahəsini yox, bütövlükdə fərdi yaşayış evini əks etdirirsə, qiymətləndirici hökmən həm tikilini, həm də torpaq sahəsini qiymətləndirməlidir. 

Əgər Daşınmaz Əmlakın Dövlət Reyestri ancaq torpağa çıxarış veribsə, yaxud torpaq sahəsini mülkiyyətdə göstərməyib yalnız tikiliyə çıxarış təqdim edibsə, bu zaman alqı-satqı zamanı məhz sənəddə əks olunan sahələr qiymətləndirilməlidir. Digər tərəfdən, mülkiyyətçi sadəcə öz əmlakının bazar dəyərini müəyyən edirsə, bu zaman hüquqi sənədlər yox, faktiki ölçülər nəzərə alınır”.

Ekspert vurğulayıb ki, daşınmaz əmlakın qiymətləndirilməsi zamanı əşyalar nəzərə alınmır:

“Qiymətləndirmənin adı daşınmaz əmlakın qiymətləndirilməsidir. Qiymətləndirici əgər hər hansı bir mənzildə qiymətləndirmə işi aparırsa, bu zaman daşınan əmlaklar nəzərə alınmır. Çünki həmin əşyalar daşınan əşyalardır. Onlar daşınmaz əmlakın tərkib hissəsi kimi qəbul olunmur. Amma təmir daşınmaz əmlakla bərabər onun dəyərini özündə əks etdirir. Yəni qiymətləndirmə prosesində təmirə görə fərqlər ola bilər”.

V.Oruc əlavə edib ki, bu məsələni minimal ödənişlərlə həll etmək lazımdır:

“Biz əvvəllər bir neçə dəfə sənədsiz əmlaklara çıxarışın verilməsi məsələsi ilə bağlı dəfələrlə təkliflərimizi səsləndirmişik. Deputat Kamal Cəfərovun parlamentdəki təklifi də təqdirəlayiqdir. Hazırda dövlət xərclərinin optimallaşması və dövlət büdcəsinin qənaət rejiminə keçməsi dövründəyik. Kamal Cəfərovun təklifinin həm dövlət büdcəsinə, həm də vətəndaşların əmlaklarının sənədləşdirmə varinatı kimi müsbət tərəfləri var. Amma burada 1 sosial məsələ var. Hər hansı bir təklifi verəndə ilk növbədə əhalinin sosial durumunu nəzərə almaq lazımdır. Elə ailələr ola bilər ki, 3 faizlik rüsumu ödəməkdə çətinlik çəksinlər. Məsələn, sizin də, mənim də evimimiz var. Siz hüquqi proseduru keçmək üçün tələb olunan məbləği vermək imkanına maliksiniz, mən isə məhrumam. Bəs mənim hüquqlarım necə olacaq? Ona görə də, bu məsələni minimal ödənişlərlə həll etmək lazımdır. Əsas məqsəd qeydiyyatdan sonrakı mərhələdə həmin prosesin ölkə iqtisadiyyatına hansı töhfələrinin olmasıdır. Vətəndaş evinə çıxarış alandan sonra kredit ala bilər, evlə bağlıq alqı-satqı prosesini həyata keçirə bilər və miras kimi qoya bilər. Ölkə iqtisadiyyatına töhfə məhz mülkiyyət əldə edildikdən sonrakı dövrə təsadüf edəcək”.

Qeyd edək ki, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanda sənədsiz evlərlə bağlı amnistiya elan olunmasını və xüsusi proqram qəbul edilməsini təklif edib. Deputat bildirib ki, hazırda ölkədə 500 mindən çox sənədsiz ev var və problemin həlli üçün sistemli yanaşmaya ehtiyac duyulur. Kamal Cəfərov Türkiyədə 2018-ci ildə tətbiq edilən “İmar Barışı” proqramını nümunə göstərib. Onun sözlərinə görə, həmin proqram çərçivəsində milyonlarla sənədsiz evə çıxarış verilib. Deputat təklif edib ki, Azərbaycanda da nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli və strateji ərazilərdə yerləşən, eləcə də mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyun 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri